Buraxılış imtahanlarının sualları sosial şəbəkələrdə YAYILDI - "Nəticələri ləğv olunacaq"

Buraxılış imtahanlarının sualları sosial şəbəkələrdə YAYILDI - "Nəticələri ləğv olunacaq"Məlum olduğu kimi, aprelin 7-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirib. İmtahanla bağlı cəmiyyət tərəfindən birmənalı qarşılanmayan məqamlardan biri imtahandan sonra bəzi şagirdlərin sualları internetdə paylaşması olub.

Məsələ ilə bağlı DİM-dən lent.az-a bildirildi ki, belə hallara yol verən şagirdlər barkodlar vasitəilə asanlıqla müəyyən edilir və onların imtahan nəticələri ləğv olunur: "Ona görə imtahanda iştirak edəcək şagirdlərə tövsiyəmiz odur ki, imtahan qaydalarına düzgün əməl etsinlər, əks-təqdirdə həmin şagirdlərin nəticələri ləğv olunacaq".

Təhsil üzrə ekspert Kamran Əsədov məsələ ilə bağlı lent.az-a açıqlama verib: "Təəssüflər olsun ki, imtahandan sonra sosial şəbəkələrdə imtahan bitdikdə sual kitabçası nəzarətçiyə təhvil verilməli olduğu halda, bəzi şagirdlərin internetdə imtahana düşən sualları paylaşma hallarının şahidi olduq. Bu, onu göstərir ki, imtahanların təşkili və təhlükəsizliyi yaxşı təşkil olunmayıb. İmtahan nəzarətçiləri, imtahan rəhbərləri vəzifələrinin öhdəsindən gələ bilməyiblər, səhlənkarlığa yol veriblər. Bilirsiz ki, imtahanlar bölgələr üzrə fərqli tarixlərdə keçirildiyindən sosial şəbəkələrdə yayılan bu cavablar və həll yolları hələ imtahan verməmiş hər hansı bölgə abituriyentinin, sadə dildə desək, işinə yarayır. Məsələn, Bakıda imtahan verən şagird sual kitabçasını hər hansı qeyri-qanuni yolla əldə edibsə, bunu sosial şəbəkədə paylaşaraq və ya sualları müəlliminə ötürərək növbəti günlər ərzində imtahan verəcək şagirdlərə "yardım" etməyə çalışır".

K.Əsədov onu da vurğulayıb ki, əslində sual kitabçasını çıxarmağa nail olan şagirdlər özlərinə ziyan vurmuş olurlar. "Belə ki, növbəti imtahan verəcək şagirdin nəticəsi ondan yüksək olacaq və yekunda sualları paylaşan şəxsdən çox bal toplayıb uğur qazanacaq".

Təhsil eksperti onu da deyib ki, bölgələr üzrə fərqli tarixlərdə keçirilən buraxılış imtahanlarında istifadə olunan suallar bir-birindən tamamilə fərqlidir. "Amma sualların quruluşu, test tapşırıqlarının tipi baxımında oxşarlıq ola bilər və olacaq. Bütün hallarda buraxılış imtahanlarından sual kitabçalarının çıxarılması qəti şəkildə qadağan olunduğu halda, bunun həyata keçirilməsi imtahanın təşkililindəki qüsurları göstərir. Buna görə şagirdləri cəzalandırmaq yerinə, imtahanı təşkil edənlər işlərinə daha ciddi, daha peşəkar yanaşmalıdırlar. Onların səhlənkarlığının, vəzifələrinin öhtəsindən gələ bilməməsinin cəzasını şagirdlər çəkməməlidirlər. Onlar boşluqdan istifadə ediblər və fəaliyyətlərindəki yarıtmazlığı göstəriblər".

K.Əsədov imtahanla bağlı vacib məqamı bir daha xatırladıb. Dediyinə görə, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq: "Ona görə də imtahanın birinci mərhələsi olduqca önəmlidir. Yəni, abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal - 300+400=700 bal) əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2675   Tarix: 09 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Meyxanaçı Kərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb

19 dekabr
.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)

Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki

19 dekabr
.

Avtobuslarda ödənişlə bağlı YENİLİK - Mümkün oldu

Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttind

20 dekabr
.

Dərsdən qayıdanda vaqonun üstünə çıxıb şəkil çəkdirmək istəyibmiş... - Video

Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib. Qafqazinfo xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğı

20 dekabr
.

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəx

19 dekabr
.

Qriplə başlayıb, leykozla bitdi: Bahalı müalicəyə ehtiyacı olan Əli Əhədovun hekayəsi (FOTO/VİDEO)

8-ci sinif şagirdi, həkimlərin ağır qan xərçəngi diaqnozu qoyduğu Əli Əhədovun anası Təranə Aslanova -ın redaksiyasına müraciət edib. Anasının sözlərinə görə, Əli məktəbə və təhsilə çox bağlıdır. Onun vəziyyətini sinif yoldaşları, dostları və müəllimləri dərindən yaşayır, ailəyə bu çətin dövrdə kömə

20 dekabr