Sovetlər dönəmində solaxay olmaq niyə qadağan olunmuşdu?

Sovetlər dönəmində solaxay olmaq niyə qadağan olunmuşdu?Sovetlər dönəmində uşaqlara sol əllə yazmaq qadağan edilirdi. Hətta buna görə xətkeşlə ələ də vurulurdu.

Sonxeber.az-ın araşdırmalarına görə, sol əllə yazmağın qarşısını almaq üçün qolunu ya bağlayır, ya da arxaya bururdular.

Bunun bir neçə səbəbi də var. Əvvəla sovet ideologiyasına görə kimsə kimdənsə seçilməməli idi. O dönəmlərdə xüsusi stildə geyinənləri, eləcə də solaxayları çox da sevmirdilər. Çünki onlar hamı kimi "deyildilər". Rəsmi olaraq solaxay olmağın qadağası ona görə irəli sürülürdü ki, istifadə üçün istehsal edilən bütün əşyalar sağ əl üçün nəzərdə tutulurdu. Sonra da solaxayların "məcburi" sağ əllə iş görməyin öyrədilməsi nəzarətə götürüldü.

Alimlər bu kimi məcburiyyətin solaxayların psixologiyasına mənfi təsir etdiyini aşkar etdilər. Belə adamlar özlərini çox vaxt yersiz yerə günahkar hiss edir, məktəbdə şagirdlər arasında çıxdaş olur və nəticədə yaxşı oxumurdular. Onlarda əsəb pozuntusu, yuxusuzluq kimi xoşagəlməz simptomlar aşkarlanırdı.

Araşdırmalara görə solaxayları tamamən dəyişmək mümkün deyil. Onlar müəyyən işləri yenə də sol əllə görürdülər. Amma maraqlı özəllikləri də o idi ki, həm sol, həm də sağ əllə yazırdılar. Nəticədə 1986-cı ildə solaxaylara qarşı "basqı", onlara sağ əllə iş görməyin öyrədilməsi ləğv edildi. Lakin indiki dövrdə solaxay olmaq sərbəstdir və elələrinə heç bir basqı yoxdur. Hətta solaxay adamlar bu xüsusiyyətlərinə görə çoxu tərəfindən maraqla qarşılanır və onlar kimi olmağa - məsələn, ən çox sol əllə yazmağı öyrənməyə cəhd edirlər. Həmçinin solaxay adamlar digərlərindən fərqli olaraq, xüsusi istedada malikdirlər.

Qeyd edək ki, dünyanın müxtəlif sahələrində ən tanınmış simalar məhz solaxaylardır. Prezidentlər Bill Klinton, Barak Obama, şahzadə Çarlz, aktyorlar Bred Pitt, Tom Kruz, Çarli Çaplin, aktrisalar Nikol Kidman, Ancelina Coli, müğənnilər Ledi Qaqa, Riki Martin və bu kimi yüzlərlə tanınmışlar doğuşdan solaxaydırlar.

Azər NƏSİBOV


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2624   Tarix: 04 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021