Dərbəndin keçmiş başçısı azərbaycanlıları öldürdüb - İDDİA
Dağıstanın Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov dörd nəfərin, o cümlədən, iki Azərbaycan vətəndaşının qətlində şübhəli bilinir.
Bu barədə "Baza" "Telegram" kanalında məlumat yayılıb.
Yazılanlara görə, dörd qətldən ikisi 2000-ci illərin əvvəllərində törədilib.
"Həmin vaxt Dərbənddə naməlum şəxslər iki Azərbaycan vətəndaşını oğurlayaraq, qətlə yetiriblər. Cinayət işində M.Cəlilovun doğma qardaşının adı hallanırdı. Ancaq məsələni ört-basdır etdilər, belə şeylər olur. Hazırda isə müstəntiqlər, iki nəfərin qətlində bilavasitə hazırkı Dərbənd rayon icra başçısının əlinin olduğunu iddia edir", - deyə "Baza" yazır.
Üçüncü qurban biznesmen Arsenali Daudov olub. Onu maşında olarkən partladıblar. Daudov Azərbaycandan Dağıstana və qonşu bölgələrə tərəvəz aparırdı. Onun maraqları M.Cəlilovun maraqları ilə kəsişmişdi.
Dördüncü qətl 2015-ci ildə Dərbənddə qeydə alınıb. Həmin vaxt cinayətkarlar Dərbənd rayon xəstəxanasının baş həkimi Nesür Osmanovu güllələmişdi. İstintaq versiyasına görə, N.Osmanov M.Cəlilova 12 milyon rubl borc verib. Borcun ödəniş tarixi gəlib çatsa da, heç kim ödəmək fikrində olmayıb, nəticədə borc verəni öldürüblər.
Qeyd edək ki, M.Cəlilov Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən fevralın 9-da saxlanılıb. Saxlanılmaya əsas, onun torpaq sahələrinin satışı ilə iri məbləğli maxinasiyalarda şübhəli bilinməsi olub.
Söhbət Rusiyanın Dövlət Reyestr Agentliyi və "Rosprirodnadzor"un Dağıstan üzrə idarələrinin işində aşkarlanan pozuntulardan gedir. Baş Prokurorluğun "Dövlət Reyestr Agentliyinin" məlumat bazasında aşkarladığı pozuntuya əsasən, sistemə "bələdiyyə mülkiyyətini özgəninkiləşdirən" vəzifəli şəxslərin qanunsuz hərəkətlərinin legitimləşdirilməsi ilə bağlı məlumatlar daxil edilib.
Dəymiş ziyanın həcmi 143 milyon rublu ötür. Bundan başqa, prokurorluq tullantılarla iş üzrə sxemlərin təsdiqində bir sıra pozuntuların olmasına diqqət yetirib. Məlum olub ki, bununla əlaqədar bölgədə qanunsuz zibilliklərin sayı 400-dən çoxdur, Xəzər dənizinə isə hər il 100 milyon kub metr kanalizasiya tullantıları axıdılır.
M.Cəlilovla birlikdə onun doğma qardaşı - yerli meşəbəyilik idarəsinin başçısı Zulfitdin Cəlilov da saxlanılıb. M.Cəlilov barəsində martın 4-də ev dustaqlığı qətimkan tədbiri seçilib, aprelin 11-də isə Moskvanın Basmannı məhkəməsi onun barəsində həbs qərarı verib. Mayın 20-də Moskva şəhər məhkəməsi M.Cəlilovun sərbəst buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini rədd edib.
M.Cəlilov 2015-ci ilin noyabr ayından bəri Dərbənd rayon icra başçısı vəzifəsini tutub. İstintaqın gedişində tutduğu vəzifədən azad edilib.
mənbə:oxu.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1091 Tarix: 23 may 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:
25 aprelKreml NATO-ya xəbərdarlıq edib
Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə
25 aprelAvtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl
25 aprelNəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...
Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad
25 aprelAzərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis
25 aprelRamzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA
Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on
24 aprelAzərbaycanda yeni kollec yaradıldı
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini
24 aprelİrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi
Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin
25 aprel