Nəsibə Zeynalovanın doğum günüdür
Bu gün Azərbaycan teatr və kino səhnəsində bir-birindən əvəzsiz obrazlar yaradan xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür.
Milli Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda doğulub.
Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub.
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdə rəhmətə gedib.
Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.
Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb.
Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir Hacıbəyli), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar Hacıbəyli ) kimi xarakterik səhnə obrazlarında çıxış edib.
N.Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisanın Xanpəri ("Dərviş Məstəli şah", musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Nargilə ("Gözün aydın",), Şərəf və Nisə ("Durna", Süleyman Rüstəm), Məsmə ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov), Züleyxa ("Ulduz", Sabit Rəhman) Tükəz və s. rollarının əvəzsiz ifaçısı sayılır.
Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbbi reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.
Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, tele-tamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib.
Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.
Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə əməkdar, 1967-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatını alıb.
Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məşhur serialda "Tərəkəmə" oynadılar - Video
Məşhur türk serialı "Veliaht"ın 13-cü bölümündə "Tərəkəmə" səsləndirilib. "Qafqazinfo" xəbər verir ki, bu, sosial şəbəkələrdə azərbaycanlılar tərəfindən maraqla qarşılanıb. Belə ki, həmin səhnədə ekran işinin əsas obrazlarından olan və serialda qardaş kimi təqdim edilə
13 dekabrNəriman Həsənzadə palataya köçürüldü
"Nəriman Həsənzadə reanimasiyadan palataya köçürülüb". Bu barədə "Qafqazinfo"ya Xalq şairinin köməkçisi Arif Mehmandost məlumat verib. "Hazırda vəziyyəti yaxşıdır. Bundan sonra həyatına dializlə davam edəcək", - o bildirib. Xatırladaq ki, 94 yaşlı N.Həsənzadə ötən ay böyrə
12 dekabrBoşandılar… - Teatrdan da getdi
Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə rejissor xanımı Səidə Haqverdiyeva boşanıb. Axşam.az xəbər verir ki, bu haqda Səidə məlumat yayıb. "Artıq Rəşad Əhmədzadə ilə nikahıma xitam verildi. İndi isə əziz teatrımla yollarımı ayırdım və işimdən getdim. Məni 10 illik ailəmi
14 dekabrQəzənfər Abbasov: "...Özlərini pis günə qoyublar"
Əməkdar artist Babək Niftəliyev xanəndələrin geyimini tənqid edib. Xanəndə tədbirlərdə muğam ifaçılarının idman tərzində səhnəyə çıxmasının əleyhinə olduğunu bildirib:. "Dövlət tərəfindən milli musiqimizə böyük diqqət ayrılıb. Beynəlxalq müsabiqələrə ev sahibliyi edirik. Biz tələbələrlə danışand
31 oktyabr"Neçə dəfə ürək əməliyyatı keçirtdi"
Aparıcı Zaur Baxşəliyev ötən gün dünyasını dəyişən Əməkdar artist Vahid Əliyevin səhhətindəki problemlərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı proqramında aktyorun ürək problemi olduğunu deyib:. "Səhhətində problem yaranmışdı. Ürəyinə bir neçə stend qoyulmuşdu. Bir neçə dəfə ürək əməliyyat
7 noyabrTamara Fətullayeva vəfat etdi - 40 il direktor işləmişdi
Lənkəran rayonunda muzey direktoru vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev-muzeyinin direktoru Tamara Fətullayevadır. Qeyd edək ki, muzeyə daha əvvəl Həzi Aslanovun həyat yoldaşı Xavər xanım rəhbərlik edib
8 dekabrFəxriyə Xələfova "Füsünkar İpək" kolleksiyasını təqdim etdi - VİDEO
Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova "Füsünkar İpək" adlı yeni moda kolleksiyasını təqdim edib. xəbər verir ki, Fəxriyə Xələfovanın kolleksiyası ənənəvi Azərbaycan ipək kəlağayısı ilə müasir axşam paltarlarının harmonik birləşməsindən ibarətdir. Bu ilhamverici sintez keçmiş və bu gün
11 dekabrAnardan həmin fotosu ilə bağlı - Açıqlama
Sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təkərli oturacaqda çəkilmiş fotosu yayılıb. Üzərində "klinika" yazılmış arabada əyləşən 87 yaşlı yazıçının bu görüntüsü onun səhhətində ciddi problemlərin olmasına dair müzakirələri yenidən gücləndirib. "Qafqazinfo"
17 noyabrŞahnaz Haşımovanın vəziyyəti açıqlandı
Xalq artisti Şahnaz Haşımovanın son vəziyyəti açıqlanıb. Onun nəvəsi Eldar Abdullayev "Qafqazinfo"ya açıqlamasında Xalq artistinin bu gün əməliyyat olunduğunu bildirib. "Şahnaz Haşımovanın bu gün Gəncə Beynəlxalq Xəstəxanasında baş tutan əməliyyatı uğurla bitdi. Hazırda palata şəraitind
25 oktyabr