Azərbaycanda TÜKÜRPƏDƏN CİNAYƏT: Arvadını oğlunun gözü qarşısında öldürən şəxsin şikayəti araşdırılır

Azərbaycanda TÜKÜRPƏDƏN CİNAYƏT: Arvadını oğlunun gözü qarşısında öldürən şəxsin şikayəti araşdırılırBakıda qətl törətməkdə təqsirləndirilən Quba rayon sakini Fazil Həsənovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 18-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazil Həsənov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Fazil Həsənov şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib.

Ötən ilin oktyabr ayında Qubanın Ərməkiqışlaq kənd sakini Fazil Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Bakı şəhəri, Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib.

O, bıçaqla həyat yoldaşının boğaz nahiyəsinə vuraraq öldürüb.

Hadisə 11 yaşlı oğlunun gözü qarşısında baş verib.

Fazil Hüseynov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı atasının evinə qoyub və könüllü şəkildə polisə təslim olub.

İstintaq orqanı tərəfindən Fazil Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 133.1-ci (bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə ittiham elan edilib. (teleqraf)


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1250   Tarix: 12 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ailə faciəsi: Kişi həyat yoldaşını bıçaqlayaraq qətlə yetirdi

Türkiyənin Hatay vilayətinin Altınözü rayonunda ağır cinayət hadisəsi baş verib. türk mediasına istinadən xəbər verir ki, psixoloji problemləri olduğu iddia edilən Abdulsamet Akay, anası ilə mübahisə etdiyi zaman araya girən həyat yoldaşı, 2 uşaq anası 26 yaşlı Emel Akayı dəfələrlə bıçaqlayaraq qətl

1 aprel
.

Maşınla gedərkən gördükləri mənzərə qarşısında özlərindən getdilər - VİDEO

ABŞ-da yaşayan bir cütlüyün Kosovo-Türkiyə matçını avtomobildə izləyərkən vurulan qoldan sonra yaşadığı böyük sevinc anları diqqət çəkib. xarici mediasına istinadən xəbər verir ki, Türkiyənin A Milli Futbol Komandasının Kosovo üzərində qazandığı qələbə təkcə ölkə daxilində deyil, xaricdə yaşayan vətəndaşla

2 aprel
.

Sevgilisini matça aparan kişi həyatının şokunu yaşadı - VİDEO

Xaricdə NBA oyunlarından birində tribunada yaşanan hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, gənc bir kişi sevgilisi ilə birlikdə oyunu izləməyə gedib. Lakin qarşılaşma zamanı baş verən hadisə matçın özündən daha çox diqqət çəkib. Tribunada əyləşə

3 aprel
.

Ömrünüzü uzatmaq üçün bu 10 qidanı yeyin

Dünyanın ən güclü 10 qidası açıqlanıb. "Forbes" sağlamlıq üzrə aparılan araşdırmalar əsasında mütləq istifadə edilməli olan 10 təbii qidanın siyahısını açıqlayıb. Bu məhsulların orqanizmi gücləndirdiyi, qocalmanı ləngitdiyi və ümumi sağlamlığa müsbət təsir göstərdiyi bildirilir. Siyahıda ye

31 mart
.

Bələdiyyə işçisi külçə-külçə qızıl tapdı: sahibi tapılmasa xalq arasında bölüşdürüləcək

Almaniyanın Bannevitz şəhərində boş bir ərazidə tapılan 10 külçə qızıl bölgədə böyük maraq yaradıb. xarici mediaya istinadən xəbər verir ki, şəhər bələdiyyəsinin başçısı Heiko Versig bildirib ki, qızılların sahibi ortaya çıxmasa, əldə ediləcək gəlir xalq arasında bölüşdürüləcək. Hadisə yerli əhali tərəfində

1 aprel
.

Təsadüfən tapdığı bu daşı 50 minə satışa çıxardı

Türkiyənin Kütahya şəhərində bir şəxsin təsadüfən tapdığı qeyri-adi görünüşlü daşı 50 min TL-yə satışa çıxarması diqqət çəkib. xarici mediaya istinadən xəbər verir ki, vətəndaşın satışa təqdim etdiyi daşın fotosu sosial şəbəkələrdə qısa zamanda yayılaraq geniş müzakirələrə səbəb olub. İstifadəçilər daşı

3 aprel
.

Çox yediyi üçün itini ağaca asaraq öldürdü - VİDEO

Kayseri şəhərinin Pınarbaşı rayonunda bir şəxs çox yeməsi iddiası ilə itini ağaca asaraq öldürüb. türk mediasına istinadən xəbər verir ki, hadisə sosial mediada geniş etiraz doğurub. Görüntülərin yayılmasından sonra şəxs polis tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsin

2 aprel
.

13 gündür itkin düşən gəncdən acı xəbər

Türkiyənin Hatay vilayətində 13 gündür itkin kimi axtarılan Suriya vətəndaşı, 21 yaşlı Mohammed Alsabbahın meyiti tapılıb. türk mediasına istinadən xəbər verir ki, hadisə Kumlu rayonunun Aktaş məhəlləsində baş verib. Məlumata görə, ərazidə yaşayan çoban Ahmet Salın səhər saatlarında heyvanlarını otarma

1 aprel
.

Dalğaların dənizdən sahilə vurduğu kisənin içindən görün nə çıxdı

Türkiyənin Hatay vilayətinin Samandağ rayonunda sahilə dalğaların gətirdiyi kisədən narkotik maddə aşkarlanıb. türk mediasına istinadən xəbər verir ki,hadisə Mağaracıq məhəlləsi sahilində baş verib. Sahildə naməlum çuval görən vətəndaşlar vəziyyətlə bağlı 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər

2 aprel