Milli Məclisdə müzakirə: Büdcə hara xərclənib? - RƏSMİ

Milli Məclisdə müzakirə: Büdcə hara xərclənib? - RƏSMİBu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi gözlənilir.

Qanun layihəsinin müzakirəsində komitə üzvləri ilə yanaşı, bir sıra dövlət qurumlarının - komitə və nazirliklərin məsul şəxslərinin, o cümlədən, maliyyə naziri Samir Şərifovun iştirakı nəzərdə tutulur.

S.Şərifov əvvəlcə qanun layihəsi barədə geniş məlumat verəcək, sonra millət vəkillərinin təkliflərini, iradlarını və suallarını cavablandıracaq.

Müzakirələrin sonunda isə qanun layihəsi MM-in yaz sessiyasının mayın 31-də keçiriləcək sonuncu plenar iclasına tövsiyə olunacaq.

Qeyd edək ki, qanun layihəsinə əsasən, 2018-ci il dövlət büdcəsinin gəlir və xərclərinin cəmi açıqlanıb.
Belə ki, 2017-ci il dövlət büdcəsinin gəlirlərinin cəmi 16 516 684 min manat, 2018-ci ildə bu rəqəm 5 992 185,7 min manat çox, yəni 22 508 869,7 min manat olub.

Həmçinin, 2017-ci il dövlət büdcəsinin xərclərinin cəmi 17 594 748 min manat, 2018-ci ildə bu rəqəm 5 137 166,5 min manat çox, yəni 22 731 644,5 min manat olub.
Bununla yanaşı, ötən ilin dövlət büdcəsinin ehtiyat fondunun xərcləri proqnozlaşdırılandan 5,8 faiz az olub.

2018-ci ilin büdcəsində dövlət büdcəsinin ehtiyat fondunun proqnozlaşdırılan xərcləri 492 milyon 566,1 min manat olsa da, icra olunan xərclər 28 milyon 341,1 min manat az - 464 milyon 225 min manat olub.

Eyni zamanda, 2018-ci ildə müdafiə xərcləri 2 milyard 842 milyon 681,9 min manat olub.
Beləliklə, keçən il dövlət büdcəsində müdafiə xərcləri üçün proqnozlaşdırılan məbləğ 2 milyard 855 milyon 942 min manat olsa da, bu sahədə xərclər 13 milyon 260.1 min manat, yəni 0,5 faiz az olub.

Keçən il müdafiə xərcləri 2017-ci illə müqayisədə isə 221 milyon 416,8 min manat, yəni 8.4 faiz çox olub. 2017-ci ildə müdafiə xərcləri üçün 2 milyard 621 milyon 265,1 min manat xərclənib.

Eyni zamanda, ötən il Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri proqnozlaşdırılandan 47 025,4 min manat az olub.
Əgər 2018-ci ildə bu sahə üçün proqnozlaşdırılan vəsait 2 197 764,2 min manat olubsa da, bundan 2,1 faiz az, 2 150 738,8 min manat xərclənib. Eyni zamanda, 2017-ci illə müqayisədə, 2018-ci ildə sosial müdafiə və sosial təminat xərcləri azalıb. Əgər 2017-ci ildə bu sahəyə 2 350 165,2 min manat xərclənibsə, 2018-ci ildə bundan 8,5 faiz, yəni 199 426,4 min manat az vəsait xərclənib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) dövlət büdcəsindən ayırmalar (transfert) isə proqnozlaşdırılan həcmdə - 1,3 mlrd. manat olub. Bu, 2017-ci illə müqayisədə, 21 mln. manat və ya 1,6% çoxdur. 2017-ci ildə DSMF-yə dövlət büdcəsindən ayırmalar (transfert) 1,279 mlrd. manat olub.

2018-ci il büdcə kəsiri isə proqnozlaşdırılandan dörd dəfədən çox az olub.

2018-ci ilin dövlət büdcəsində büdcə kəsiri 951 milyon manat proqnozlaşdırılsa da, büdcənin icrası zamanı kəsir 222 milyon 774,8 min manat olub. Bu, 2017-ci ildəki büdcə kəsrindən 5 dəfəyə qədər azdır. 2017-ci ildə büdcə kəsiri 1 milyard 77 milyon 794 min manat olub.

oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1268   Tarix: 21 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021