Gecələr şirniyyat yemək zərərlidirmi? - Şəkərin yuxuya təsiri

Gecələr şirniyyat yemək zərərlidirmi? - Şəkərin yuxuya təsiriƏlavə şəkərin həddindən artıq qəbulu ürək-damar xəstəlikləri, ikinci tip diabet və zəif yuxu riski ilə əlaqələndirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Eatingwell" nəşri yazıb.

Məqalənin məzmunu diyetoloq və diplomlu həkim Cessika Boll tərəfindən yoxlanılıb və təsdiqlənib.

Bildirilir ki, əlavə şəkər tərkibi yüksək olan məhsulları gecə istirahətinə az qalmış yemək qanda qlükoza səviyyəsinin kəskin yüksəlməsinə səbəb ola bilər ki, bu da yuxuya getməyi və yuxunun keyfiyyətini çətinləşdirir. Lakin bütün şəkərlər eyni deyil.

"Təbii mənşəli şəkərlər lif, vitamin və minerallarla zəngin bütöv məhsullarda olur, əlavə şəkər isə rafinə edilmiş, ultraemal olunmuş qidalarda mövcuddur", deyə sertifikatlı diyetoloq Vel Vörner qeyd edib.

Bu məqalədə məhz konfet və ya şirniyyat kimi əlavə şəkər tərkibli qidalardan bəhs olunur. ABŞ Milli Tibb Kitabxanasının saytında dərc olunan araşdırmaya görə, bu cür məhsullar qəbul edildikdə qanda şəkərin səviyyəsi yüksəlir və orqanizm bu qlükozanı hüceyrələrə ötürmək üçün insulin ifraz edir. Axşam saatlarında qlükozanın kəskin artması yuxu və oyanıqlıq dövrlərini tənzimləyən hormonların həssas balansını poza bilər.

"Əlavə şəkərin böyük dozaları qlükoza səviyyəsinin sürətlə yüksəlməsinə və onun azaldılması üçün insulinin ifrazına səbəb olur", deyə Vörner izah edib.

Onun sözlərinə görə, daha sonra şəkər səviyyəsi tez düşərsə, orqanizm onu yenidən qaldırmaq üçün stress hormonları olan kortizol və adrenalini ifraz edə bilər. Nəticədə insan yatmalı olduğu vaxtda özünü daha ayıq hiss edir.

"Gecə saatlarında kortizol yüksək qaldıqda, bu, orqanizmə yuxu vaxtının gəldiyini bildirən melatoninin təbii artımını ləngidə bilər. Kortizol və melatonin arasındakı bu disbalans rahatlamağı və yuxuya getməyi çətinləşdirir", deyə diyetoloq Liza Yanq əlavə edib.

Qanda şəkər səviyyəsindəki bu dalğalanmalar yuxunun dərinliyinə və müddətinə də təsir göstərə bilər. "Frontiersin" jurnalında dərc olunan araşdırma əlavə şəkərlə zəngin pəhrizlərin daha qısa yuxu müddəti və gecə daha tez-tez oyanmalarla əlaqəli olduğunu göstərib.

Alimlər "Frontiersin"də dərc olunan başqa bir tədqiqatda bildiriblər ki, qlükozanın sürətli qalxıb-enməsi yaddaş, öyrənmə və emosional tənzimləməni dəstəkləyən REM-yuxu fazasını poza və dərin, bərpaedici yuxuda keçirilən vaxtı azalda bilər. Məhz buna görə axşam saatlarında şirinə olan istək bəzən yuxusuz gecə ilə nəticələnir.

Əlavə şəkəri hansı vaxta qədər yemək olar?

Son yemək və ya qəlyanaltının vaxtı orqanizmin şəkərlə necə mübarizə apardığına və sonrakı yuxunun keyfiyyətinə təsir edə bilər. Metabolizm sirkadiyal ritmə tabedir, yəni günün müxtəlif vaxtlarında enerjini fərqli şəkildə emal edirik.

"Şəkər qəbulu barədə düşünərkən vaxt faktoru çox vacibdir", deyə qeydiyyatdan keçmiş diyetoloq Cennı Finke bildirib.

Onun sözlərinə görə, axşam yaxınlaşdıqca həzm prosesi yavaşıyır, insulinə həssaslıq azalır və bu da orqanizmin böyük miqdarda şəkəri emal etməsini çətinləşdirir.

"İdeal olaraq son yemək yatmazdan iki-üç saat əvvəl olmalıdır. Bu, şəkər və ya karbohidratların həzm olunmasına və emalına vaxt verir. Bu interval melatoninin səviyyəsi artdıqca qanda şəkərin daha stabil qalmasına və yuxunun optimal keyfiyyətinə kömək edir", deyə Finke vurğulayıb.

Bununla belə, əlavə şəkərin son qəbulu üçün hamıya uyğun universal qayda yoxdur. Əsas olan bədənin siqnallarına qulaq asmaqdır. Əgər şirin bir şey yedikdən sonra tez-tez oyanırsınızsa, onu gündüz saatlarında yemək daha faydalı ola bilər.

Diyetoloqlar gecə nə yeməyi məsləhət görür?

Əgər həqiqətən acsınızsa, yatmazdan əvvəl yeməkdən tam imtina problemi həll etmir, əksinə yuxuya getməyi və yuxunun keyfiyyətini çətinləşdirə bilər. Vörner zülal, faydalı yağlar, lif və mürəkkəb karbohidratları birləşdirən yüngül qəlyanaltı tövsiyə edir. Bu balans qanda şəkərin stabil qalmasına kömək edir, həzmi yavaşladır və dərin, bərpaedici yuxuya mane ola biləcək kəskin şəkər sıçrayışlarının qarşısını alır.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 660   Tarix: 15 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin

11 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO

Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik

9 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021
.

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021