"9111" taksi xidmətindən BİABIRÇILIQ - Sərnişindən kondisionerə görə əlavə pul istənildi
"Artıq 4 gündür ki, Bakıdayam. Bu günlər ABŞ-dan gələn qonaqlarla bərabər oldum. Onlarla birgə hərəkət etdiyim zaman qarşılaşdığım bir hadisədən çox məyus qaldım. İstərdim ki, məni məyus edən bu hadisəni sizinlə də bölüşüm".
Sonxeber.az xəbər verir ki, bu sözləri ekspert Qubad İbadoğlu sosial şəbəkədə paylaşıb.
O bildirib ki, xarici qonaqlar üçün 9111 taksi xidmətindən sifariş etdiyi taksinin ödənişi barədə onları məlumatlandırıb:
"Razı oldular. Sifariş qəbul olundu və çox keçmədi ki, Hunday markalı maşın gəldi. Yol gedərkən qonaqların istəyi ilə sürücüdən kondisioneri işə salmağı xahiş etdim. Mənzil başına çatarkən xarici qonaqlardan biri ödəniş üçün pulu sürücüyə uzatdı. Sürücü pulu alandan sonra mənə sarı dönərək ondan 1,5 manat çox götürəcəm dedi. Səbəbini soruşanda yolun yarısını kondisionerdən istifadə edərək sürdüyünü bildirdi və izah etdi ki, kondisioner işləyərkən mühərrik daha çox benzin "yeyir". Sürücüyə xarici qonaqların verdiyi pulun qalığını tam qaytarmağı məsləhət gördüm. Mümkün deyil, dedi. Bununla Azərbaycanı hörmətdən salırsan fikrimə də məhəl qoymadı. Bu variantda məsələnin həll edilmədiyni görüb, sürücüyə qonaqların pulunun qalığını tam qaytaracağı halda ona əlavə 2 manat ödəyəcəm təklifini verdim. Razılaşdı. Qonaqları yola salıb, 2 manatı sürücüyə uzatdım və sürətlə maşından aralandım ki, qonaqlar görməsin, yoxsa biabır olarıq.
Bununla taksi xidməti göstərən şirkətin və bu sahədə çalışanların işgüzar nüfuzuna xələl gətirmək istəmirəm. Amma hesab edirəm ki, belə halların baş verməsinin bir səbəbi də korporativ idarəçilikdə boşluqlardır.
Odur ki, taksi sifariş verəndə kondisionerlə və kondisionersiz qiymətləri ayrıca soruşun".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1050 Tarix: 19 iyul 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün, martın 30-da Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda növbəti dəfə həyata keçirilən genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlar
30 martRasim Balayevlə vida mərasimi keçirilir
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edə
30 martBakıda 2 yaşlı uşaq qəfil öldü
Bakıda səhhəti qəfil pisləşən 2 yaşlı uşaq vəfat edib. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Ələt qəsəbəsində baş verib. Belə ki, martın 30-u saat 07 radələrində 2024-cü il təvəllüdlü qəsəbə sakini Cahangir Şəhriyar oğlu İsgəndərli naməlum səbəbdən qaytarmağa başlayıb. O, xəstəxanay
31 martAprelin ilk günündə 25 dərəcə isti olacaq
Aprelin 1-də Bakıda 21, rayonlarda 25 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərd
31 martMəhkəmə ekspertizası xidmətlərinə görə ödənilən haqqın məbləği müəyyənləşib
Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği təsdiqlənib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizas
31 martAzərbaycanda quş qripi xəstəliyinin törədicisinə rast gəlinib? - RƏSMİ
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı 2026-cı il 2-6 mart tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. AQTA-dan -a verilən məlumata görə
31 martSabah bəzi yerlərdə yağış yağacaq
Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhə
30 mart