Aprel şəhidimiz Samidin TOY FOTOSU yayılıdı
Sosial şəbəkələrdə aprel döyüşlərində qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun toy fotosu yayılıb.
BiG.AZ xəbər verir ki, mayor Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunda dünyaya gəlib. 1998-ci ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olan İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirib və Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülüb.
Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.
2014-cü ilin avqust ayının əvvəllərində Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Samid İmanovun rəhbərliyi altında onun dəstəsi qarşı tərəfə keçdi və əməliyyat keçirdi. Döyüş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 20 hərbi qulluqçusu məhv edildi.
Mayor Samid İmanov 2016-cı ilin aprel ayının əvvəlində sonuncu döyüşə qatıldı. Döyüşdə Samid İmanov Tərtər rayonunun Talış kəndi istiqamətində düşmən ilə atışdı.Aprelin 3-dən 4-nə ötən gecə döyüş zamanı mayor İmanov neytral ərazidə ayağından və çiynindən qəlpə yarası alıb. Əsgərlər onu döyüş meydanından aparmağ istəsədə, Samid İmanov buna qəti sürətdə etiraz edib və onun əvəzinə yaralı gizirin çıxarılmasını əmr edib.
Əsgərlərin etirazına baxmayaraq isə mayor İmanov əmrin icra edilməsi üçün qəti göstəriş verdi. Yaralı giziri döyüş meydanından çıxaran əsgərlər, Samid İmanovu aparmağ üçün yenidən döyüş meydanına qayıtdı, amma mayor İmanov artıq orada deyildi.
Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra erməni tərəfə əsir düşməmək üçün oradan uzaqlaşdı. Bütün mərmiləri qurtaran mayor İmanov düşmənə erməni tərəfinə sağ düşməmək üçün əlində qumbara saxlamışdı. Səhərə gədər əsgərlər ona tapmadığı üçün isə mayor Samid İmanov qan axma nəticəsində qəhrəmancasına şəhid oldu. Aprelin 8-i Samid İmanovun nəşi neytral ərazidən götürüldü və doğma Neftçala rayonuna aparıldı.
Qeyd edək ki, Samid İmanov 2013-cü ilin 16 iyun günündə dayısı qızı ilə ailə həyatı qurub. Bu nigahdan şəhidimizin bir qızı və bir oğlu var.
Allah rəhmət eləsin!


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1983 Tarix: 04 iyul 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdaşda 28 yaşlı qadın itkin düşdü - Foto
Ağdaşda 28 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Ağdaş rayon sakini Söygülü Yusibova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. S. Yusibovanın əlamətləri: boyu 163 sm, arıq bədən quruluşludur. Evdən çıxan zama
2 aprelAzərbaycanda güclü yağışlar gözlənilir - Nazirlikdən əhaliyə müraciət
Bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışların Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcəyi
4 aprelSumqayıtda kuryoz hadisə: Bu obyekt kimindir? (VİDEO)
Sumqayıtın mərkəzində, Heydər Əliyev prospekti 40-cı məhəllədə avtobus dayanacağına bitişik gecəqondu peyda olub. Daşınan konsturuksiyadan gecə saatlarında inşa olunan bu obyekt avtobus dayanacağının ərazisini və səkini zəbt edib. Gecəqondu obyektin yaxınlığında Sumqayıt Tibb Mərkəzi, o cümlədən 1 nömrəl
3 aprelAzərbaycanda evlənmək istəyənlərə EV VERİLƏ BİLƏR - YENİ TƏKLİFİN DETALLARI
Son zamanlar ölkədə ailə qurmaqdan çəkinənlərin sayı artıb. Bu səbəbdən evliliklərin sayında əvvəlki illərlə müqayisədə azalma müşahidə olunur. Əsas səbəblərdən biri gənclərin şəxsi mənzilə sahib olmamasıdır. Hazırda ev almaq üçün minimum 80-100 min manat vəsait tələb olunur ki, bu da həm yüksək gəlir
4 aprelAzərbaycanda 2020-dən bəri mina qurbanlarının sayı açıqlandı
Azərbaycanda 10 noyabr 2020-ci ildən indiyə qədər mina qurbanlarının sayı açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, statistikaya əsasən, Azərbaycanda 10 noyabr 2020-ci ildən mina qurbanlarının sayı 421 nəfərdir. Onlardan 7
4 aprel6 uşağın zəhərləndiyi ailənin - 2 yaşlı Gülcənnəti öldü
Sumqayıtda zəhərlənən 6 uşaqdan biri vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, Xəzri bağlarında baş verən hadisədən sonra 2 yaşlı Gülcənnətin həyatını xilas etmək olmayıb. Digərlərinin müalicəsi davam edir. Qeyd edək ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunma
4 aprelMəktəblilər 10 gün DƏRSƏ GETMƏYƏCƏK - SƏBƏB
Azərbaycanda məktəblilərin qarşıdakı istirahət günləri açıqlanıb. Bakıvaxtı.az-a istinadən xəbər verir ki, ümumtəhsil müəssisələrində may-iyun aylarında şagirdləri bir neçə rəsmi tətil və qeyri-iş günləri gözləyir. Məlumata görə, bu müddətdə ibtidai siniflər üçün ayrıca istirahət günləri ilə yanaşı
4 aprelSiyəzəndə 5 nəfər dəm qazından zəhərləndi - Yenilənib
Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib. APA-ya istinadən xəbər verir ki, aprelin 3-də Siyəzən Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsi ilə 5 nəfər müraciət edib. Onlardan 2 nəfər - Rəsulova Leyla Şamil qızı (10.07.2012) və Hacıyeva Xəyalə Adil qızı (11.04.1996
4 aprel