92 il sonra Qafqaz dağlarında ilk zubrlar göründü: Onlara İsmayıllıda baxa bilərsiniz - FOTO

92 il sonra Qafqaz dağlarında ilk zubrlar göründü: Onlara İsmayıllıda baxa bilərsiniz - FOTOBir neçə ay əvvəl Şahdağ Milli Parkının İsmayıllı bölməsi ərazisində təbiətə Qafqaz zubru növündən olan heyvanlar buraxılıb. Zubr 100 ilə yaxındır ki, Qafqaz dağlarından yoxa çıxdığından, adı belə insanlarda maraq oyadır.

Oxu.Az-ın əməkdaşları Park ərazisində zubrlar üçün yaradılan xüsusi yerdə olub, zubrların həyat tərzi, reintroduksiya olunan ərazilər və təbiətdəki rolu, nadir canlı növünün təbiətimizə qaytarılması istiqamətində görülən işlər, keçirilən reintroduksiya layihəsindən reportaj hazırlayıblar.

Vaxtilə Avrasiyada çox geniş yayılan zubrların ötən əsrin əvvəllərindən etibarən nəsli kəsilməyə başlayıb. Vəhşi təbiətdə demək olar ki, bu heyvanlara artıq çox az rast gəlinir. Qafqaz dağlarında isə sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan az sayda zubrlar var ki, onların da böyük əksəriyyəti zooparklarda saxlanılır. Bu yolla onların sayının artırılmasına çalışılır.
Bu məqsədlə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən birgə həyata keçirilən "Zubrların Azərbaycana reintroduksiyası" proqramı çərçivəsində vaxtilə ölkəmizdə nəsli kəsilmiş vəhşi öküz - Qafqaz zubru növündən olan 12 baş heyvan Fransa və Belçika zooparklarından Azərbaycana gətirilib. Şahdağ Milli Parkının İsmayıllı bölməsində xüsusi ərazi yaradılıb və may ayının 21-də zubrlar həmin əraziyə buraxılıb. Heyvanlar bir müddət bu ərazidə adaptasiya dövrü keçdikdən sonra həmin ərazidən təbiətə sərbəst buraxılacaq.

Əməkdaşlarımızı qarşılayan Şahdağ Milli Parkının direktor müavini Əfqan Qəribov bu vəhşi heyvanlar barədə danışıb.

Bildirib ki, may ayında gətirilməsinə baxmayaraq artıq 12 baş zubrdan dördü vəhşi təbiətə buraxılıb:

"İlk olaraq 8 baş zubr gətirilmişdi və həmin heyvanlara mütəxəssislər tərəfindən baxış keçirilmişdi. Onlar ekoloji cəhətdən Azərbaycan təbiətinə uyğunlaşdırıldıqdan sonra vəhşi təbiətə buraxılıb. Bu heyvanlar, daha dəqiq desək, Qafqaz təbiətində yaşayan zubrlar olub. Sadəcə olaraq onların nəsli 1927-ci ildə kəsilib".
Ə.Qəribovun sözlərinə görə, zubrlar gün ərzində 32 kq-a qədər quru ot yeyir:

"Bu heyvanlar, yetkin fərd olaraq gün ərzində 23-32 kq-a qədər yem və quru ot qəbul edə bilir. Zubrun qida rasionuna 200-ə qədər bitki növü, ağac qabığı, cavan budaqlar, yarpaq, fıstıq və palıd qozaları daxildir. Bu heyvanlar gündəlik suya olan tələbatlarını yay mövsümündə şirin su mənbələrindən, qışda isə dırnaqları ilə nəm torpaqda çuxurlar qazaraq orada yığılan qar və yağış suyunu içərək təmin edirlər. Bəzən də qar yeyirlər".
Təbiətdə çox az rast gəlinsə də, bəzən zubrları Amerika bizonu ilə də səhv salırlar. Zubrların uzunluğu orta hesabla 2,1-3,5 metr, hündürlükləri 1,6-2,1 metrə qədər, Amerika bizonlarının isə uzunluğu 2-,2,8 metr, hündürlükləri isə 1,5-2 metrə qədər çatır. Bundan başqa, Amerika bizonu zubrdan fərqli olaraq daha iri bədən quruluşuna malikdir. Baş, boyun və alın hissəsi zubrlarla müqayisədə daha tüklü, ayaq və buynuzları isə daha qısadır.

Ə.Qəribov deyir ki, dişi zubrlar 20 ilə qədər ömür yaşayır, bu müddət ərzində isə 9 bala verə bilirlər:

"Gətirilmiş 12 baş zubrdan üçü erkək, qalanları isə dişi fərdlərdir. Onlar arasında bir zubr isə beş aylıq boğazlıq dövründədir. Təbii şəraitdə zubrlar 20 ilə qədər yaşayır. Bir dişi fərd yaşadığı müddətcə 9 bala doğur. Boğazlıq dövrü 254-277 günədək davam edir. Yetkin erkən fərdin çəkisi 530-480 kq, dişi fərdin çəkisi isə 320-540 kq, yeni doğulmuş balanın çəkisi isə 25-30 kq arasında dəyişir".

Vəhşi zubrlar yalnız iki halda insanlara hücum çəkə bilir. Ə.Qəribov deyir ki, bu məsələ olduqca həssasdır:

"Heyvanlar mütəmadi olaraq baytarlar tərəfindən yoxlanılır. Onların gərgin və aqressiv olmalarının iki səbəbi ola bilir. Dişi fərd bala doğarkən və iri ölçülü erkək fərdi qıcıqlandırdıqda zubrlar insanlara hücum edə bilər. Ümumiyyətlə, əgər təbiətdə zubrla qarşılaşmısınızsa, aranızda 50 metr təhlükəsizlik məsafəsi saxlamağınız və onu qətiyyən qıcıqlandırmamağınız tövsiyə edilir. Belə halda zubra yaxınlaşmadan, sakitcə yanından ötüb keçmək lazımdır".

Çəkilişdə olduğumuz zaman yerli sakinlər, məktəblilər, turistlərin belə zubrları görmək üçün xüsusi maraq göstərdiklərinin şahidi olduq.

Zubrların Azərbaycanda biomüxtəlifliyin daha da zənginləşdirilməsi və meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq, layihənin təşkilatçıları Azərbaycanın şimal bölgələrində yaşayan əhalini və ümumiyyətlə, bütün ölkə ictimaiyyətini Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işində dəstək olmağa çağırıb.
92 il sonra Qafqaz dağlarında ilk zubrlar göründü: Onlara İsmayıllıda baxa bilərsiniz - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2900   Tarix: 20 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ev sahibi mənzildən çıxarmaq istədiyi kirayəçinin kanalizasiyasını bağladı

Türkiyənin İstanbul şəhərində maraqlı hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, kirayəçisinin evini tərk etməsini istəyən ev sahibi mənzilin kanalizasiyasını bağlayıb. Baş verənlərə üsyan edən və 20 gün tualetdən istifadə edə bilmədiklərini bildirən kirayə qalan ailə evdəki pis qoxuy

24 aprel
.

Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib

Almaniyanın Ştutqart şəhərində zəhərlənmə əlamətləri ilə 300-ə yaxın insan həkimlərə müraciət edib. Onların hamısı hər il keçirilən Ştutqart Bahar Festivalında olub və orada yemək alıblar. Zərərçəkənlər arasında həftəsonu festivala qatılan yeddi dost da var. Onlar qrildə bişmiş toyuq yeyib və spirtl

25 aprel
.

Avtostop çəkdikləri maşında qətliam törətdilər

Türkiyədə səhər saatlarında avtostop ilə iki nəfəri götürən 21 və 20 şəxslər silahlı hücuma məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, mübahisə naməlum səbəbdən böyüyüb. Avtomobilə minən şübhəli şəxslər atəş açaraq maşında olan digər iki nəfəri yaralayıb. Şübhəlilər avtomobildən düşərək sürətl

25 aprel
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25 aprel
.

Mağazada ürəyindən bıçaqlandı:ANBAAN GÖRÜNTÜ -VİDEO

Türkiyənin Bursa şəhərində supermarketdə mübahisə qanla bitib. xarici mediaya istinadən xəbər verir ki,oğurluqda günahlandıran şəxs kassirlə mübahisə edib. Bu zaman davanı ayırmaq istəyən müştəri müdaxilə edərkən bıçaqlayaraq ağır yaralayıb. Yaralı təcili xəstəxanya aparılıb. Xəstəxanada bütün müdaxilələr

24 aprel
.

Təbrizdə Ermənistanın baş konsulluğu açılır

Yaxın vaxtlarda İranın Təbriz şəhərində Ermənistanın baş konsulluğu açılacaq. Hökumətin bu gün keçirilən iclasında artıq konsulluğun xərcləri ilə bağlı smeta təsdiqlənib. Qərara əsasən, baş konsulun maaşı 2 565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6 hissəsi qədər olacaq

25 aprel
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25 aprel
.

Ana 7 aylıq körpəsini yolun ortasına atdı

Türkiyədə ana 7 aylıq körpəsini yolun ortasına qoyub. yerli mediaya istinadla bildirir ki, hadisə Karabük şəhərinin Bayır məhəlləsində qeydə alınıb. E.H.-nın küçədə qoyduğu 7 aylıq körpəsini satıcılardan biri götürüb. Lakin sonradan qadın gələrək uşağı alıb. Məsələ ilə bağlı polis araşdırmaya başlayıb

25 aprel
.

Cümə namazında Atatürkü təhqir edən gəncə 3 il 9 ay həbs verildi

Türkiyənin İstanbul şəhərinin Qayrettəpə rayonundakı cümə namazında iştirak etmiş və Mustafa Kamal Atatürkü barədə təhqirlərə yol verən gənclərdən biri barəsində məhkəmə qərar çıxarıb. İHA-ya istinadən xəbər verir ki, onun barəsində 3 il 9 ay müddətinə həbs cəzası verilib. Qeyd edək ki, məsciddə Atatür

26 aprel