Azərbaycanda "Jiquli" zərbəyə davam gətirmədi: 4 nəfər YARALANDI - VİDEO

Azərbaycanda "Jiquli" zərbəyə davam gətirmədi: 4 nəfər YARALANDI - VİDEOYasamal rayonunda baş verən yol qəzası zamanı dörd nəfər yaralanıb.

Hadisə metronun 20 Yanvar stansiyasının yaxınlığında qeydə alınıb.

Cavid Əliyevin idarə etdiyi "99 SG 264" dövlət nömrə nişanlı "Opel" markalı avtomobil dönmə əməliyyatı yerinə yetirmək istəyərkən Vüsal Məmmədovun idarə etdiyi "90 UP 171" dövlət qeydiyyatlı "VAZ 2107" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində "VAZ 2107"-də olan 3 sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. (oxu.az)

Hadisə   Baxılıb: 254   Tarix: 16 may 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR