Qrip olan ana uşağa süd verə bilər? – HƏKİM MƏSLƏHƏTİ

Qrip olan ana uşağa süd verə bilər? – HƏKİM MƏSLƏHƏTİQrip olan ana körpəsini əmizdirə bilər. Bunu türkiyəli uşaq həkimi Mahmut Çivilibal deyir. Sonxeber.az onun qrip olan analara verdiyi məsləhətləri təqdim edir.

Sürətlə yayılan donuz qripi (H1N1) uşaqlarda, xroniki xəstəliyi olan insanlarda ölümlə nəticələnə bilər. Analar isə düşünür ki, qrip olsalar körpələrini əmizdirə bilməyəcəklər. Anaların çoxu qrip olduğu zaman əmizdirməyə ara verir. Həkimsə bildirir ki, qrip olan ana körpəsini əmizdirməyə davam etməlidir: "Əmizdirməyi kəsən ana özü də bilmədən körpəni xəstəliklərə qarşı qoruyan təbii vasitənin qarşısını alır. Qrip ana südündən deyil, hava, damcı vasitəsilə və yaxın təmas nəticəsində keçir. Əmizdirməyi kəsdikdə isə uşaq xəstəliklərə daha həssas olur. Dolayısı ilə, ana südü xəstəliklərə qarşı qoruyucu çəpər rolunu oynayır. Qrip təhlükəsinin yüksək olduğu vaxtlarda qripə qarşı bir şansdır. Çünki ana südünün tərkibindəki immuniteti gücləndirən antiviral və antibakterial maddələr uşaqları xəstəliklərdən qoruyur. Ana südü ilə qidalanan uşaqlar xüsusən də yuxarı nəfəs yolu xəstəlikləri infeksiyalarını yüngül və daha az keçirir".

Maska taxın

Həkim analara əmizdirən zaman bunları etməyi tapşırır:

1. Əmizdirən ana qrip keçirirsə və ya soyuqdəyməsi varsa, nəfəsini körpədən uzaq tutmalıdır.
2. Körpənin üzünə doğru öskürüb asqırmamalıdır.
3. Əmizdirmə kimi yaxın təmas dövrlərində mütləq maska taxılmalı və bu maska ən azı 30 dəqiqə sonra yenisi ilə əvəz edilməlidir.
4. Ananın alt paltarları və geyimi təmiz olmalı, gigiyenik qaydalara riayət etməlidir.
5. Ana tez-tez əllərini sabunla yumalıdır.
6. Ana əllərini tez-tez vurduğu əşyaları da təmiz saxlamalıdır.
7. Körpə anası və başqa insanlar tərəfindən qəti olaraq öpülməməlidir.
8. Ev tez-tez havalandırılmalıdır.
9. Qrip olan ana mütləq həkimə müraciət etməli və müalicə almalıdır. Həkim tərəfindən antiviral dərman qəbul etməyi tapşırılan ana körpəni əmizdirə bilər.
10. Körpəsini əmizdirə bilməyəcək qədər xəstə olan ana südünü sağıb verə bilər.

Həkim məsləhəti olmadan dərman atmayın

Qrip olan analar həkim məsləhəti ilə dərmanı rahatlıqla qəbul edə bilər. Qrip olan və əmizdirən ana lazım olduqda həkim məsləhəti ilə antiviral (qrip xəstəliyində istifadə edilən dərmanları qəbul edə bilər. Qəti olaraq qəbul edə bilməyəcəyi dərmanlar isə xərçəng dərmanları, miqren müalicəsində istifadə edilən dərmanlar) və immunitet sisteminə təsir edən dərmanlardır.

M. Çivilibal analara uşaqları əmizdirdikdən sonra istirahət etməyi məsləhət görür: "Ana qrip olan zaman gigiyenik qaydalara mütləq əməl etməlidir. Əmizdirən ana qrip olan digər xəstələrə nisbətən daha çox maye, vitamin və mineral qəbul etməlidir. Bu sıraya bitki çayı, bol meyvə də daxildir. Hər zamankından daha artıq proteinli qidalar yeməli və uşaqlarını əmizdirdikdən sonra mütləq istirahət etməlidirlər".


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1996   Tarix: 31 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qış aylarında göz quruluğu və infeksiyalar artır - Həkimdən xəbərdarlıq

Qış aylarının başlaması ilə soyuq hava, külək və qapalı məkanlarda yaranan quru mühit göz sağlamlığına mənfi təsir göstərməyə başlayıb. türk mediasına istinadən xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis, Dr.Faik Engin Azman bu dövrdə göz quruluğu, infeksiyalar və rəqəmsal ekran istifadəsi il

15 dekabr
.

Yeməkdən dərhal sonra çay içmək olmaz - Yan təsiri var

Çay dünyanın ən populyar içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın istifadəsi bəzən çox xoşagəlməz yan təsirə səbəb ola bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, çaydakı birləşmələr dəmirin mənimsənilməsinə mənfi təsir göstəri

1 dekabr
.

Qəhvə Altsheymer xəstəliyindən xilas edə bilər - Yeni ARAŞDIRMA

Bir qrup rusiyalı alim təbii pirokatexin antioksidantı əsasında Altsheymer xəstəliyinin müalicəsinə yaxşı təsir göstərən yeni molekullar aşkarlayıb. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası bildirib. Qeyd olunub ki, alimlər Altsheymer xəstəliyinin inkişafında vacib rol oynayan butirilxolinesterazanı

7 dekabr
.

Öskürəyin təbii üsullarla müalicəsi

Demək olar ki, hər kəs öskürəyin nə qədər narahatedici olduğunu qəbul edir. Sadə bir öskürək belə həftələrlə davam edə, boğaz ağrısına, əzələ gərginliyinə və yuxu pozuntularına səbəb ola bilər. Bu səbəbdən öskürəyin aradan qaldırılması üçün müxtəlif vasitələrin axtarılması və bu sahədə geniş bir bazarı

15 dekabr
.

Bahalısı da, 2 manatlığı da eyni işi görür, aldanmayın - Həkim

Bahalı diş fırçaları düşündüyünüz qədər fərq yaratmır. xəbər verir ki, bunu hollandiyalı stomatoloq parodontoloq Tima Tomassenin deyib. Alim müxtəlif klinik tədqiqatları müqayisə edərək adi və elektrikli fırçaların təsirini və fırçalama müddətinin dişlərə təsirini araşdırıb. Bu barədə Amsterdam Universitet

6 dekabr
.

Gecələr şirniyyat yemək zərərlidirmi? - Şəkərin yuxuya təsiri

Əlavə şəkərin həddindən artıq qəbulu ürək-damar xəstəlikləri, ikinci tip diabet və zəif yuxu riski ilə əlaqələndirilir. Qaynarinfo xəbər verir ki, bu barədə "Eatingwell" nəşri yazıb. Məqalənin məzmunu diyetoloq və diplomlu həkim Cessika Boll tərəfindən yoxlanılıb və təsdiqlənib. Bildirili

15 dekabr
.

Çox yeyənlər niyə gec doyur? - Səbəb açıqlandı

Müasir həyat tempi səbəbindən insanlar çox vaxt yeməyi tələsik yeyir. Sürətli yemək vərdişi stress və narahatlığı artıra bilər. xəbər verir ki, rusiyalı nevroloq Marianna Cikiya bildirib ki, bu vərdiş narahatlıq və stress hissini gücləndirir. Həkimin sözlərinə görə bağırsaq və beyin arasında sıx əlaq

6 dekabr
.

İmmunitetə ​​davamlı virus narahatlıq yaratdı - Mütəxəssislərdən yeni pandemiya xəbərdarlığı

İnsan orqanizminin infeksiyalara qarşı ən təsirli müdafiə mexanizmlərindən biri hesab olunan qızdırma, adətən xəstəliklərlə mübarizədə həlledici rol oynayır. Qızdırma bədən temperaturunu yüksəldərək virusların çoxalmasını yavaşladır və immun sisteminə infeksiyanı aradan qaldırmaq üçün əlavə vaxt qazandırır

11 dekabr
.

Bağırsaq sağlamlığı üçün nə içmək lazımdır? - Yeni araşdırma

Kefir istehlakının mikrobiom balansında dəyişikliklərlə əlaqəli olduğu və bunun həzm, immun və metabolik sistemlərin sağlamlığına müsbət təsir göstərə biləcəyi müəyyən edilib. Qaynarinfo xəbər verir ki, bu barədə kefirin sağlamlığa təsiri ilə bağlı alimlərin apardığı geniş icmalda qeyd olunur. Araşdırm

19 dekabr