Özü də bilmədən İtaliyada "Alfonso"ya çevrilmiş soydaşımız - Minlərlə qadını aldadıb - VİDEO
2019-cu ildə saxta profillərin yaradılmasında şəkillərindən ən çox istifadə olunan şəxs həmyerlimiz Rəvan Bəşirovdur.
Sosial şəbəkələrdən aktiv şəkildə istifadə edən soydaşımız Rəvan Bəşirov, əslində, özü bildiyindən qat-qat məşhur sima olduğunun fərqinə çox gec varıb.
Sonxeber.az bizimyolinfo-ya istinadən xəbər verir ki,ona gələn şikayət dolu mesajlardan əvvəl heç nə anlamayan Rəvan Bəşirov sonra hiss edib ki, kimlərsə onun şəkillərindən istifadə edərək saxta profillər açaraq əcnəbi qadınlara sevgi mesajları göndərir.
Zaman keçdikcə iş çox ciddi hal almağa başlayıb. "Qurbanlarının", əsasən, italyan xanımlar olduğunu bildirən Rəvan Bəşirov özü də bilmədən şəkillərindən istifadə edərək 50-60 yaş qrupundakı qadınlara sevgi mesajları yazan və sonra onları tələyə salaraq pul əldə edən cinayətkar şəbəkənin simasına çevrilib. Tələyə düşən qadınların sayı minlərlə, Rəvan Bəşirovun şəklindən istifadə etməklə yaradılan saxta profillərin sayı yüzlərlədir. Rubata,Gueno Sandro, Filipp Evans. Bunlar onun şəklləri altına yazılmış saxta adalrın cüzi hissəsidir.Aldadılan qadınlardan isə bəziləri 500 yevro, bəziləri 40000 avro zərərə düşüblər.
Məsələyə açıqlama gətirmək üçün həmyerlimiz hətta İtaliyaya gedərək RAİ telekanalının qonağı olub və "sevib, atdığı" qadınlarla eyni studiyanı bölüşüb. Proqrama qoşulan qadınların bir çoxları ona görə ailəsinin dağıldığını, çoxlu pul xərclədiklərini bildiriblər. Məsələ bundadır ki, frıldaqçılar hətta Rəvanın özünə yazaraq, onun şəkillərindən istifadə edərək çoxlu pullar qazandıqlarını bildiriblər. Rəvan Bəşirov məsələnin hüquqi yolla həllinə çalışır.
Mütəxəssislərin fikrinə görə isə, sosial şəbəkələrdə saxta profillərlə mübarizə aparmaq üçün tədbirlər görülsə, də bu yetərli deyil və bu kimi hallarla hər kəs üzləşə bilər. Gələn hər mesaja cavab vermək olmaz. Şübhəli görünən mesajlar kompüterə virus salmaqla yanaşı şəxsi məlumatları qarşı tərəfə ötürə, bank hesablarını ələ keçirə bilər.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 3034 Tarix: 09 iyul 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşCümə namazında Atatürkü təhqir edən gəncə 3 il 9 ay həbs verildi
Türkiyənin İstanbul şəhərinin Qayrettəpə rayonundakı cümə namazında iştirak etmiş və Mustafa Kamal Atatürkü barədə təhqirlərə yol verən gənclərdən biri barəsində məhkəmə qərar çıxarıb. İHA-ya istinadən xəbər verir ki, onun barəsində 3 il 9 ay müddətinə həbs cəzası verilib. Qeyd edək ki, məsciddə Atatür
26 aprelCənubi Koreya məmurlarını hürən itlə müqayisə etdi
"Cənubi Koreya Şimali Koreyaya qarşı güc tətbiq etməyə cəhd edərsə, məhv ediləcək". "Qafqazinfo" Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya liderinin bacısı, Koreya İşçi Partiyasının təşviqat bölməsinin rəisinin müavini Kim Yo Çjon danışıb
24 aprel21 yaşlı voleybolçu qız intihar etdi
"Zareçye Odintsovo" çimərlik voleybol klubunun və Rusiyanın gənclərdən ibarət çimərlik voleybolu komandasının voleybolçusu Arina Mixaylina intihar edib. -ın xarici mediaya istinadən xəbərinə görə, 21 yaşlı qız 1-ci Siniçkina küçəsində, Moskva Energetika İnstitutunun yataqxana binasının yaxınlığınd
24 aprelQadın qapısı açıq avtobusdan YIXILDI - VİDEO
Türkiyədə qadın qapısı açıq avtobusdan yıxılıb. xarici mediaya istinadən xəbər verir ki, Adananın mərkəzi Sarıçam rayonunda qapısı açıq vəziyyətdə avtobusdan yıxılan qadın ağır yaralanıb. Qadının yolda yıxıldığı anı avtomobilin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Ətrafdakıların xəbəri üzərin
26 aprelGüclü maqnit qasırğası XƏBƏRDARLIĞI: Üç gün davam edəcək
Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək. xarici mediaya istinadən xəbər verir ki, qasırğa üç gün davam edəcək və bu ayın sonuncusu olmalıdır. Təfərrüatlar. Aprelin 25-dən aprelin 27-dək meteohəssas insanların rifahına təsir edə biləcək güclü qasırğaya uyğun olaraq K-indeksi 4 (sarı səviyyə
25 aprelİtkin düşən uşağın meyiti çayda tapıldı
Başqırdıstanda itkin düşən uşağın meyiti tapılıb. Rusiya mediasına istinadla bildirir ki, hadisə Xaybullinski rayonunun Yantışevo kəndində qeydə alınıb. Xilasedicilər bir gün əvvəl yoxa çıxan bir yaşlı uşağın cəsədini aşkar ediblər. Fövqəladə Hallar Nazirliyinin Respublika Qərargahından verilən məlumat
24 aprelAlmaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib
Almaniyanın Ştutqart şəhərində zəhərlənmə əlamətləri ilə 300-ə yaxın insan həkimlərə müraciət edib. Onların hamısı hər il keçirilən Ştutqart Bahar Festivalında olub və orada yemək alıblar. Zərərçəkənlər arasında həftəsonu festivala qatılan yeddi dost da var. Onlar qrildə bişmiş toyuq yeyib və spirtl
25 aprel