Paşinyan 7 rayonu qaytarmırsa, biz nə etməliyik? – Video

Paşinyan 7 rayonu qaytarmırsa, biz nə etməliyik? – VideoErməni tərəfinin mövqeyi danışıqlar yolu ilə torpaqların azad olunmasına heç bir ümid yaratmır.

Sonxeber.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Musavat.com-a açıqlamasında bildirib. Keçmiş nazir hesab edir ki, indiki durumda rəsmi Bakı Rusiya ilə danışmalıdır:

"Danışıqlar olmayan yerdə təbii ki, güc yolu və müharibə məsələsi gündəmə gəlir. Bununla əlaqədar olaraq ilk növbədə Rusiya ilə ciddi danışıqlar olmalıdır, təxminən bu mövzular ətrafında: siz bəyan etmisiniz və sənədlər var ki, Ermənistan sizin tərəfdaşdır və ona dəstək verəcəksiniz. Amma orada bəyan olunub ki, siz bu ölkəni xarici təhlükələrdən qoruyacaqsınız. Siz onu da bəyan etmisiniz ki, Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə həll olunsun və oradakı erməni əhalinin statusu bu və ya digər şəkildə müəyyənləşsin. Lakin Paşinyan hakimiyyətə gələndən sonra bəyan edib ki, Dağlıq Qarabağın ətrafındakı rayonlar və orada etnik təmizləməyə məruz qalan ərazilər indi birmənalı şəkildə ya Ermənistana, ya da qondarma quruma "birləşdirilib", bu ərazilərin azad olunması mümkün deyil. Yəni biz bu istiqamətdə danışıqlar aparmayaq. İndi biz sizdən soruşmaq istəyirik, siz hərbi qüvvələrinizlə ermənilərin gün-gündən böyüyən və artan ambisiyasının arxasında dayanacaqsınız, ya yox? Bu suala Rusiyanın cavabından sonra bu və ya digər addımlar atılmalıdır".

T.Zülfüqarov bildirib ki, Paşinyan, ya Sərkisyanın Şuşaya gəlib-gəlməməsindən daha ciddi məsələ var:

"Orada Ermənistanın işğalçı ordusu var. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bundan artıq kobud pozuntusu halı baş verə bilməz. Azərbaycan vətəndaşlarının etnik təmizlənməsi siyasəti həyata keçirilib. Ermənilərin heç vaxt yaşamadığı rayonlarda belə, total etnik təmizləmələr aparılıb. Digər məsələlər işğalçının anneksiya siyasətinin davamıdır. Ona görə yuxarıda dediyim məsələlərlə bağlı suallara ciddi şəkildə cavab verilməlidir. Rusiyadan soruşmalıyıq: əgər siz Ermənistanın anneksiya siyasətini dəstəkləyirsinizsə, onda vasitəçi ola bilməzsiniz. Siz onu dəstəkləyirsinizsə və onun hərbi qarantı olursunusa, onda biz öz işimizi bilək. Yəni kiminləsə dostluq edək, kiminləsə müttəfiq olaq. Bu, artıq bizim işimizdir. Biz artıq bilməliyik ki, bizim qarşımızda təkcə erməni əsgəri yox, həm də rus əsgəri dayanır. Əgər belədirsə, onda biz buna uyğun olaraq, Rusiyaya qarşı öz siyasətimizi aparmalıyıq. Hər halda, bu, məntiqi addımdır. Rusiya deyir torpaqlar azad olunmalıdır. Amma Ermənistan deyir, azad etmirəm. Onda bu vəziyyətdə biz nə etməliyik? Rusiya özü Çeçenistanda güc tətbiq etdi. Yaxud Fransa öz qoşunlarını Malidə yerləşdirib. Əgər hər şey danışıqlarla həll olunsaydı, onda siz niyə güc tətbiq edirdiniz? Siz də illərdir deyirsiniz gözləyin, ermənilər ağıla gələcək. Axı ağıla gəlmirlər, torpaqlarımızı azad etmirlər. Açıq şəkildə deyirlər ki, biz torpaqları azad edən deyilik. Azad etmirlərsə, onda danışıqlar nəyin ətrafında gedəcək?"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1432   Tarix: 08 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuata konfransı - CANLI YAYIM

Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfransı keçirilir. Həmin konfransdan görüntüləri təqdim edirik:

26 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel