Bu tərtərli qız 21 yaşından Almaniyada həkim işləyir: Azərbaycanda çalışa bilmərəm - MÜSAHİBƏ

Bu tərtərli qız 21 yaşından Almaniyada həkim işləyir: Azərbaycanda çalışa bilmərəm - MÜSAHİBƏAlmaniyada həkim kimi çalışan həmyerlimiz Tərlan Mehdizadə Oxu.Az-ın suallarını cavablandırıb:

- Tərlan xanım, bildiyimiz qədəri ilə, dörd yaşında məktəbə getmisiniz. Necə oldu ki, dörd yaşında sizi məktəbə qoydular? Adətən, bu hal vunderkind uşaqlarla bağlı müşahidə olunur.

- Tərtər rayonunda anadan olmuşam, orada oxumuşam. Uşaqlığım müharibə şəraitində keçib. Yaşadığım yerdə müharibənin qoyduğu izlər vardı. Onlardan biri də uşaq bağçası məfhumunun olmaması idi. Anam və atam işə, qardaşlarım isə məktəbə gedirdi. Nə evdə məni saxlayan bir kəs, nə də gedə biləcəyim bir bağça vardı.

Bir gün evdə tək olanda pəncərədən yıxıldığıma görə anam çox qorxdu və məktəbdə işlədiyi üçün məni də özü ilə aparmaq qərarına gəldi. Altı yaşıma qədər birinci sinifdə oxumağıma qərar verildi ki, təki evdə tək qalmayım.

Məktəbdə fəal şagird olmuşam və sinif yoldaşlarımdan yaxşı oxuduğum üçün müəllimlər deyirdilər ki, bu qız heyifdir, boşuna sinifdə saxlamayaq. Beləliklə, 15 yaşımda XI sinfi bitirdim.

- Öz yaşıdlarınızdan nə ilə fərqlənirdiniz? Məktəbdə yaşca hamıdan kiçik olmaq sizə çətinlik yaradırdımı?

- Məktəbdə heç vaxt digər şagirdlərdən kiçik olduğumu hiss etməmişəm. Dərsləri oxuyub başa düşmək baxımından çətinliyim olmayıb. Çox fəal və yaşıdlarımdan bir addım irəlidə olan uşaq idim. Onu da deyim ki, bizim nəsildə ali təhsil almayan yoxdur.

Bu mənada, bəlkə də təhsilə marağım genetikdir. Məsələn, qardaşım dördüncü sinifdən altıncı sinfə keçib. Beş yaşında dünyanın bütün ölkələrini, paytaxtlarını və prezidentlərinin adını əzbər bilirmiş. Halbuki bunu ona heç kim öyrətməyib. Yəni bizim ailədə belə hallar var.

- Necə oldu ki, Almaniyaya getmək qərarına gəldiniz?

- Universitet vaxtı başa düşdüm ki, Azərbaycanın səhiyyə sistemində işləyə bilmərəm. Buna görə də Avropaya getmək qərarına gəldim. Almaniya tibb sahəsində uğurları ilə seçildiyi üçün bu ölkəni seçdim. Buraya gəlməyim çətin proses oldu, amma tək də olsa, bunu bacardım. Ailəm Almaniyaya getmək istədiyimi biləndə razılaşmadı. Lakin israrımı, əzmimi gördükdən sonra artıq heç nə edə bilməyəcəklərini anladılar. Bu uğurlarımı yalnız özüm, heç bir dəstək olmadan qazanmışam.

Dörd il Şverin və Gettingen şəhər xəstəxanalarında uşaq həkimi işləmişəm. Artıq iki ildir Hildeshaym Helios xəstəxanasında uşaq şöbəsində çalışıram.

- Uşaqlarla işləməyin hansı çətinlikləri var?

- Onlarla işləmək çox çətindir. Çünki burada çox ağır xəstə uşaqlar qəbul edirik. Xərçəng diaqnozu qoyarkən valideynlərə uşaqlarının ölümün bir addımlığında olduğunu, reanimasiyada qalacağını və yaşamaq uğrunda mübarizə apardığını demək mənim üçün çox ağırdır.

Uşaq sağalandan sonra palataya girəndə üstünə qaçıb səni qucaqlayır. Bu zaman sevincin həddi-hüdudu olmur. Özünü qəhrəman kimi hiss edirsən.

- Başınıza maraqlı hadisələr gəlibmi?

- Maraqlı hadisələr çox olub. Mən burada işləməyə başlayanda 21 yaşım var idi. Onlar 21 yaşında ali məktəbi bitirirlər, mən isə artıq həkim idim. Buna inana bilmirdilər. Hamı məndən şəxsiyyət vəsiqəmi istəyirdi, çünki zarafat etdiyimi düşünürdülər. Baş həkim isə deyirdi ki, belə çıxır, mən 16 yaşında anatomiya dərsində meyitin yanında durub dərs keçmişəm.

"Bu cinayətdir, 18 yaşı olmayan bir uşağın belə şeylər etməsi qanuni deyil. Siz universitetinizi rahat şəkildə məhkəməyə verə bilərsiniz" deyirdilər.

Bir dəfə gecə növbəsində bir uşağı müayinə etmişdim. Uşağı evə buraxan zaman atası mənə "sağ ol" dedi və stolun üzərinə 40 avro pul qoydu. Bunu bir almanın etməsi məni təəccübləndirdi. Təbii ki, pulu özünə qaytardım və bildirdim ki, bu, mənim işimdir, buna görə maaş alıram. Kövrəldi, məni qucaqladı və həkimlərin onun üçün Allah qədər dəyərli olduğunu bildirdi.

- Azərbaycana qayıtmaq istəyirsinizmi?

- Çox istərdim ki, Azərbaycana qayıdım, amma indiki şərtlər altında yox. Mən karyeramı Almaniyada qurduğum üçün Azərbaycan səhiyyəsinə heç cür uyğunlaşa bilmirəm. Bu beş il ərzində cəmi bir dəfə azərbaycanlı xəstəm olub və onunla Azərbaycan dilində danışmışam. Təsəvvür edə bilməyəcəyiniz qədər möhtəşəm hisslər keçirmişəm. Çünki öz millətimi çox sevirəm.

- Almaniyanın səhiyyə sistemi bizimkindən nə ilə fərqlənir?

- Almaniya səhiyyə sistemini Azərbaycanın səhiyyə sistemindən çox şey fərqləndirir. Ən əsası xəstə-həkim münasibətləridir. Həkim xəstəyə ən hörmətli insan kimi yanaşır, otağa girəndə ayağa durur, əl sıxır, özünü təqdim edir, çox səbirlə şikayətləri dinləyir. Burada xəstələrin də həkimlərə hörməti böyükdür. Azərbaycan səhiyyəsində isə belə hallara çox az rast gəlinir.

Almaniyada tibb sahəsinə çox sərmayə yatırılır. Buna görə də burada tibbin inkişaf səviyyəsi belə yüksəkdir. İcbari tibbi sığorta sistemi insanların həyatını asanlaşdırır. Səfil həyatı yaşayan biri belə, xəstəxanada bir qəpik vermədən sağlamlığı ilə bağlı ciddi problemini həll edə bilir. Çox arzu edirəm ki, ölkəmizdə icbari tibbi sığorta lazımi səviyyədə inkişaf etsin.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1332   Tarix: 25 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Ford"la "KAMAZ" toqquşdu - Xəsarət alan var - Video

Goranboy rayonu, Goran qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolunun 318-ci kilometrliyində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Hadisə yerinə dərhal nazirliyin Aran Regional Mərkəzini

19 dekabr
.

"Qoç ət"in dönərindən 20 sm tük çıxıb? - "Əməkdaşlarımız saçı qısa olan kişilərdir"

Bakıdakı "Qoç ət" restoranında hazırlanan dönərin içindən 20 sm-lik tük çıxdığı iddia olunur. "Qafqazinfo" xəbər verir iki, bu iddianı reklam mütəxəssisi Azər Nəzərov sosial şəbəkə hesabında irəli sürüb. O bildirib ki, sözügedən halla ötən həftə ailəsi ilə birlikdə getdiyi restorand

18 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)

Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki

19 dekabr
.

Meyxanaçı Kərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb

19 dekabr
.

DSX-nin döyüş bayraqlarının təsvirində dəyişiklik edildi

Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsvirində dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Çevik Hərəkət Qüvvələrinin hərbi hissələrinin döyüş bayraqlarında artıq "Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri 00 saylı hərb

18 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib

Vətəninfo.az xəbərinə görə, illərdir kosmetoloq kimi çalışan, öz sahəsi üzrə "marifləndirici" məsləhətlər verən Əmirova, artıq incidiyini bildirərək daha video çəkməyəcəyini bildirib. Kosmetoloqun paylaşdığı bu "son" videoyaya isə xeyli sayda şərh gəlib. Şərhlərin əksəriyyəti tanınmı

19 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr