Qansoran həşaratların hücumuna məruz qalanlar evlərini tərk edir – FOTO

Qansoran həşaratların hücumuna məruz qalanlar evlərini tərk edir – FOTOZaqatala rayonunun Qanıx (Alazan) çayı vadisində yerləşən kəndləri iri ağcaqanadların və digər həşəratların hücumuna məruz qalıb. Bu il yazın əvvəllərində çayın daşması nəticəsində əmələ gələn bataqlıqlar həşəratların sürətlə çoxalması üçün əlverişli şərait yaratdığından, isti yay aylarında çay hövzəsi kəndlərdə yaşamaq müşkülə çevrilib. Qanıx sahilində yerləşən Kəpənəkçi, Mosul, Aşağı Çardaxlar və digər kəndlərin sakinləri evlərində rahat yaşaya bilmədiklərindən yay aylarında hətta öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalır.
Bu şikayətlə virtualaz.org-un redaksiyasına Qanıx vadisində yaşayan sakinlər müraciət ediblər. Şikayətçilər deyirlər ki, daşqınlardan sonra çayın Gürcüstan ərazisindəki kəndlərdən keçən hissəsi ətrafında dezinfeksiya işləri aparılıb. Amma Azərbaycan tərəfdə daşqın nəticəsində yaranan bataqlıqlar dərmanlanmır və nəticədə qansoran, eyni zamanda malyariya və digər təhlükəli xəstəliklərin daşıyıcıları olan həşəratlar bulud topaları kimi kəndlər üzərində uçuşur.

Rayonun Faldarlı bələdiyyəsinin sədri Sərdar Yusubov da vəziyyətin acınacaqlı olduğunu təsdiqləyir. Onun sözlərinə görə, aidiyyati orqanlara problemlə bağlı müraciət olunsa da, lakin heç bir tədbir görməyiblər.

"Doğrudan da bu il ağcaqanad əlindən dayanmaq mümkün deyil. Əvvəllər də olurdu, bu il isə ümumiyyətlə çoxdur. Həm barama, həm də bal arısı saxlandığına görə kəndləri dərmanlaya bilmədilər. Dedilər gözləyin, dezinfeksiya işləri aparılacaq. İndi həm barama, həm bal mövsümü başa çatmaq üzrədir, yəqin ki, bundan sonra dərmanlama işləri aparılacaq",-bələdiyyə sədri belə ümid edir.
Qansoran həşaratların hücumuna məruz qalanlar evlərini tərk edir – FOTOKəpənəkçi bələdiyyəsinin sədri Xuraman Şabanova isə bildirir ki, ağcaqanad və digər həşəratlar rayonun Qanıx vadisində yerləşən ərazilərində daha çox yayılıb. Orada isə yaşayış yoxdur, yalnız kəndlilərə məxsus təsərrüfatlar yerləşir.

"Barama və arılar yetişdirilən ərazilərdə ağcaqanad yayılıb. Sırf ağcaqanadların çox olduğu ərazidə insanlar yaşamır. Orada fermalar, digər təsərrüfat obyektləri var. Hər il ağcaqanad və digər həşəratlar olurdu, dərman vururdular. Amma bu il baramalar hələ təhvil verilməyib, ona görə dezinfeksiya tədbirləri görə bilmirlər. Mütəxəssislər belə izah edirlər ki, dərman vurulsa, həşəratlar da qırılacaq, barama və arılar da məhv olacaq, insanların təsərrüfatlarına külli miqdarda ziyan dəyəcək. Çünki hamı 5-10 qəpiyin dalınca düşüb, əziyyətlərinin bəhrəsini görmək istəyir",-Şabanova deyir.

X. Şabanova kəndlərin ağcaqanadların yayılması səbəbindən boşalması ilə bağlı deyilənlərlə razılaşmır: "Burada ağcaqanad var, amma elə narahatlığa səbəb olacaq qədər deyil. Təxminən bir-iki həftə əvvəl çox yayıldı, lakin sonradan düşən güclü istilərdən tələf oldular. Qanıx vadisi, göl ərazisində indi də var, amma orada insanlar yaşamır. Yalnız mal-qara örüşə aparılır. Təhlükəli vəziyyət, malyariya yayılma ehtimalı yoxdur. Kim şikayət edibsə, 5-10 milçəyin xofuna düşüb…"

Problemlə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.

Zaqatala Gigiyena və epidemiologiya mərkəzindən isə artıq dərmanlama işlərinə başlandığını dedilər. Zaqatala GEM-in direktoru Əlişad Qüdrətoğlu virtualaz.org-a açıqlamasında bildirdi ki, artıq dərmanlama işləri Aşağı Çardaxlar, Uzunqazmalar kəndlərində, meşə massivində, əhalinin həyətyanı sahələrində aparılıb.

"Bizə sakinlərin müraciət etməsinə ehtiyac yoxdur, çünki bizim öz tədbirlər planımız var və ona uyğun dezinfeksiya işlərini ardıcıl həyata keçiririk. Növbəti belə tədbirlər Muğanlı kəndində aparılacaq. Bu kənd də Qanıx vadisində yerləşir. Oradan Kəpənəkçi, Qanqax və Mosul kəndlərinə keçəcəyik", – o deyib.
Qansoran həşaratların hücumuna məruz qalanlar evlərini tərk edir – FOTOƏ. Qüdrətoğlu bildirib ki, bu il ağcaqanad və həşəratların çoxalması Qanıx çayının daşmasından sonra bəzi ərazilərin və meşə massivlərinin suyun altında qalması ilə bağlıdır. Onun sözlərinə görə, Aşağı Çardaxlı kəndinin yarısı suyun altında qalmışdı, son dövrlər müşahidə olunan kəskin istilərdən sonra su çəkilib.

"18 dərəcə temperatur olanda, gölməçələr əmələ gələndə ağcaqanadların çoxalması üçün münbit şərait yaranır. Digər tərəfdən isə, əhali mal-qaranı meşə ərazilərində otarır, örüşdən qayıdan heyvanlar da özləri ilə kəndə ağcaqanadlar gətirilər. Sovet dövründə təyyarə ilə dərmanlama işləri aparılırdı. Artıq bu üsul qadağan olunub. Doğrudur, Qanıx vadisində bəzi evlərdə arı və barama təsərrüfatları var. Biz onlara dərman vura bilmirdik. Amma hazırda bu tədbirlər həyata keçirilir",-Ə.Qüdrətoğlu belə deyir.

Qeyd edək ki, Qanıx çayı Kürün ən böyük sol qoludur və Mingəçevir su anbarına tökülür. Sonuncu dəfə bu ilin may ayında çayda daşqın baş verib, həm Gürcüstan, həm də Azərbaycan tərəfdə xeyli ərazi suyun altında qalıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1960   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü

Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb

19 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN

Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm

21 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)

Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki

19 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

Qoşqar Təhməzlinin təsis etdiyi şirkətə 865 min manatlıq sifariş

İnnovasiya və Təchizat Mərkəzi "Medeks" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə tibbi sərf mallarının satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 865 346,51 manatdır. İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyest

20 dekabr