Azərbaycanda ŞOK - Ana 17 yaşlı qızının sevgilisi ilə mesajlaşdı - "Aşkım..."

Azərbaycanda ŞOK - Ana 17 yaşlı qızının sevgilisi ilə mesajlaşdı - "Aşkım..."Valideynlərinin iddiasına görə 17 yaşında bibisi oğlu tərəfindən şantaj olunaraq qaçırılan 17 yaşlı Aygün ötən gün Xəzər TV- də yayımlanan "Səni axtarıram" verilişinda maraqlı açıqlamalar verib.

Gənc qız şantaj edilmədiyini, öz istəyi ilə bibisi oğluna qoşulub getdiyini bildirib. Onun sözlərinə görə, verilişdə ekspertlərə guya onun sevdiyi oğlanla mesajlaşmaları kimi təqdim olunan yazışmaların isə əslində anası tərəfindən yazıldığını söyləyib. Aygün anasının onun adından Eldənizlə yazışdığını, özünün isə həmin oğlanı sevmədiyini bildirib.

"Mən o evdən anamın əlindən bezib qaçdım. Bir daha ora geri dönməyəcəm. Məni axtarmasınlar",-deyə gənz qız bildirib.

Xatrıladaq ki, yanvarın 10-da qaçırılan 17 yaşlı Aygünün valideynləri iddia edirlər ki, qızları zorla qaçırılıb. "Bacım oğlu şantaj yolu ilə 18 yaşı tamam olmayan qızımı qaçırıb. Aygünü mesajlarla təhdid edib. "Valideynlərini öldürəcəm" deyib. Oğlan 3 aydır "türmə"dən çıxıb. Açığı bacımın qapısına gedə bilmirik. Çox böyük münaqişə var. Ayın 10-undan biz qırğındayıq. Hadisəni bilən kimi dərhal Biləsuvar Rayon Polis Şöbəsinə müraciət etdik. Qızım yeniyetmə qızdır. Onu aldatmaq və qorxutmaq çox asan idi. O da bundan istifadə edib. Qızım, heç nədən utanma, çəkinmə. Sənin həyatınla oynayan insanla sən yaşaya bilməzsən". Anası oğlanın Aygünə göndərdiyi mesajları Xoşqədəmə göstərib:
"Gələndə şərtim olacaq. Əgər "hə" desən telefonu verəcəm, nömrələr də, şəkillərin də silinəcək. Yox desən, əl çəkməyəcəm".
Xoşqədəmin "Hansı şəkillərdən söhbət gedir?" sualına Aygünün anası "Oğlan qızın şəkillərin çəkibmiş. Bilmirik hansı şəkillərdən söhbət gedir. Qızı bununla şantaj edirmiş ki, "Mənlə qaçmasan, bu şəkilləri yayacam". Mən onlara qız versəydim... Eminin qardaşı Tərlan polis idarəsində işləyir. O mənə 3-4 dəfə zəng vurdu. Aygünü çox bəyəndiklərini dedi. Dedi "Aygünə də de. Onu mənə verin". Mən də "Verə bilmərəm. Aygün uşaqdır. Sənin 36 yaşın var. Qıza "Tərlan səni istəyir" dedim. Aygün "Mənim Tərlandan zəhləm gedir" cavabını verdi. Əgər mənim onlara qız vermək niyyətim olsaydı, onun polis qardaşına qız verərdim də. Ta həbsxanadan 2 ay 24 gündür çıxan qardaşına qız verməzdim ki. Qızımı versəydim o ailəyə... Tərlan ağıllı, tərbiyəli, yaraşıqlıdır. O ailədə bir dənə tərbiyəli odur. Elə ona gedərdi də o qız. Yoxsa iki dəfə "türmə"də yatmış şəxsə getməzdi ki. Hətta Emin qıza deyib ki, "Mən həbsdə olanda Tərlan səni istədiyinə görə qardaşımı öldürərəm də".

Xoşqədəm Aygünün anasının dedikləri qarşısında təəccübünü gizlədə bilməyib: "Bibisinin həyat yoldaşı Bəybala zəng edib deyir ki, "Hər şey yalandır". Məni də şantaj etdi hələ, məhkəməyə verəcəyi ilə hədə-qorxu gəldi. Dedim buyur get ver, azadsan. Deyim ki, Emin də studiyamıza gəlmək istəyir, bacısı da". goldnews.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 11456   Tarix: 18 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel
.

Azərbaycanda bu məşhur zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr

26 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. "Ölkə.az" xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı 73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi ilə bağlıdır. Bununl

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel