"Erməni havasına oynayan" təşkilatlar və onların qulbeçələri... - Mirələmovdan SƏRT ÇIXIŞ

"Erməni havasına oynayan" təşkilatlar və onların qulbeçələri... - Mirələmovdan SƏRT ÇIXIŞ"Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkədə ictimai-siyasi sabitliyin təmin olunması demokratik və hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanın hazırda böyük nailiyyətlər əldə etməsinin əsas qarantıdır. Azərbaycan bu gün bütün sferalar üzrə inkişaf edərək qüdrətli dövlət kimi beynəlxalq arenada öz sözünü deyir. Məhz bu çoxsaylı uğurlar və nailiyyətlər həmişə olduğu kimi daha bir beynəlxalq əhəmiyyətli tədbir ərəfəsində Azərbaycanı istəməyən qaragüruh şəbəkəni qıcıqlandırıb".

Sonxeber.az xəbər verir ki, bu fikirləri YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov deyib.

Deputat bildirib ki, Azərbaycanın indiyədək qlobal önəm daşıyan çoxsaylı beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi dünyada respublikamızın nüfuzunu artırmaqla yanaşı, mühüm əməkdaşlıqlara yol açır, yeni dostluqlara vəsilə olur:

"Ancaq əlbəttə ki, uğurlarımız dostlarımızı sevindirdiyi kimi, ikili standartlara "söykənərək" ölkəmizə düşmən mövqe sərgiləyənləri də çox narahat edir. "Erməni havasına oynayan" xarici antiazərbaycançı qüvvələr və onların qulbeçələri UEFA Avropa Liqasının Bakıda final matçının keçiriləcəyi günlər ərəfəsində yenə öz əsl üzlərini ortaya qoydular.

"Amnesty İnternational" kimi qərəzli mövqe nümayiş etdirən bir qurum idmanı öz ermənipərəst siyasətinə alət edərək çirkin niyyətini bir daha göstərdi. Azərbaycana qarşı aparılan bu "qara piar" kampaniyasının arxasında təbii ki, erməni lobbisi dayanır.

Məhz buna görə də, onlar heç bir fakta əsaslanmadan, heç bir arqumentləri olmadan sadəcə Azərbaycan əleyhinə danışmaq xətrinə "danışırlar". Ancaq onlar belə neqativ kampaniyalarla və bu cür təzyiq metodları ilə heç nə əldə etməyəcəklərini, ağ yalanlarını sadəcə özləri deyib özləri eşidəcəklərini yaxşı bilirlər. Belə psevdodemokratiya görüntülü təşkilatların ümumiyyətlə, insan haqları barəsində danışmağa üzü olmamalıdır. Çünki, ikili standartlarla hərəkət edən belə qurumlar yaxşı olar ki, səbəb və əsas olmadan Azərbaycan əleyhinə "qarayaxma oyunlarında" iştirak etməkdənsə, Ermənistanın işğalı və terroru nəticəsində zərər çəkən bir milyon məcburi köçkün azərbaycanlının hüququnu da heç olmasa, hərdənbir yada salsınlar. Belə qurumların qurduğu "qurğular"da Azərbaycan iştirak etmir və etməyəcək. Biz hansısa fitnəkar qurumların ikili maraqları üçün deyil, müstəqil siyasət yürüdən Azərbaycanın daha da güclənməsi üçün çalışırıq.

"Amnesty İnternational" kimi qərəzli təşkilatların çirkin kampaniyasının növbəti ifşası fonunda qüdrətli Azərbaycanımız UEFA Avropa Liqasının final matçını da indiyədək ev sahibliyi etdiyi digər beynəlxalq tədbirlər kimi yüksək səviyyədə həyata keçirərək dünyadakı nüfuzunu daha da möhkəmləndirəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1267   Tarix: 25 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel