Qadınlarda çox rast gəlinən 6 intim problem – Gizli saxlanılan SİRLƏR

Qadınlarda çox rast gəlinən 6 intim problem – Gizli saxlanılan SİRLƏRİntim münasibətlərdə cütlüklər arasında anlaşılmazlıqlar çox zaman qadınların gizli saxladığı intim və ginekolioji problemlər səbəbindən baş verir. Buna qaşınma, səpki, pis qoxu, ağrı, istəksizlik, cinsi orqanlarda dəyişiklik, axıntı, psixoloji problemlər aiddir.

Bütün bunlar zamanla qadını intim əlaqədən uzaqlaşdırır və özünə qapadır.

Medicina.az qadınların daha çox rastlaşdığı 6 intim problemin səbəblərini və çıxış yollarını təqdim edir:

1.Psixoloji problemlər

Psixoloji travmalar, qarşı tərəfdən inciklik, ümumiyyətlə kişilərə qarşı soyuqluq, nifrət, inamsızlıq, eləcə də uşaqlıqdan düzgün olmayan seksual tərbiyə və ya ümumiyyətlə bu tərbiyənin olmaması qadında dərin frigidlik yaradır. Əgər frigidlik və ağrı tibbi baxımdan əsaslıdırsa, müalicəsi var. Yox əgər tibbi səbəb tapırmırsa, qadın elə ağrı və s. səbəb gətirirsə, deməli, dərin psixoloji problemlər var.

Ola bilsin qadının gözlədiyi ilə reallıq üst-üstə düşmür, qadın seks haqqında komponent məlumata malik deyil, ya da ümumiyyətlə kişi, qadın fiziologiyasını bilmir. Bu halda qadının ünsiyyətdə olduğu kişidən də çox şey asılıdır. Kişi intim münasibəti qadına sevdirməyə çalışmalıdır. Eləcə də psixoloq yardımı almaq olar.

2.Vaginal quruluq

İntim əlaqədə qadına diskomfort yaradan səbəblərdən biridir. Adi quruluq ağrı yarada bilər. Bu qadının kifayət qədər ehtiraslanmaması, eləcə də cinsəl orqanlarda müəyyən səbəblərdən quruluğun olmasındandır.
Ona görə lubrikant – süni maye istifadə edilməlidir və bundan utanmaq lazım deyil.

3.İntim gigiyena

Qadın uşaqlıq yolu özünün müdafiə mexanizm və pH balansına malikdir. Laktobakteriyalar vaginanın divarını sıx örtür və orda daim məskən salır. Onlar digər zərərli mikroorqanizmlərin axınına, çoxalmasına və infeksiya yaratmasına mane olur. Bir qadin uşaqlıq yolunda 20 növ laktobakteriya olur.

Çox zaman düzgün gigiyenaya əməl etmədikdə və ya uşaqlıq yolun yad, amma müalicə məqsədilə tampon, kontraseptiv dərmanlar, şamlar, uşaqlıq yolunun yuyulması, müxtəlif vasitələrin yerli tətbiqi turşu qələbi mühitini pozur, selikli qişanı iltihablaşdırır, laktobakteriyaları yuyur, disbioz yaranır.
Disbiozun birinci əlaməti axıntı, qaşınma, qanma, xarici cinsi orqanların qızarması, sidik zamanı göynəmə, quruluq və ağrıdır.
Bu zaman mikrofloranın bərpası üçün tədbirlər görülməlidir.

4.Hormonların pozulması

Uşaqlıq yolunun florası, intim istək, ümumiyyətlə cinsi sağlamlıq qadında birbaşa yumurtalıqlardan hasil olunan cinsiyyət hormonları estrogen və progesterondan asılıdır.

Estrogen uşaqlıq yolunun selikli qişasında qlikogen toplanmasına kömək edir. Progesteron isə qlükogendən laktobakteriyalar üçün qida hazırlayır. Əgər bu hormonların səviyyəsi kəskin ensə, yumurtalıqların işi zəifləyir, laktobakteriyaların balansı pozulur, zərərli bakteriyalar çoxalır və iltihabi proses, eroziya və s. başlayır.ş

Burdan da qadına ipucu verilir: uşaqlıq yolunda xoşagəlməz nə baş veribsə səbəbini hormonal disbalansda axtar, aradan qaldır. Bunun üçün laktobakteriyaları artıran və qidalandıran xüsusi hormonal dərmanlar var.

5.İnfeksiyalar və uzun müalicə

Qadını yoran və intim həyatdan uzaqlaşdıran amillərdəndir. Adətən infeksiya mənbəyi kişi ilə münasibətdən sonra qadının başı dərdə girir. Cinsi yolla keçən infeksiyalar baryeri qırır, uşaqlıq və yumurtalıqlara kimi gedib çatır. Antibiotik müalicəsi isə nəinki düşmən bakteriyaları, həmçinin lazımlı mikrofloranı da məhv edir. Ona görə qadınlar tez-tez bakterial vaginozdan əziyyət çəkir.

Qadınlar bilməlidir ki, istənilən xəstəlikdə təyin olunan antibiotiklər disbakterioza səbəb olacaq və uşaqlıq yolunu pozacaq. Bu zaman intrvaginal probiotiklərdən istifadə vacibdir. Bunu unutduqda problemlər çoxalır, qadının vaxtı, ayları müalicəyə sərf olunur, bu ərəfədə kişini yaxına buraxmaq istəyi də olmur.

6.Kandidoz, bakterial vaginoz

70% qadınlar ömründə bir dəfə də olsa bu xoşagəlməz xəstəliyi keçirib və 40% hallarda kandidoz 2-3 dəfə geri qayıdır, müalicə olmadıqda xroniki formaya keçir.

Candida göbələyinin törətdiyi xəstəlik sağlam qadınların da vaginal mühitində olur, sadəcə onların qarşısını laktobakteriyalar alır.
Qadında immunitet düşdükdə, infeksiya keçirdikdə, antibiotik qəbul etdikdə, iqlim dəyişdikdə, stresdən bu göbələk aktivləşir. Bu zaman uşaqlıq yolundan ağ xamaya bənzər axıntı, qaşınma, seksdən sonra kəskin axıntı, narahatlıq olur. Bu zaman da qadın intim əlaqədən bilərəkdən imtina edib,bu vəziyyəti gizlətmək istəyir, çünki utancvericidir.

Kandidozun müalicəsi 2 mərhələdə olmalı, axıra kimi aparılmalı, vaginanın mikroflorasının bərpası və laktobakteriyaların artırlması üçün tədbirlər görülməlidir.

Bakterial vaginoz da hər 6 qadından birində rast gəlinir. Bozumtul, balıq qoxusu verən axıntı, qaşınma qadını bir müddət seksual həyatdan uzaqlaşdırır. Təbii ki, bu halları qadın kişiyə açıb deyə bilmir.

Ona görə problemi görən kimi ginekoloqa müraciət edib, antibiotik və probiotik müalicəsi almaq mütləqdir.
Hər bir qadın vaginal laktobakteriyalar haqqında məlumatlı olmalı, yeri gəldikdə həkimdən bu barədə tədbir görməyi tləb etməli, laktobakteriyaları artıran preparatları araşdırmalı, mikrofloranın təbiiliyini qorumağı qarşısına məqsəd qoymalıdır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 7852   Tarix: 24 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zelenski: Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketi qüvvəyə minib

Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi 700 gəmiyə qarşı sanksiyalar qüvvəyə minib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb. "Rusiya donanmasının sanksiyalara məruz qalan gəmiləri neft və başqa enerji resurslar

14 dekabr
.

Sudanda BMT obyektinə zərbə endirildi: Altı nəfər həlak oldu

Sudanın Kaduqli şəhərindəki BMT obyektinə Çevik Reaksiya Qüvvələri tərəfindən endirilən dron zərbəsi nəticəsində azı altı mülki şəxs həlak olub. xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi məlumat yayıb. Məlumata görə, şəhər Çevik Reaksiya Qüvvələri tərəfindən mühasirəyə alınıb

14 dekabr
.

Tropik qasırğa Şri-Lankanı cənginə alıb: Ölənlərin sayı 643 nəfərə çatıb

Şri-Lankada bir neçə həftədir müşahidə edilən "Ditva" tropik qasırğası nəticəsində ölənlərin sayı 643 nəfərə çatıb. xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Hallar Mərkəzi yayıb. Bildirilir ki, təbii fəlakət nəticəsində daha 184 nəfər itkin hesab olunur. "Ditva" Şri-Lankad

14 dekabr
.

Tramp xalqa müraciət edəcək

"ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində administrasiyasının əldə etdiyi tarixi nailiyyətlər barədə danışacaq"​. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib. "Tramp bizi nələrin gözlədiyindən, ötən il ərzindəki bütün tarixi nailiyyətlərində

17 dekabr
.

Kişi arvadını həddindən artıq yediyinə görə məhkəməyə verdi

Çinin Harbin şəhəri yaxınlığındakı Vuçan kəndinin sakini altı aylıq evliliyindən sonra arvadını məhkəməyə verib, çünki onun fikrincə, o, "həddindən artıq yeyib". -ın xarici mediaya istinadla xəbərinə görə, çinli kişi arvadının qohumlarına nişanlandıqları zaman ödədiyi cehizin - 20.00 yuanı

14 dekabr
.

Çimərlikdəki hadisəni törədənlər - Ata və oğlu imiş

Sidneyin Bondi çimərliyində terror aktını törədənlərlə bağlı detallar məlum olub. "Qafqazinfo" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə məlumat hadisədən sonra Avstraliya hökumətinin təşkil etdiyi mətbuat konfransında açıqlanıb. Bildirilib ki, insanlara atəş açanlar ata və oğl

15 dekabr
.

Balığın təzə olub-olmadığını belə yoxlayın

Balığın təhlükəsiz olması üçün onu düzgün seçmək, saxlamaq və hazırlamaq çox vacibdir. xarici mediaya istinadla xəbər verir ki, həkimlərbalıq alarkən nələrə diqqət etməli olduğunuzu, məhsulu necə saxlamaq və bişirmək lazım olduğunu izah edib. Qeyd edilir ki, hətta piştaxtada diri görünən balıq belə

14 dekabr
.

Donuz əti yeyən kişi infarkt keçirdi

Moskvada kişi donuz əti yedikdən dərhal sonra özünü pis hiss edərək xəstəxanaya çatdırılıb. xəbər verir ki, həkimlər ona kardiogen şok və 1-ci tip Kounis sindromu diaqnozu qoyublar. Bu sindrom nadir rast gəlinən, allergik reaksiya səbəbindən yaranan kəskin koronar sindrom kimi tanınır. Şahidlərin sözlərin

14 dekabr
.

Ukrayna Prezidenti cümə günü Polşaya səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 19-da Polşaya səfər etməyi planlaşdırır. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, Zelenski bu barədə jurnalistlərə açıqlama verib. "Mənim Polşaya səfərimə gəldikdə, Polşa tərəfi bizə cümə gününü təklif etdi. Düşünürə

14 dekabr