Qoşqar Təhməzlinin təsis etdiyi şirkətə 865 min manatlıq sifariş
İnnovasiya və Təchizat Mərkəzi "Medeks" şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, müqavilədə tibbi sərf mallarının satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 865 346,51 manatdır.
İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Medeks" şirkəti 25 fevral 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, məhəllə 1911-də yerləşən şirkətin qanuni təmsilçisi Abbasov Elşən Yusif oğludur.
"Medeks" MMC-nin rəsmi veb-səhifəsində şirkətin 2006-cı ildə təsis olunduğu qeyd edilib. Maraqlıdır ki, şirkət təsis edildikdən 2 il sonra dövlət qeydiyyatına alınıb.
Araşdırmalarımız zamanı məlum olub ki, Elşən Abbasovdan əvvəl şirkətin qanuni təmsilçisi Təhməzli Qoşqar İlahi oğlu olub. O, 2016-cı ilədək şirkətə rəhbərlik edib. Mediada gedən məlumatlara görə, şirkətin təsisçisi də Qoşqar Təhməzlidir.
Qoşqar Təhməzli Azərbaycan Qida Agentliyinin (AQTA) sədridir. O, qurumun rəhbərliyinə 2017-ci ildə təyinat alıb.
Mediada gedən məlumatların təhlili göstərir ki, "Medeks" MMC hələ də Qoşqar Təhməzlinin nəzarətindədir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 742 Tarix: 20 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabrAzərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
1 noyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrGələn il maaşlar BU QƏDƏR ARTACAQ
2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını
1 noyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabr