Bir gündə 6 can alan qəzanın günahkarı kimdir? - Rəsmilər bir-birlərini ittiham edir

Bir gündə 6 can alan qəzanın günahkarı kimdir? - Rəsmilər bir-birlərini ittiham edirBu gün səhəri iki ağır yol qəzası xəbəri ilə açdıq. Hər iki qəzada ölən və yaralanan var idi.

Hələ keçmiş Nəqliyyat Nazirliyi 2010-cu il mayın 6-dan etibarən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edərək, şəhərlərarası sərnişin avtomobillərinin gecə saatlarında fəaliyyət göstərməsini qadağan etmişdi. Bu addım yollardakı qəzaların azalmasına hesablanmışdı. Həqiqətən də qərarın qüvvəyə minməsindən sonra yollardakı qəzaların sayı bir qədər azalmışdı. Bəs indi şəhərlərarası yollara nəzarəti həyata keçirən qurumlar bu qərarın icra olunmasına nəzarət edirlərmi? Ümumiyyətlə qəzaların sayının azalması ilə müşayiət olunan bu qərar hələ də qüvvədədirmi?

Qeyd edək ki, Yardımlı Sumqayıt qeyri-müntəzəm marşrut xətti üzrə sifarişlə fəaliyyət göstərən avtobus gecə saatlarında qəza törədib. Yəni sürücü qaydanı pozaraq gecə saatlarında yola çıxıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat şöbəsinin rəhbəri Nuridə Allahyarova bildirir ki, şəhərlərarası qeyri-müntəzəm marşrutlara nəqliyyat qurumları nəzarət etmir:

"Yardımlı Sumqayıt qeyri-müntəzəm marşrut xətti üzrə olub, sifariş əsasında sərnişin daşıyan avtobusdur hansı ki, gecə çıxıb. Həmin o qəzayla bağlı onu deyim ki, müntəzəm marşrut xəttinin sərnişin avtobuslarının ölkə daxilində gecə saatlarında hərəkəti qanunla qadağandır. Amma təəssüflər olsun ki, Yardımlı Sumqayıt qeyri-müntəzəm marşrut xətti olduğu üçün biz onun vaxtını təyin edə bilmirik. Yəni, biz ona rəsmi vaxt verə bilmirik. Digər Yevlax Mingəçevir marşrut xətti üzrə hərəkət edən sərnişindaşıma avtobusu isə müntəzəm marşrut xəttidir və qəza səhər saatlarında baş verib. Demək istədiyim odur ki, Yevlax Mingəçevir müntəzəm marşrut xətti rəsmidir və o gecə yola çıxmayıb. Qəzanın səbəbi istintaqdan sonra məlum olacaq. Qəzaya səbəb avtomobilin texniki göstəricisinin aşağı olduğu və ya sürücünün səhvi ucbatından baş verdiyi müəyyən olduqdan sonra biz həmin sürücünün fəaliyyətinə xitam veririk. Hələ ki, bunlar yalnız ehtimallardır. İstintaqın nəticəsi yoxdur. Qeyri müntəzəm marşrut xəttinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti nəzarət etmir. Yəni, qeyri-qanuni marşrutlara nəqliyyata aid qurumların heç biri nəzarət etmir. Onlara nəzarət edən aidiyyatı olan qurumlar var".

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, sərnişin daşıyan avtobusların gecə saatlarında yola çıxmasına nəzarət olduqca zəifdir və bu işin məsuliyyəti daha çox Dövlət Yol Polisinin üzərinə düşür:

"Şəhərlərarası marşrutu xəttini həyata keçirən sərnişin avtobuslarının gecə saatlarında xəttə buraxılması qanunla qadağandır.
Sonrakı illərin təcrübəsi onu göstərdi ki, bu qanuna bir müddət riayət olunsa da, sonra yenidən şəhərlərarası avtobuslar gecə saatlarında sərnişin daşımağa davam edirlər. Bu da ondan xəbər verir ki, bu məsələ üzərində nəzarət olduqca zəifdir. Düşünürəm ki, öncə aidiyyatı strukturlar yəni, Dövlət Avtomobil Nəqliyyat xidməti bu məsələyə daha ciddi nəzarət etməlidir. Söhbət əgər, avtovağzaldan çıxan marşrutlara aiddirsə, onlara nəzarət etmək çox asandır. Amma bəzi hallarda biz ona şahid oluruq ki, 28 May , 20 yanvar, Gənclik metrostansiyası və Şamaxinka ərazisində mikroavtobuslar dayanır və onlar müxtəlif rayonlara sərnişin daşıyırlar. Belə olduğu halda Dövlət Avtomobil Nəqliyyat xidməti nəzarəti lazımi səviyyədə həyata keçirə bilmir. Ona görə də, bu məsələdə Dövlət Yol Polisi daha fəal olmalıdır. Lakin istənilən halda mən düşünürəm ki, söhbət sərnişin daşımadan gedirsə, bu şəhərlərarası olsa da sistem ciddi şəkildə qurulmalı və bunun üzərində də nəzarət mexanizimi yaradılmalıdır. Hələ ki, bununla bağlı qanunvericilikdə bir cəza tətbiq edilməyib. Düşünürəm ki, qəzanı gözləmədən, yəni faciə baş vermədən əvvəl avtobus sürücüləri ilə bağlı dərində arşdırılma aparılmalıdır və həqiqətən də gecə saatlarında yola çıxan sürücü gündüz saatlarında da yola çıxmış ola bilər. Gecə saatlarında yola çıxmaq kifayət qədər təhlükəlidir. Ona görə də bu məsələr dərindən araşdırılmalı və xüsusi mexanizm tətbiq olunmalıdır".

Məsələyə münasibət bildirən BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, avtobusların dəqiq marşrut xətti ilə işləmədiyi üçün onlarla bağlı hansısa tədbir görmək olmur.

"Bu gün qəzaya düşən mikroavtobus marşrut xətti üzrə hərəkət etməyib. Həmin mikroavtobusu sövdələşmə əsasında şəxsi avtomobil kimi çağırıblar. Marşrut xətti üzrə hərəkət edən avtobuslar əsasən, avtovağzalın nəzarəti altında işləyir", - deyə Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, əgər, gecə vaxtı hansısa avtobus rayona gedirsə, bu sürücünün ya qohumu, ya da yaxınlarıdır. Yəni, onlar dəqiq marşrut xətti ilə işləmədiyi üçün onlara hər hansı tədbir görmək olmur.

"Gecə vaxtı insanları saxlamaq olmur. Çünki bu reys avtobusu deyil. Xüsusilə də, mikroavtobuslar. Bu avtobuslar ailəsi və ya tanışları ilə gedirsə, onları saxlayıb, nəyinsə əsasında hərəkətlərinə qadağa qoymaq mümkün deyil", - deyə Kamran Əliyev qeyd edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1504   Tarix: 23 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26 aprel
.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

Yeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel