"Qapı açılanda gördüm qara ipəyə büküblər" - Nüsrətin ölümündən xəbərsiz olan HƏYAT YOLDAŞI

"Qapı açılanda gördüm qara ipəyə büküblər" - Nüsrətin ölümündən xəbərsiz olan HƏYAT YOLDAŞIARB TV-nin "Bu qədər" proqramının növbəti buraxılışında mərhum şair Nüsrət Kəsəmənlinin həyatından danışılıb.

Şairin ailə üzvləri və qohumları onunla bağlı xatirələrini bölüşüb:

İsmət Əyyubov – Qardaşı: "Nüsrət 17-18 yaşlarından şeir yazmağa başlamışdı. Yaşıdları və yaşlı nəsil də bilirdi ki, şeir yazırdı. Babamız da şair olub, elə bil bizim genimizdə var. Mənə qapıya-bacaya baxmaq, ona isə yazıb-yaratmaq keçmişdi. Bizim baba yurdumuz var idi, Nüsrətin böyüdüyü yurd. O ev işıqdan yandı".

Rəşat Kəsəmənli – Oğlu: "Onun keçməkeşli yolu daha gözəl şair kimi yetişməsi üçün yaranan yol idi. Ölüm diaqnozu böyrək çatışmamazlığı idi. O? uzun zaman xəstə olsa idi bəlkə də alışa bilərdik, amma ölümü çox ani oldu".

Cavidan Kəsəmənli - Nəvəsi: "2003-cü ilin əvvələri idi mən məcbur şəkildə İrandan Azərbaycana təhsilim üçün qayıtdım. Oktyabr ayında babam rəhmətə getmişdi. Mənim heç bir məlumatım yox idi və həmin vaxt ailəmin başı yas işlərinə qarışmışdı. Həmin vaxtlarda atamın dayısıgildə qalırdım. Üstündən 1-2 gün keçəndən sonra evdəkilər qəbir üstünə gedirik dedilər. Mənə isə kimin qəbri üstünə getdiyimi demədilər. Orada babamın məzar daşını gördüm, amma qohumlarım mənə babamın sağaldığnı demişdi. Mənsə onun qəbir daşını gördüm, təsəvvür edin, bu izah olunmaz bir şeydir. "

Rəhilə Kəsəmənli – Həyat yoldaşı: "Mənə elə gəlir ki, bu problem onda əvvəldən yaranmışdı. Sadəcə üstünə düşmədi, gecikdirmişdi. Vəziyyəti pisləşəndə onu dilə tutdum və xəstəxanaya gətirdik. Rəhmətlik Murtuz Ələsgərov təklif etdi ki, sən xaricdə hansı xəstəxanaya istəsən səni göndərərik. Təbrizi istədi, dedi mən İrana getmək istəyirəm. Gördüm ki, xəstəxanın həyətində o qədər adam var ki, elə bil, nümayişə çıxıblar. Dedim yəqin onunla görüşməyə gələnlərdir, amma ölüm ağlıma gəlmirdi. Bunu məndən niyə gizlətmişdilər başa düşmədim. Həyətə qara, uzun maşın daxil oldu. Maşına yaxınlaşanda gördüm ki, tabutdur. İnanmadım, günü bu gün də yadıma düşəndə inana bilmirəm. Qolumdan tutdular, onu isə qara ipəyə bükmüşdülər. Düşmənimin də başına gəlməsin. 16 ildir görmədiyim insanla qarşılaşanda deyərdim ki, sənin yarımçıq qoyub getdiyin arzuları gücüm çatdığı qədər yerinə yetirmişəm və yanına alnıaçıq, üzüağ gəlirəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1786   Tarix: 10 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca

4 iyul 2021
.

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar.  xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək

27 iyun 2021
.

Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...

xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə

28 iyul 2021
.

Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək

A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini

3 iyul 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021
.

Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası

Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının "Ən yaxşı aktyor" naminasiyasında qalib olub. TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin "Nitram" filmindəki roluna görə bu mükafata layiq görülüb. "Ən yaxşı aktrisa"

18 iyul 2021
.

"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB

Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız

11 iyul 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq

Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə

25 avqust 2021