"Fast food"lar ağılsızlığa səbəb olur

"Fast food"lar ağılsızlığa səbəb olurAzərbaycanda fast food məhsullarına qarşı böyük maraq var. McDonalds, KFC və s. bu kimi məkanlarda hər gün yüzlərlə insanların olduğunu görmək bu fikrə gəlməyə kifayət edir. Üstəlik insanlar bu cür məkanlara azyaşlı övladaları ilə gəlir. Onları lap körpəlikdən bu məhsullardan istifadəyə alışdırırlar.

Mütəxəssislər bu qənaətdədir ki, artıq yavaş-yavaş ABŞ, eləcə də Avropa ölkələrində bu cür məkanlara daha çox miqrantlar üz tutur. Yerli əhali belə yerlərdəki qeyri-sağlam qidalardan istifadə etməməyə üstünlük verir.

Məlumdur ki, bağırsaqlarımızda milyonlarla yararlı bakteriyalar var.

Aparılan araşdırmalara görə, həzm sistemimizdə 1400 fərqli bakteriya və mikroorqanizm var. Bu bakteriyalar yediyimiz bəzi qidaları həzm etməyimizdə yardımçı olur. Ən önəmlisi isə bağırsaqları müxtəlif xəstəliklərdən qoruyur.

Hətta aparılan son araşdırmalara görə, bakteriyaların ifraz etdiyi bəzi maddələr psixologiyamızın daha yaxşı olmasına təsir edir.

"Fast food"-hazır qidalardan çox istifadə etmək isə həzm sistemindəki faydalı bakteriyaların sayını ciddi şəkildə azaldır.

Türkiyə mətbuatının yazdığına görə, ABŞ-da yaşayan bir professor bunu araşdırmaq üçün 10 gün boyunca oğluna fast-food yeməsini tapşırır. Daha sonra yoxlayanda isə oğlunun həzm sistemindəki bakteriyaların demək olar ki, hamsının yox olduğunu görür. Bundan başqa uşağın bağırsaqları da sağlamlığını itirməyə başlayıbmış.

Mütəxəssislər "fast food" yeməklə ruh sağlığı arasında ciddi bağlantı olduğunu deyir. Çox miqdarda hazır məhsullardan istifadə depressiyaya yol açır.

9 min insan üzərində aparılan araşdırma göstərib ki, "fast food" istifadə edənlərdə depressiaya meyillik çox olur.

Elm adamlarına görə "fast food"dan istifadə psixoloji vəziyyətimizə müsbət təsir edən bəzi yağ asitləri və vitaminləri yetəri qədər almağımıza mane olur ki, bu da depressiyaya yol açır.

Astma xəstəliyində "fast food" izi

Hazırda dünyada çox geniş yayılan astma xəstəliyinin səbəblərindən biri də "fast food" qidalarıdır. Aparılan araşdırma çərçivəsində dünya miqyasında 500 uşaq üzərində tədqiqat aparılıb. Həftədə 3 dəfədən çox fast food istifadə edən uşaqlarda astmanın inkişaf etmə riskinin istifadə etməyənlərlə müqayisədə daha çox olduğu ortaya çıxdıb.

Bundan başqa "fast food" məhsulları cildi allergiyaya qarşı daha həssas hala gətirir. Bu məhsulları istifadə edənlərdə ekzema və allergik dəri rahatsızlığının artdığı elmi şəkildə sübut olunub.

"Fast food" istifadəsinin qaraciyərdə zədəyə yol açdığı, zehni fəaliyyəti zəiflətdiyi də sübut olunub.

ABŞ-dakı bir universitetdə imtahan nəticələri ilə "fast food" istifadəsi arasında əlaqə olub-olmadığını yoxlamaq üçün 8 min uşaq üzərində tədqiqiat aparılıb. Həftədə 3 dəfədən çox bundan istifadə edənlərdə imtahan nəticələri aşağı olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1367   Tarix: 07 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021
.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə

11 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021