"Assanc hadisəsi" Zamirə Hacıyevanın həbsi təhlükəsini artırdı

"Assanc hadisəsi" Zamirə Hacıyevanın həbsi təhlükəsini artırdı"Dumanlı Albion" varlıların cənnətindən sürətlə uzaqlaşmağa başlayıb, bu isə polis nəzarətində olan azərbaycanlı bankir xanımına yaxşı heç nə vəd etmir...

"WikiLeaks" saytının yaradıcısı Cullian Assancın ötən həftə Londonda həbsi "Dumanlı Albion"a sığınan Zamirə Hacıyeva mövzusuna diqqəti artırır. Məxfi sənədlərin ictimailəşdirilməsi ilə məşhurlaşan Cullian Assancın 7 il ərzində sığındığı Ekvador səfirliyindən bu cür çıxarılacağını ən pessimist təhlilçilər belə ağıllarına gətirmirdilər. Bu isə ümumilikdə varlıların cənnəti hesab edilən Londonun artıq əvvəlki şərtlərdən yaxa qurtarmağa çalışdığını göstərir. Azərbaycandan Londona sığınan məşhur isimlər arasında ilk yerlərdə adı gələnlərdən biri də Baynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevadır.

Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində yeni proses davam etdirilir. C.Hacıyev bundan əvvəl 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Hazırda o, yeni ittihamlar üzrə sorğu-sual olunur. Ölkədən milyardlarla pulun çıxarılmasında ittiham edilir.

Onun həyat yoldaşı Zamirə Hacıyeva 2018-ci ilin sonunda London məhkəməsində varidatı ilə bağlı sorğu-sual edilib. Xanım Hacıyevaya varidatın mənbəyini açıqlamaq üçün vaxt verilib. Westminster Magistrates Məhkəməsində keçirilən inzibati iclasda növbəti məhkəmənin 24, 26, 27 və 28 iyun 2019-cu il tarixlərində keçiriləcəyi bildirilib. Bu, o deməkdir ki, 2 ay sonra Assancın taleyini Zamirə Hacıyeva da yaşaya bilər. Onun məhkəmə hökmü ilə Azərbaycan tərəfinə təhvil verilməsi artıq qaçılmaz görünür.

Bakı Ağır Cinayətlər Məhkəməsində Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmədə də Zamirə Hacıyevanın adı tez-tez hallanır.

İttihama əsasən, 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyev ölkədən çıxardığı milyardların bir qismini Londonda yaşayan həyat yoldaşının bank hesablarına köçürüb. Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanununun ilk hədəfi olan Z.Hacıyeva hazırda Londonda 11.5 milyon funt sterlinqə aldığı (15.13 milyon dollar) evinin əlindən alınmamasına çalışır. O, 10 il ərzində Londonun məşhur dükanı "Harrods"da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib və elə həmin mağazanın yanında - Londonun ən bahalı ərazilərindən birində ev alıb. O, həmçinin Berkshire qraflığında qolf klubunu alıb. Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - "Mill Ride Golf Club"u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. Z. Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) "Gulfstream G550" jet təyyarəsi aldığını da ortaya çıxıb. Onun ailəsinə aid olan 400 min sterlinqdən çox dəyəri olan zinət əşyaları müsadirə edilib və "Christie" auksionunda satışa çıxarılması nəzərdə tutulub.

Z.Hacıyeva 2018-ci ilin sonunda İngiltərənin paytaxtı Londonda saxlanılıb və sonradan girov müqabilində zaminə buraxılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunmuşdu. Bu sərəncama əsasən, o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Z.Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahişlə bağlıdır. Məlumata görə, ona qarşı 2 mənimsəmə ittihamı irəli sürülüb.

Z.Hacıyeva hazırda Londonda polis nəzarətindədir və məhkəmənin tələbini yerinə yetirib xərclədiyi pulların mənbəyini açıqlaya bilməsə, həbs edilə və Azərbaycan tərəfinə təhvil verilə bilər.

Yada salaq ki, Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət qrup 2017-ci ildə Londona ezam edilərək orada Z.Hacıyevanın həbsi üçün yerli hüquq-mühafizə orqanlarına müraciət ediblər. Həmin vaxt sübut çatışmazlığına görə Z.Hacıyeva Azərbaycan tərəfinə təhvil verilməyib. Bundan sonra, 2018-ci ildə Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanun - UWO qəbul edilib. UWO-nin Z.Hacıyevanın ekstradisiya məsələsinin həllinə imkan yaradacağı da istisna deyil. "Assanc işi" isə göstərir ki, "Dumanlı Albion" varlıların cənnətindən sürətlə uzaqlaşmağa başlayıb. Bu isə Z. Hacıyeva və digərlərinə yaxşı heç nə vəd etmir...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2336   Tarix: 15 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel