Kredit götürmək istəyənlərin nəzərinə – Növbəti ildən...

Kredit götürmək istəyənlərin nəzərinə – Növbəti ildən...Yeni il yeni planlar, yeni qayğılar deməkdir. Ona görə də hər kəs yeni ilə ciddi hazırlaşır.

Bəs növbəti ildə bizi bank sektorunda hansı yeniliklər gözləyir?

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda kreditləşmə tempinin birrəqəmli göstəriciyə qədər yavaşlayacağını proqnozlaşdırır. "Fitch"in hesablamalarına görə, artım xüsusilə yüksək gəlirli hesab olunan istehlak kreditləşməsi seqmentində daha nəzarət edilə bilən həddə olacaq.

Agentlik qeyd edir ki, Azərbaycandakı son makroprudensial təşəbbüslərə maksimum effektiv faiz dərəcələri və təminatsız kreditlərin ölçüləri üzrə məhdudiyyətlər, həmçinin pərakəndə məhsulların bir hissəsi üçün artırılmış risk çəkiləri daxildir.

"Fitch"in məlumatında göstərilib ki, neytral proqnoz əsasən qeyri-xammal sektoru tərəfindən formalaşdırılan mülayim iqtisadi artım fonunda (2026-cı il üçün proqnoz - 2,5 %; 2025-ci il üçün - 2,3 %) kreditləşmənin daha yavaş şəkildə genişlənməsinə baxmayaraq, 2026-cı ildə bankların qənaətbəxş maliyyə göstəricilərinin saxlanılması gözləntilərini əks etdirir.

Agentliyin məlumatlarına görə, hələ də geniş olsa da, tədricən azalan faiz marjaları ilə dəstəklənən Azərbaycan banklarının yüksək mənfəətliliyi gözlənilən mülayim kredit riskinin dəyişkənliyinə qarşı etibarlı bufer rolunu oynayacaq. Hesabatın müəlliflərinin fikrincə, bankların maliyyələşməsi və likvidliyi proqnoza əsasən ümumilikdə sabit qalacaq.

Dollarlaşma səviyyəsi azalacaq

Agentlik kredit portfellərinin dollarlaşma səviyyəsinin azalmağa davam edəcəyini və 2026-cı ilin sonuna (2024-cü ilin sonunda - 16 %) qədər 12 %-ə yaxınlaşacağını gözləyir. Buna manatın ABŞ dollarına qarşı effektiv şəkildə bağlantısı və valyuta kreditləşməsinin sərt şəkildə tənzimlənməsi kömək edir. Eyni zamanda, "Fitch"in qiymətləndirməsinə görə, depozitlərin dollarlaşma səviyyəsi yüksək qalacaq - 2025-ci ilin üçüncü rübünün sonunda - 44 % və de-dollarlaşma prosesi əlavə tədbirlər olmadan tədricən baş verəcək.

Proqnoza görə, bankların gəlirliliyi geniş faiz marjaları ilə (2025-ci ilin yanvar-sentyabr ayları üçün 6,5 %) dəstəklənəcək, lakin 2026-cı ildə müddətli depozitlərin artması fonunda təxminən 50 faiz bəndi azala bilər. Eyni zamanda, kredit dəyərsizləşməsi üzrə xərclərin orta kredit dəyərinin 2 %-nə qədər artması (2025-ci ilin doqquz ayı ərzində 1,2 % ilə müqayisədə) gözlənilir. Bütün bunlar əməliyyat mənfəətliliyində müəyyən azalmaya səbəb olacaq, lakin onun səviyyəsi dayanıqlı qalacaq.

Proqnoza görə, kapital adekvatlığı əmsalları sabit qalacaq.

Gəlirlilik və risk-çəkili aktivlərin mülayim artımı iri bankların əhəmiyyətli dividend ödənişləri ilə kompensasiya ediləcək. "Fitch" "Tier 1" əmsalının 2026-cı ildə təxminən 14 % olacağını (2025-ci ilin üçüncü rübünün sonunda - 14,6 %) gözləyir, bu da minimum normativlərdən - 5 % (sistem əhəmiyyətli banklar üçün 6 %) yüksəkdir. Likvid ehtiyatlar, o cümlədən valyuta ehtiyatları yüksək olaraq qalacaq və kreditlərin depozitlərə nisbəti üzrə orta göstərici təxminən 80 % səviyyəsində saxlanılacaq.

Bu vəziyyət kredit faizlərinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu dəyişiklikdə borclanma səviyyəsinin artması, tənzimləyici orqanların kredit standartlarını sərtləşdirməsi və əhalinin borc yükünün yüksəlməsi əsas rol oynayır:

"Bankların likvidlik və kapital göstəriciləri stabil qalacaq, amma problemli kreditlərin nisbəti müəyyən qədər artaraq təxminən 4-4,5%-ə yüksələ bilər.

Banklar kredit verərkən daha ehtiyatlı yanaşacaq, faiz dərəcələri və kredit şərtlərini konservativ tutacaqlar. Pərakəndə kreditlərin yavaşlaması ilə korporativ kreditlər və qeyri-neft sektoruna yönəlmiş maliyyələşmə ön plana çıxacaq. Aktivlərin keyfiyyətinə nəzarət gücləndiriləcək və kredit portfeli balanslı şəkildə böyüyəcək.

Ümumilikdə, 2026‑cı ildə bankların kreditləşmə siyasəti sabit, davamlı və riskləri nəzərə alan yanaşmaya keçəcək. Bu, bank sektorunun dayanıqlığını qorumağa, iqtisadiyyatın qeyri-neft sektoruna dəstək verməyə və kredit portfelinin keyfiyyətini saxlamağa xidmət edəcək".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1653   Tarix: 06 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyanın ən bahalı tablosunun müəllifi Leonardo da Vinçi olmaya bilər

2017-ci ildə hərracda 450 milyon dollara satılan "Dünyanın xilaskarı" ("Salvator Mundi") tablosunun müəllifliyi ilə bağlı yeni iddia ortaya çıxıb. Süni intellekt əsərin məşhur italyan rəssamı Leonardo da Vinçi tərəfindən deyil, onun tələbələrindən biri tərəfindən çəkilmiş ola biləcəyin

29 oktyabr
.

Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB

Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən

31 oktyabr
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Atasının vəfatından sonra bu fotonu paylaşdı

Opera müğənnisi, Əməkdar artist Azər Rzazadə ötən gün vəfat edən atası - Xalq artisti Zaur Rzayevlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabında atası ilə birgə illər öncə çəkdirdiyi fotonu paylaşıb. Qeyd edək ki, 74 yaşlı Xalq artistinin səhhətində bi

30 oktyabr
.

"Serial bəzi gənclər üçün pis örnəkdi"

Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar

14 avqust
.

Məşhur serialın komandası Azərbaycan yeməklərini daddı - Video

Türiyənin məşhur "Mehmed: Fetihler Sultanı" serialının komandası Azərbaycan mətbəxinin yeməklərindən dadıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər serialın sosial şəbəkə hesablarında paylaşılıb. "Azərbaycanın zəngin kulinariya mədəniyyətindən qaynaqlanan dadl

17 noyabr
.

Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Onun ölüm səbəbi məlum deyil

25 oktyabr
.

Xan Şuşinskinin qızı: Atamın səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb (FOTO)

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, mill

20 avqust
.

Əməkdar artist komaya düşüb

Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır

7 sentyabr