Ermənistan Azərbaycanın təcridetmə siyasətini yara bilərmi? - Deputatdan VACİB AÇIQLAMA

Ermənistan Azərbaycanın təcridetmə siyasətini yara bilərmi? - Deputatdan VACİB AÇIQLAMA"Ermənistan yeritdiyi işğalçılıq siyasəti ucbatından həm Azərbaycan, həm də Türkiyə tərəfindən iqtisadi və nəqliyyat blokadası vəziyyətinə salınıb".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Elman Nəsirov Ermənistanın İran və separatçı Abxaziya, Cənubi Osetiya bölgələri vasitəsilə düşdüyü iqtisadi ağır vəziyyətdən çıxma ehtimallarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, bu, Ermənistanın yeritdiyi məhz aqressiv siyasətin nəticəsidir: "Bunun da çıxış yolu da var. Çıxış yolu da ondan ibarətdir ki, Ermənistan ordusu işğal olunmuş ərazilərimizdən çıxsın, işğala son qoyulsun. Bu halda yeni şərait yaranır. Ermənistanla bağlı yeridilən təcridetmə siyasətinə baxıla bilər. Paşinyan rejimi bunu nə qədər tez dərk etsə, bir o qədər yaxşı olacaq. Əks halda uzaqda olmayan perspektivdə yeni inqilab Ermənistanı öz ağuşuna ala bilər".

E. Nəsirov qeyd edib ki, Ermənistan isə bu halda çabalıyır və vurnuxur: "Ermənistanın Baş naziri Nikol Paşinyan iqtisadi inqilab edəcəyinin anonsunu vermişdi. Blokadada olan ölkədə iqtisadi inqilab etmək qeyri-mümkündür. Belə olan şəraitdə o, düşdüyü vəziyyətin diktəsi altında çabalamaqdadır və müxtəlif yollar, variantlar axtarır. Onların daha çox nəzərdən keçirdiyi iki variant var. Birincisi, İranla azad iqtisadi zona açmaq, ikincisi, analoji addımı separatçı Abxaziya və Cənubi Osetiya bölgələri ilə atmaqdır. Bununla Ermənistan İran və Rusiya ilə iqtisadi bağlılığı artırmağ hədəfləyir. İrəvan bu yolla düşdüyü ağır iqtisadi vəziyyətdən çıxmağı planlaşdırır".

Ancaq millət vəkili hesab edir ki, sadalanan planlar nəticəsi olmayan məsələlərdir: " Çünki Ermənistan kiçik, zəif və perspektivi olmayan bazara malikdir. Ölkə istehsalı çox aşağı səviyyədədir, iqtisadiyyatının mütləq hissəsi Rusiyanın nəzarəti altındadır. Belə olan halda Ermənistanın İran üçün əhəmiyyəti və aktuallığı azalır. Xüsusən indi çabalayan, vəziyyətdən çıxmaq müxtəlif yollar axtaran Ermənistanın İranla bu sahədə əməkdaşlığa nəfəslik kimi baxması ona digər problemlər yaradır. Bu, ABŞ-ın İrana qarşı sanksiyaları fonunda baş verə bilər. ABŞ Çin, Rusiya, Hindistan kimi böyük dövlətlərə təzyiq göstərir ki, İranla enerji sahəsində əməkdaşlığı dayandırsın və demək olar ki, buna da nail olur. Bu reallıqda cırtdan bir dövlətin İranla azad ticarət zonası yaratmaq xətti təbii ki, Vaşinqtonda diqqətlə izlənilən və çox mənfi qarşılanan addımdır. Ermənistan guya özünün bir problemini həll etdiyi halda, özü üçün daha böyük problemlər tapa bilər".

Məftun Salmanov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 6422   Tarix: 14 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident qurultay iştirakçılarına müraciət etdi

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VII qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev qurultay iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişa

16 dekabr
.

"Bu şəxslərin nə o dövrdə, nə də indiki mərhələdə real siyasi çəkisi olmayıb və yoxdur" - DEPUTAT

"Son dövrdə baş verən hadisələr göstərir ki, əslində Ramiz Mehdiyev, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi milli xəyanətkarların arxasında maraqlı mərkəzlər - bu məsələdə konkret olaraq Rusiya - dayanır". Bunu -a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb. O, açıqlamasınd

16 dekabr
.

"Ramiz Mehdiyev işində bir daha məlum oldu ki, özünü xalq fədailəri kimi göstərənlər əslində yalnız öz mənfəətlərini güdürmüşlər" - DEPUTAT

"Uzun illər ərzində xarici anti-Azərbaycan qüvvələrinin əlində oyuncaq olan və onlar tərəfindən idarə edilən Əli Kərimli və onunla eyni mənsəbə qulluq edən digər "milli" satqınlar hər zaman Azərbaycanın əldə etdiyi böyük tarixi qələbələrə kölgə salmaq və xarici mərkəzlərin bu yöndə apardığ

16 dekabr
.

"Aİ Venesuela dosyesini bağlamır, sadəcə dondurulmuş vəziyyətdə saxlayır" - AÇIQLAMA

Avropa İttifaqı (Aİ) Şurası Venesuelaya qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 10 yanvar 2027-ci ilə qədər uzatmaq qərarına gəlib. Sənəddə qeyd edilib ki, hazırda siyahıda aktivləri dondurulmalı olan 69 nəfər var. Onlara birbaşa və ya dolayı yolla vəsait, eləcə də, iqtisadi resurslar təqdim etmə

15 dekabr
.

Prezident bu səfərə getməyəcək - Ulu Öndərin anım gününə görə

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb. Dövlət başçısı Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətil

11 dekabr
.

"Paşinyanın təqdim etdiyi "uğur" real geosiyasi və iqtisadi nəticələr baxımından hələ məhduddur" - AÇIQLAMA

Balanslaşdırılmış və tarazlı xarici siyasət reallıqdır". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Hamburqda erməni jurnalistlərlə görüşü zamanı deyib. Paşinyan, həmçinin bu yaxınlarda səfər etdiyi ölkələri və paytaxtları sadalayıb - Moskva, Vaşinqton, Pekin, Tokio, İstanbul, Fransa, Almaniya

11 dekabr
.

Prezident Şahin Əliyevi işdən çıxardı - Yeni rektor təyin etdi

Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qeyd edək ki, Şahin Əliyev Prezident İlham Əliyevin 19 may 2022-ci il Sərıncamı ilə Ədliyyə Nazirliyini

10 dekabr
.

Ölkə başçısının növbəti humanist addımı

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən 34 il ərzində ölkədə 12 dəfə amnistiya aktı qəbul edilib və həmin aktlar ümumilikdə 70 min şəxsə şamil olunub. İlk amnistiya elə Azərbaycanın müstəqilliyinin bərpası münasibətilə qəbul edilmişdi. Bu amnistiya aktlarının əksəriyyəti İlham Əliyevi

18 dekabr
.

Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə "xidmətləri" qarşılığında nələr qazandırıb?

Vətənə xəyanət ittihamı ilə həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin adamı olan Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana ekstradisiyası bir reallığı ön plana çıxardı. Heç kim törətdiyi əməllərə görə məsuliyyətdən yayına bilməz. -a istinadən xəbə

19 dekabr