"Ölsəm bağışla" filminin ulduzu 30 il sonra TANINMAZ HALDA - FOTO
"Hə...artıq 49-u haqladım, 50-yə heç nə qalmayıb. İndi bunu özümə tez-tez ucadan söyləyəcəyəm. Sonra da içimdən gələn səsləri dinləməyə çalışacağam. Görüm daxilimdə nə dəyişib".
Publika.az xəbər verir ki bu sözləri aktrisa Gülzar Qurbanova doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Dünən 49 yaşını qeyd edən məşhur sözlərinə belə davam edib:
"Əlimdən gələn qədər açıq, düzgün, səmimi olmağa cəhd edəcəm. O dünyanı fikirləşərək əməllərimi saf cürük edəcəyəm. Yunus İmrə demişkən "Bir mən vardır, məndən içəri". Həmin məndən içərimdəki mənə yaxınlaşıb, onunla qovuşmağa cəhd edəcəyəm. Və...sonra da əldə etdiyim bütün uğurlara, uğursuzluqlara, sınaqlara, qazandıqlarıma, itirdiklərimə, sevincimə, kədərimə, hər açılan səhərimə, yaşadığım bu həyat üçün Allahıma şükürlər edəcəyəm. Və sonrada dünyanın hər küncündə hər kəsə səslənəcəm: hər millətə, hər irqə, hər dinə. SİZİ SEVİRƏM, DUA EDİN!"
Məlumat üçün bildirək ki, 1989-cu ildə lentə alınan "Ölsəm bağışla" filmində Xalq artisti Fəxrəddin Manafovla tərəf müqabili olan Gülzar Qurbanova bu ekran işində yaratdığı rolu ilə populyarlıq qazanıb. O, məşhur rejissor Elxan Cəfərovla evlidir.
Qeyd edək ki, aktrisa bu yaxınlarda tanınmış dramaturq Mircəlal Paşayevin eyniadlı əsəri əsasında hazırlanmış "Nazik mətləb" filmində tamamilə başqa bir obrazda qarşımıza çıxacaq. Ekran əsərində onun tərəf müqabili model Rüstəm Cəbrayılovdur. Film astronomiya müəlliminin öz şagirdinə aşiq olmasından və onların nakam məhəbbət hekayəsindən danışır. Maraqlıdır ki, 49 yaşı olsa da, gənclik cazibəsini itirməyən kino ulduzu burada 22 yaşlı gənc qızı ifa edir.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəzənfər Abbasov: "...Özlərini pis günə qoyublar"
Əməkdar artist Babək Niftəliyev xanəndələrin geyimini tənqid edib. Xanəndə tədbirlərdə muğam ifaçılarının idman tərzində səhnəyə çıxmasının əleyhinə olduğunu bildirib:. "Dövlət tərəfindən milli musiqimizə böyük diqqət ayrılıb. Beynəlxalq müsabiqələrə ev sahibliyi edirik. Biz tələbələrlə danışand
31 oktyabrRoza Cəlilovanın dəfn yeri dəyişdirildi
Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib. Bu barədə APA-ya nəvəsi Lalə Aslanur məlumat verib. O qeyd edib ki, nənəsi əvvəl deyildiyi kimi, II Fəxri xiyabanda deyil, vəsiyyətinə əsasən, Qurd qapısı qəbiristanlığında - qardaşının yanında dəfn olunacaq. Xatırladaq ki, Roza Cəlilova ilə vid
19 noyabrMehriban Xanlarova buna görə bacısı qızından imtina edibmiş
Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı Ayseldən imtina etməsinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, aktrisa bacısı qızının müğənnilik sevdasına düşdüyünü bildirib. O qeyd edib ki, məhz buna görə ondan üz döndərib:. "Bildiyiniz kimi, 06.12.2024 tarixində milyonları
31 oktyabrKredit götürmək istəyənlərin nəzərinə – Növbəti ildən...
Yeni il yeni planlar, yeni qayğılar deməkdir. Ona görə də hər kəs yeni ilə ciddi hazırlaşır. Bəs növbəti ildə bizi bank sektorunda hansı yeniliklər gözləyir?. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda kreditləşmə tempinin birrəqəmli göstəriciyə qədər yavaşlayacağını proqnozlaşdırır
6 dekabrFəxriyə Xələfova "Füsünkar İpək" kolleksiyasını təqdim etdi - VİDEO
Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova "Füsünkar İpək" adlı yeni moda kolleksiyasını təqdim edib. xəbər verir ki, Fəxriyə Xələfovanın kolleksiyası ənənəvi Azərbaycan ipək kəlağayısı ilə müasir axşam paltarlarının harmonik birləşməsindən ibarətdir. Bu ilhamverici sintez keçmiş və bu gün
11 dekabrBoşandılar… - Teatrdan da getdi
Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə rejissor xanımı Səidə Haqverdiyeva boşanıb. Axşam.az xəbər verir ki, bu haqda Səidə məlumat yayıb. "Artıq Rəşad Əhmədzadə ilə nikahıma xitam verildi. İndi isə əziz teatrımla yollarımı ayırdım və işimdən getdim. Məni 10 illik ailəmi
14 dekabrNazirlikdən Əməkdar artistin ölümü ilə bağlı nekroloq
Xəbər verdiyimiz kimi, Əməkdar artist Vahid Əliyev vəfat edib. -ın məlumatına görə, Mədəniyyət Nazirliyi aktyorun ölümü ilə bağlı nekroloq yayıb. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Teatr və kino sənətimizin sevilən nümayəndəsi, Əməkdar artist Vahid Əliyev uzun sürən xəstəlikdən sonr
6 noyabr