Saç tökülməsinin səbəbləri

Saç tökülməsinin səbəbləriSaç tökülməsi həmişə cəmiyyətdə aktual mövzulardan biridir. Bəziləri onu normal proses kimi qəbul etsələr də, bəziləri isə narahatlıq hissi keçirərək həkimə üz tutur.

Sonxeber.az bildirir ki, Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova həmin müraciətlərlə əlaqədar AZƏRTAC-ın müxbirinin sorğusuna belə cavab verib: "Saç tökülməsi bir neçə səbəbdən - həm daxili, həm xarici amillərdən yaranır. Xarici amillərə, yəni ekzogen amillərə xanımların istifadə etdiyi kimyəvi boyalar, daxilə qəbul edilən həblər, uzun müddət antibiotiklərdən istifadə edilməsi daxildir.

Daxili amillərə daxili orqanların xəstəlikləri, qaraciyər və böyrək problemləri, infeksiya xəstəlikləri, periferik qan dövranının pozğunluqları və digər səbəblər aid edilir. Yaşadığı mühiti dəyişmək, qapalı iş yerində işləmək və stress saç tökülməsini artıran səbəblər sırasındadır. Saç tökülməsi hər iki cinsdə təsadüf edilsə də, keçəlləşməyə daha çox kişilər arasında rast gəlinir, çünki hormon və genlər bu sahədə mühüm rol oynayır".

Həkim-dermatoloq deyib: "Saç tökülmələri içərisində ən geniş yayılanı androgen allopesiyalarıdır, buna kişi tipli saç tökülməsi deyilir. Lakin ona xanımlar arasında da təsadüf edilir. Kişilərin 80 faizi onunla üzləşsə də, xanımlarda keçəllik olmur, çünki xanımların saç kökü kişilərə nisbətən 2 millimetr daha dərində yerləşir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1704   Tarix: 14 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Naxçıvanda vərəmdən müalicə olunan xəstələrin sayı açıqlanıb

Hazırda Naxçıvan Muxtar Respublikasında 442 nəfər vərəm xəstəliyi ilə mübarizə aparır. Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva bildirib. O, qeyd edib ki, hazırda dispanserdə qeydiyyatda olan xəstələrdən 7

24 mart
.

Qan təzyiqini tez aşağı salmaq üçün SADƏ ÜSUL

Mütəxəssislər ürək sağlamlığını yaxşılaşdırmağın və qan təzyiqini azaltmağın yollarını açıqlayıblar. Hər hansı orta fiziki fəaliyyət qan təzyiqini azaltmağa və eyni zamanda ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir. Ancaq son məlumatlara görə, ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıran xüsus

7 aprel
.

Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub - Tədqiqat

Zərərli qidaların nə üçün xərçəngə səbəb olduğu məlum olub. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Sinqapur Universitetinin tədqiqatçıları bununla bağlı araşdırma aparıblar. Təxminən 3 milyon britaniyalı hazırda xərçənglə mübarizə aparır və bu rəqəmin 2040-cı ilə qədər 5,3 milyonu keçəcəy

24 aprel
.

Ağciyər xərçənginə qarşı peyvənd hazırlanır

Britaniya alimləri ağciyər xərçənginə qarşı dünyada ilk peyvənd hazırlayırlar ki, bu da xəstəliyin 90%-ə qədərinin qarşısını ala bilir. Bir neçə xeyriyyə təşkilatının "LungVax" peyvəndinin üç min dozasını yaratmaq üçün komandaya 1,7 milyon funt sterlinq vəsait ayırdığı bildirilir. Dərmanı

23 mart
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14 aprel
.

Səhərlər niyə isti su içməliyik? - 5 SƏBƏB

Bir çox insan acqarına bir stəkan təmiz suyun faydaları haqqında bilir, lakin əksər hallarda insanlar bu ritualı unutmamaq üçün gecələr yatağın yanında qoyduqları suyu içirlər. Ancaq həkimlərin fikrincə, bu səhvdir. Axı, isti su sağlamlıq üçün maksimum fayda gətirəcək. xəbər verir ki, isti su detoksifikasiy

9 mart
.

İnfarktdan necə qorunmaq olar? - 8 sadə qayda

Sağlamlıq problemlərini uzun müddət müalicə etməkdənsə, qarşısını almaq daha yaxşıdır. -a istinadən bildirir ki, xəbər verir ki, düzgün qidalanma, müntəzəm fiziki fəaliyyət və pis vərdişlərdən imtina ürək xəstəliklərinin qarşısının alınmasında ən yaxşı tədbirdir. Genetik və yaş kimi bəzi faktorlar bizi

7 aprel
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21 aprel
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24 mart