Azərbaycanda minimum əməkhaqqı 500 manata qaldırılır? - AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı 500 manata qaldırılır? - AÇIQLAMABu gün vətəndaşların ən çox narazılıq etdiyi məsələ Azərbaycanda minimum əməkhaqqının 345 manat dəyərində az olmasıdır. İlk olaraq, bu məbləğ bir ailənin ehtiyaclarını qarşılamır. Bununla yanaşı vətəndaşlar bu məbləğ ipotekadan yararlanmaq istəyən ailələrə problem yaradır. Çünki minimum əməkhaqqı ilə vətəndaşlar ipoteka kreditlərindən yararlana bilmir. Bu baxımdan Azərbaycanda minimum əməkhaqqının məbləği il ərzində 500 manata çatdırıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycanda bu gün minimal əməkhaqqının 345 manat dəyərindədir və bu məbləğ az olduğu üçün artırılmalıdır:

"Azərbaycan Respublikasının Konstitusiyasına görə, bizim qoşulduğumuz beynəlxalq müqavilələr Azərbaycanın qanunvericiliyi aktları sayılıb. Bu müqavilələr bizim milli hüquq sistemimizə daxildir. Əvvəla Azərbaycan 1992-ci ildən "İqtisadi sosial və mədəni hüquqlar haqqında " beynəlxalq pakta qoşulub. Həmin paktın 7-ci maddəsinə görə şəxsin əməkhaqqısı onun və ailəsinin layiqli həyat tərzini təmin etməlidir. Eyni zamanda Azərbaycan 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşulub. Həmin xartiyanın dördüncü maddəsinin birinci bəndinə əsasən, layiqli əməkhaqqı ölkə üzrə orta əməkhaqqının 60 faizindən az olmamalıdır".

Əkrəm Həsənovun sözlərinə görə , ötən ilin sonunda bizdə əməkhaqqı hardasa 924 manata yaxın idi. Həmin məbləğin 60 faizi 462 manat edir. Deməli Azərbaycanda minimum əməkhaqqı 462 manatdan az olmamalıdır:

"Bu gün Azərbaycanda 345 manat əməkhaqqı olması çox azdır. Məsələnin əlbəttə ki, iqtisadi tərəfidə var. Amma birincisi bu belə olacaqsa dövlət öz məmurlarını maaşla təmin etməlidir. Azərbaycanda bu istiqamətdə dərin iqtisadçı alimlərimiz yoxdur. Amma dünya miqyasında alimlərin fikrincə, minimal əməkhaqqı bəzən işçilərə ziyan vurur. Yəni onları buna görə işə götürmürlər. Hansısa bir sahibkardır. Minimal əməkhaqqısı isə deyək ki, 500 manatdır. Bu zaman üç nəfərin yerinə iki nəfəri işə götürəcək. Yəni bu məsələ dünya miqyasında mübahisəlidir. Dövlət minimal əməkhaqqını vəd etməlidir yoxsa yox. Bizdə qanun var ki, əhali minimal əməkhaqqı ilə təmin edilməlidir və dövlət bunu edib. Sadəcə olaraq minimal əməkhaqqının az olmasınıb səbəbini aidiyyəti dövlət qurumları izah etməlidir. Yaxın vaxtlarda da mən bu məbləğin artmasını gözləmirəm".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1982   Tarix: 30 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr