"Hamı məni bəyənməlidir": Sosial fobiya nədir?

"Hamı məni bəyənməlidir": Sosial fobiya nədir?Sosial fobiya cəmiyyət arasında danışarkən, oturarkən, hər hansı işlə məşğul olarkən, sosial fəaliyyət zamanı ortaya çıxan, nevrotik xəstəliklər qrupuna aid olunan psixoloji problemdir. Qeyd olunan narahatlıqlar yalnız sosial mühitdə yaşanır. Məsələn, evdə tək olanda rahat şəkildə telefonda danışan biri, cəmiyyət arasında telefonda danışa bilmir və təşviş keçirir. Bu hallar artdıqca mühitdən uzaqlaşır və tamamilə özünə qapanır.
Sosial fobiyalı insanlar bu hissləri keçirməmək üçün müxtəlif müdafiə mexanizmlərindən istifadə edirlər: mühitdən uzaqlaşma, sosial ünsiyyət defisiti, göz kontaktından qaçma, xəyal qurma, alkoqol asılılıq və insanlara qarşı laqeydlik

Simptomları (əlamətləri):
Sosial fobiyanın əlamətləri fiziki, koqnitiv (zehni) və bihevioral (davranış) olmaqla üç kateqoriyaya bölünür:

a) Fizioloji simptomlar

Üzün qızarması
Tərləmə
Ağızda quruluq
Ürək döyüntüsünün artması
Təngnəfəslik
Titrəmə

b) Zehni (koqnitiv) simptomlar

Çirkinəm, bəyənilmirəm kimi düşüncələr
Sevilmədiyini və gücsüz olduğunu ifadə edən düşüncələr
"Mükəmməl olmalıyam, səhvlərim olmamalıdı"
"Narahatlığımı bildirməməliyəm"
"Rahat olmalıyam"
"Hamı məni bəyənməlidir"

c) Bihevioral (davranış) simptomlar

Qorxduğu yerə getməmək və ya həmin yeri tərk etmək
Göz kontaktı qurmamaq
Mənasız düşüncələr
Xəyal qurmaq
Mövzunu dəyişdirmək
Alkoqol istifadəsi

Sosial fobiyalı insanlar yaşadıqları narahatlıqlara görə bir çox işlərlə məşğul ola bilmirlər və zaman keçdikcə insanlarla ünsiyyətdə çox ciddi çətinliklər yaşayırlar.

Səbəbləri:

Problemin yaranmasında psixososial faktorların təsiri olduqca yüksəkdir. Bu kateqoriyaya həmin insanın ailəsi, ətrafı və dostları aid olunur. Ailə sosial fobik insanın təhsilində ən əhəmiyyətli rol oynayan ünsürdür.
Şəxsiyyət əksər hallarda 0-6 yaş arasında ailədən aldığı tərbiyə üsuluna görə formalaşır, fərdin sosial proseslər qarşısındakı davranışı ailədən əldə etdiyi təcrübələrə əsasən dəyişir. Tədqiqatlarda qatı, nəzarətçi, mükəmməliyyətçi, tabulara həssas yanaşan, sosial münasibət sevməyən və özünüqiymətləndirmə ilə bağlı hədsiz avtoritarlıq göstərən ailələrdə böyüyən uşaqlarda sosial fobiya riskinin daha yüksək olduğu göstərilir. Belə ailələrdə böyüyən uşaqlarla əsasən ailə üzvləri ilə ünsiyyət yaradılmır və ya uşaq özünü ifadə etmək istədikdə sərt reaksiya ilə qarşılaşır. Həmçinin bu tip ailələrdə cəmiyyətin onlar haqqında fikirləri, nə düşündükləri böyük əhəmiyyət kəsb edir. Ailə üzvləri üzərində sosial təzyiq yüksəkdir.
Sosial fobiyası olan insanların düşüncə strukturlarına nəzər yetirdikdə bəzi xüsusiyyətlər ortaya çıxır:
Özləri ilə bağlı dəyərsiz cümlələr qururlar
Hər şeyin mükəmməl olmasını istəyirlər; mükəmməllik başqaları tərəfindən sevilmək üçün lazım olan haldır
Gördükləri işlərlə bağlı danışarkən daha çox neqativ hisslərə köklənirlər
İnsanlar münasibətlə ilə bağlı xatirələri əksər hallarda mənfi istiqamətdədir
Sosial mühitdə olan insanların onlar haqqında mənfi düşüncəyə sahib olduqları fikrindədirlər
İnsanlar arasında alçaldılmaqdan, yumor obyekti olmaqdan qorxurlar.
Başqaları onları incitməsin deyə hər şeyi nəzarətdə saxlamağı düşünürlər, lakin daxili həyəcanlarına nəzarət etmədikləri üçün özgüvənləri yoxdur

Terapiyası:

Adətən bu tip insanlar psixoloqa müraciət etməkdə müəyyən çətinliklər, tərəddüdlər yaşasalar da, tez bir zamanda müsbət nəticə əldə edə bilirlər. Əsasən koqnitiv-bihevioral terapiyadan istifadə olunur. Psixoloq duyğu və düşüncə üzərində fokuslanır. Çox ağır formalarında farmakoterapiya tətbiq oluna bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2270   Tarix: 28 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Meyxanaçı Kərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb

19 dekabr
.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)

Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki

19 dekabr
.

Avtobuslarda ödənişlə bağlı YENİLİK - Mümkün oldu

Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttind

20 dekabr
.

Dərsdən qayıdanda vaqonun üstünə çıxıb şəkil çəkdirmək istəyibmiş... - Video

Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib. Qafqazinfo xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğı

20 dekabr
.

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəx

19 dekabr
.

Qriplə başlayıb, leykozla bitdi: Bahalı müalicəyə ehtiyacı olan Əli Əhədovun hekayəsi (FOTO/VİDEO)

8-ci sinif şagirdi, həkimlərin ağır qan xərçəngi diaqnozu qoyduğu Əli Əhədovun anası Təranə Aslanova -ın redaksiyasına müraciət edib. Anasının sözlərinə görə, Əli məktəbə və təhsilə çox bağlıdır. Onun vəziyyətini sinif yoldaşları, dostları və müəllimləri dərindən yaşayır, ailəyə bu çətin dövrdə kömə

20 dekabr