Elçibəy ailəsinə verilən eks-prezident müavinəti kəsiləcək

Elçibəy ailəsinə verilən eks-prezident müavinəti kəsiləcəkAzərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın ötən həftə Türkiyədə vəfat etməsi, eks-prezidentlərin ailəsinə verilən müavinətlə bağlı məsələni yenidən gündəmə gətirib.

"Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya qanunu əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Bu qanunun 2-ci maddəsinə görə, keçmiş prezident hazırda Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olan şəxsin aylıq əmək haqqının əlli (50 %) faizinə bərabər tutulan aylıq pensiya almalıdır.

Qanunun 3-cü maddəsinə görə isə keçmiş prezident vəfat edibsə, onun ailəsinə keçmiş prezidentə ödənilməli olan aylıq pensiyanın əlli (50%) faizinə bərabər tutulan aylıq müavinət ödənilməlidir.

Azərbaycanın eks-prezidentlərindən Ayaz Mütəllibov sağdır, Əbülfəz Elçibəy isə dünyasını dəyişib. Eks-prezidentlər haqqındakı qanuna görə, Mütəllibov Azərbaycan Prezidentinin aylıq maaşının 50 faizi, Elçibəyin ailəsi isə Mütəllibovun aldığı pensiyanın 50 faizi məbləğində müavinət alır.

Sonxeber.az Modern.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycan Prezidentinin maaşının təxminən 15 000 manat olduğunu nəzərə alsaq, onda qeyd edə bilərik ki, Ayaz Mütəllibov təxminən 7500 manat (ölkə prezidentinin maaşının 50 faizi qədər) aylıq müavinət alır.

Elçibəy ailəsinə isə 3750 manat (Mütəllibovun pensiyasının 50 faizi qədəri) aylıq müavinət verilir.

Ancaq mərhum Həlimə Əliyevanın vəfatından sonra Elçibəy ailəsinə verilən ödənişin dayandırılacağı istisna deyil. Məsələ burasındadır ki, bunu qanun tələb edir. Baxmayaraq ki, Elçibəyin həyatda olan varisi – oğlu yaşayır, ancaq onun yaşı 18-i ötdüyündən eks-prezidentlər haqqındakı qanundan yararlana bilməz.

Konstitusiya Araşdırmaları Mərkəzinin sədri, hüquqşünas Əliməmməd Nuriyev mövzu ilə bağlı bildirib ki,eks-prezident dünyasını dəyişdiyi halda, həyat yoldaşı onun üçün müəyyən edilən müavinəti almağa davam edir:

"Eks-prezidentin həyat yoldaşı dünyasını dəyişəndə isə həmin müavinət övladlara verilir. Amma övladlar 18 yaşını tamamladıqda müavinətin verilməsi dayandırılır".

Hüquqşünas qeyd edib ki, yalnız bir halda övladlara verilən müavinət dayandırılmır:

"Əgər dünyasını dəyişən eks-prezidentin və arvadının öhdəliyində I qrup əlilliyi olan övladı varsa, müavinət verilməsi davam etdirilir. Eyni zamanda, öhdəlikdə olan övladı ali məktəb tələbəsidirsə, 18 yaşını tamamlayıbsa belə, universiteti bitirənədək, ona müavinət verilir. Amma ümumilikdə eks-prezidentin övladları 18 yaşı tamamladığı halda, müavinət verilməsi avtomatik dayandırılır".

Ə.Nuriyev qanuna istinadən bildirib ki, "keçmiş prezident" dedikdə aşağıdakı şəxslər nəzərdə tutulur:

"Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutmuş şəxs;

Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutmuş və vəfat etmiş şəxs;

Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq prezident səlahiyyətlərinə xitam verilmiş şəxs;

Qanununda "keçmiş prezidentin arvadı (əri)" dedikdə keçmiş prezidentin vəfat etdiyi tarixdə onunla qanuni nikahda olan arvadı (əri) nəzərdə tutulur.

Bu Konstitusiya Qanununda "öhdədə olan uşaq" dedikdə vəfat etmiş keçmiş prezidentin 18 yaşına çatmamış və öhdəsində olan uşağı, o cümlədən övladlığa götürülmüş uşağı və ya ögey uşağı nəzərdə tutulur".

Ə.Nuriyevin sözlərinə görə, keçmiş prezidentə ödənilməli olan pensiya və digər ödənişlər onun prezident vəzifəsini tərk etdiyi gündən vəfat etdiyi günədək verilir:

"Eyni zamanda, arvadının (ərinin) vəfat etdiyi günədək; öhdədə olan uşağın 18 yaşına çatdığı günədək müavinət verilməsi davam etdirilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2698   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə

21 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr