Balıqçılar batan qayığın bütün ekipajını XİLAS ETDİLƏR

Balıqçılar batan qayığın bütün ekipajını XİLAS ETDİLƏRİnsidentdən dərhal sonra xilasetmə əməliyyatı başlayıb

Sonxeber.az bildirir ki, Vyetnama məxsus balıqçı gəmisi Cənubi-Çin dənizində, Nanşa adası yaxınlığında kəskin hava şəraiti səbəbindən qəzaya uğrayaraq batan Çinə məxsus balıqçı qayığının 32 ekipaj üzvünü xilas edib.

Çinin Mərkəzi Televiziyası xəbər verir ki, Haynan əyalətinin Syunhay qəzasında qeydiyyata alınan balıqçı qayığı yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə 02:00) həyəcan siqnalı verib və bundan sonra onunla əlaqə kəsilib.

İnsidentdən dərhal sonra xilasetmə əməliyyatı başlayıb. Əməliyyata hərbçilər, kommersiya gəmiləri və aviasiya da cəlb edilib.

Sonradan məlum olub ki, qayığın ekipaj üzvləri Vyetnama məxsus balıqçı gəmisi tərəfindən xilas edilib. Hadisə nəticəsində ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.

Hazırda Çinin "COSCO Shipping" konteyner operatorunun "Yuanyanhu" adlı kommersiya gəmisi xilas edilən dənizçiləri sahilə çıxarmaq üçün qəzanın baş verdiyi rayona gəlib.(AZƏRTAC)

Hadisə   Baxılıb: 674   Tarix: 11 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR