Azərbaycanda kürəkən onu təhqir edən qayınatasını əvvəlcə boğdu, sonra ürəyindən bıçaqladı

Azərbaycanda kürəkən onu təhqir edən qayınatasını əvvəlcə boğdu, sonra ürəyindən bıçaqladıGöyçayda qayınatasını öldürməkdə təqsirli bilinən Qalib Bağırov məhkəməyə apellyasiya şikayəti verib.
Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin şikayətinə may ayının 16-da Bakı Apellyasiya məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Qalib Bağırov 2009-cu ilin sentyabr ayında Vəfa Bağırova ilə ailə həyatı qurub. Bu evlilikdən narazı qalan qayınatası Rza İsmayılov onları ayırmaq üçün təşəbbüs göstərərək, mütəmadi olaraq kürəkənini və qızını nalayiq söyüşlərlə söyüb təhqir edib. Qayınatasının xoşagəlməz rəftarından təngə gələn Qalib Bağırov onu öldürməyi qərarlaşdırıb. Bu məqsədlə də o, arvadı ilə birlikdə 2010-cu ilin avqust ayının 6-dan 7-nə keçən gecə qayınatasının gözətçi işlədiyi Göyçay rayon Qarabaqqal kəndinin kənarında yerləşən qoyun fermasına gəlib. Arvadına yolun kənarında gözləməsini tapşıraraq tək fermaya gedib, qayınatası Rza İsmayılovun öz otağında kərpic zavodunun gözətçisi Bəhruz Məmmədovla yeyib-içməsini görərək gözləyib. Sonuncu getdikdən sonra həyətdə məftildən asılmış əl-üz dəsmalını götürüb qayınatasının yatdığı otağa daxil olub. Çarpayıda uzanan qayınatasının boğazından yapışaraq yuxarı qaldırıb, əlindəki dəsmalı onun boynuna keçirərək möhkəm sıxıb. Rza İsmayılovun boynunun qırıldığını zənn edərək çölə çıxıb. Lakin qayınatasına qarşı kini soyumadığından təkrar geri qayıdaraq bıçaqla onun boyun nahiyəsindən bir dəfə zərbə endirib.
Sonuncu aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Təxminən 1 saat sonra Qalib arvadının yanına qayıdıb. Qalibdən atama nə etdiyini soruşan Vəfa Bağırovaya "Atana ürək sözlərimi deyib qayıtdım", - deyə cavab verib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Qalib Bağırov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1427   Tarix: 13 may 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi xəstəxanada öldü

Qaxda qəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi xəstəxanada ölüb. xəbər verir ki, Qax şəhərindəki qəbiristanlıqda 1981-ci il təvəllüdlü Ruslan Məmmədov huşsuz vəziyyətdə tapılıb. O, təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb, amma həyatını xilas etmək mümkün olmayıb

21 dekabr
.

Atasının dəfn mərasimində yaşadığı hadisə qadını ikinci dəfə sarsıtdı - VİDEO

Atasının dəfn mərasimində 600 min TL dəyərində qızıl-zinət əşyalarının oğurlandığını iddia edən qadın yaşadığı hadisəni sosial şəbəkədə paylaşdığı video ilə gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, ağrılı günlərində belə bir hadisə ilə üzləşməyin onları bir daha yıxdığını deyən qadın

19 dekabr
.

Bakıda işlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan usta saxlanılıb

Bakıda işlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan usta saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb. Həmin evdə usta kimi işləyən şəxs ev sahibini

20 dekabr
.

AİLƏ FACİƏSİ! Ata oğlunu təsadüfən avtomobillə VURARAQ ÖLDÜRDÜ

Rusiyada azərbaycanlı sürücü oğlunu təsadüfən avtomobillə vuraraq öldürüb. APA-ya istinadən xəbər verir ki, hadisə Dağıstanda qeydə alınıb. Beynəlxalq yükdaşımaları həyata keçirən Sabirabad rayonunun Çağırğan kənd sakini Şamil Şirinov idarə etdiyi iritonnajlı yük avtomobilini geriyə sürərkən 37 yaşl

21 dekabr
.

Maşınına asdığı nömrənin cəzası ağır oldu! - VİDEO

Antalyanın Konyaaltı rayonunda bir sürücünün maşının nömrəsinin üzərinə yazdırdığı "07 TRANS 07" yazısı sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Konyaaltı rayonunda hərəkətdə olan avtomobilin görüntüləri qısa zamanda sosial mediada geniş yayılaraq müzakirələr

19 dekabr
.

19 yaşlı gənc qadın 3 ildir evli olduğu şəxs tərəfindən qətlə yetirildi

Türkiyənin paytaxtı Ankarada 19 yaşlı Sevgi Özdemir 3 ildir evli olduğu həyat yoldaşı tərəfindən qətlə yetirilib. Hadisə Altındağ rayonunda cütlüyün yaşadığı evdə baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, 28 yaşlı Yasin Özdemir bir müddətdir şiddətli keçimsizlik yaşadığı həya

17 dekabr
.

Boşanmaq üzrə olduğu həyat yoldaşına cəhənnəm yaşatdı - VİDEO

İstanbulun Kağıthane rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən bir qadına küçənin ortasında fiziki və silahlı hücum edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə 13 dekabr, şənbə günü saat 14:00 radələrində Çağlayan məhəlləsində baş verib. Əldə olunan məlumata görə, Yağmu

17 dekabr
.

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB

Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfatı ilə bağlı məlumatlar reallığı əks etdirməyib. "EGE Hospital"ın icraçı direktoru Rafael Əliyev -a verdiyi açıqlamada yayılan məlumatları təkzib edib. O qeyd edib ki, Tünzalə Sultanova "EGE Hospital"da müalicə almayıb:. "Tünzal

20 dekabr
.

Sevgilisinin arvadının iş yerinə gedərək - Onu təhqir etdi

Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib. Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənov

17 dekabr