90% kişilərin şəhadət barmağında görünən çapığın sirri – Ölkəni bürüyən ajiotajın səbəbi tapıldı

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri – Ölkəni bürüyən ajiotajın səbəbi tapıldıArtıq 2 aydan çoxdur ki, istər xarici, istər yerli sosial şəbəkələrdə kişilərin şəhadət barmağında olan çapıq şəklini paylaşaraq, "Əlinizə baxın, sizdə çapıq var? Kişilərdə sol əldə olan bu çapıq nədir? Hamıda var" kimi statuslar paylaşılır.

Ardıyca yüzlərlə oğlan, kişi əlinə baxaraq orda həqiqətən çapığın, izin olmasını görüb həyəcanlanır və "Məndə də var" yazıb əlinin şəklini paylaşır.

Medicina.az ajiotaj yaradan bu trendin kökünü araşdırıb və kişilərin çoxunda rast gəlinən çapıq izinin səbəbini, tibbi izahını axtarıb.

Bu suallar və mif hələ keçən ildən sosial şəbəkələrdədir. Bu haqda ilk dəfə jurnalist Oleq Kaşin tvitt paylaşıb. O, özündə 2 çapıq taparaq, əlinin şəklini çəkib və "Əksər kişilərdə olması güman edilir. Sizdə də varmı?" deyə yazıb.

Bu tviti bir çox insanlar paylaşıb və qısa müddətdə minlərlə kişi barmağına baxıb, çapıq aşkar edib və əllərinin fotolarını bölüşüb.
Axır ki, bu status Azərbaycana da ayaq açıb.

Həqiqətənmi bütün kişilərin sol əlinin şəhadət barmağında çapıq olmalıdır?

Xeyr. Bu fakt tam təsdiqini tapmayıb. Əgər 100 kişinin 60-da bu çapıq varsa, 40-da yoxdur.

Çapıq anadangəlmədirmi?

Xeyr. Körpələr çapıqla doğulmur. Doğulsa da bu bədənin müxtəlif yerlərində müxtəlif səbəblərdən ola bilər. Amma illah ki, doğulan oğlan uşaqlarının sol əlində barmaqda çapıq olmalıdır, elə bir nəzəriyyə yoxdur.

Bəs bu çapığın elmi izahı nədir?

2014-cü ildə Beynəlxalq tibbi jurnalda bir araşdırmanın nəticələri yazılıb. Alimlər bilək və barmaqlarında çapıq rast gəlinən insanları tədqiq edib. 177 kişi və 61 qadın arasında sağ əli işlədənlər, solaxaylar və hər iki əlini aktiv işlədənlər var idi. Məlum olmuşdur ki, kişilərin yarıdan çoxunda sol əldə sağa nisbətən 2 dəfə çox çapıq vardır.

Qadınlarda isə hər iki əldə çapığa rast gəlinib.

Daha çox sol əlin şəhadət barmağının orta falanqasında çapıq olduğu da məlum olub.
Elmi izahı onunla yekunlaşıb ki, solaxaylar sağ əli və barmağı daha çox zədələyir, sağ əllilər isə sol əli. Çapıq xarici təsirdən zədədir.

Niyə kişilərin əksəriyyətində bu çapıq var?

Çox sadəcə. Oğlan uşaqları hələ erkən yaşdan, 4-5-6 yaşından daş-kəsək, müxtəlif dəmir, kəsici alət, velosiped, oyuncaq maşın, raqatka ilə təmasda olur. Kəsici alətlə taxta, budaq yonur, nəsə düzəldir. Adi velosipedin zənciri də kəsicidir. Bütün bu oyunlar, vərdişlər, kəsici alətlər, daş və s. ilə ehtiyatsız davranmalar şəhadət barmaqda mütləq bir kəsik izi qoyur. Bir əşyanı solla tutub, sağ əllə kəsmək, yonmaq, vurmaq kimi hərəkətlər edildiyindən zərbə altında sol əlin şəhadət barmağı qalır.

Uşaq böyüdükcə həmin hadisələri unudur. Amma bir gün "Sol əlinə bax, səndə də çapıq var?" sualı rastına çıxanda, həqiqətən əlində keçmişin izinə rast gəlir. Amma bunu nə vaxt necə etdiyini unudub.

Digər variantlardan biri də dişləri çıxandan sonra çox uşaqların yatanda və ya digər vaxt əlini ağzına aparıb gəmirməsi və barmağını dişlərinin arasında sıxması göstərilir.

Sol əldə barmaqda çapıq olmasının kişilik, cinsi qabiliyyət və ya hansısa xüsusiyyətlərə təsiri, hər hansı mənası da cəfəngiyyatdır. Barmağında çapıq olmayan kişi ilə çapıq olan kişi eynidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2165   Tarix: 08 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy

8 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021