Rus qızı "BAHAR qızı" obrazı yaratdı
Rusiyanın Ulyanovsk vilayətinin Turizm Assosiasiyasının sədri Yuliya Ubanın Bakıya səfəri Azərbaycan Turizm Assosiasiyasının (ATA) sədri Nahid Bağırovun dəvəti üzrə həyata keçirilib. O, İçərişəhərdə etdiyi fotosessiyada Novruzun rəmzlərindən biri olan Bahar qızı obrazını canlandırıb.
Sonxeber. Trend-ə istinadən məlumat verir ki, fotolayihənin təşkilatçıları "Artishok agency"nin baş direktoru Fəxrəndə Həsənzadə, Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Aytən Əliyevadır. Geyimlər Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzi tərəfindən təqdim edilib. Trend-ə müsahibəsində Y. Uba qeyd edib ki, Bakıya ilk gəlişidir, 1 həftədir buradadır və bu qısa müddət ərzində şəhəri və gülərüz insanları cox sevib.
O deyib: "Bakı özünün qeyri-adi gözəlliyi və istiliyi, qədimliklə müasirliyin, Şəqlə Qərbin memarlıq harmoniyası, möhtəşəm milli mətbəxi və mehriban insanları ilə məni valeh etdi. Çox şadam ki, Novruz təntənələrinin keçirildiyi bir vaxtda buradayam və bu bayramın insanlar tərəfindən necə sevildiyini və ona necə ehtiram göstərildiyini, böyük vüsətlə keçirildiyini öz gözlərimlə görürəm – fantastik təəəsüratlardır!".
Y.Ubanın qeyd edib ki, Bakı və Ulyanovsk arasında aprelin 29-dan hər cümə günü çarter reysləri hayata keçiriləcək ki, bu da Azərbaycan və Rusiya arasında turizm sənayesinin inkişafına istiqamətlənib: "Ölkələrimizin böyük turizm potensialı var və onu səmərəli reallaşdırmalıyıq. Hazırda turistlərdə parlaq təəssüratların qalması üçün maraqlı proqram təqdim etmək lazımdır. Buna görə də təkcə görməli yerlər üzrə ekskuriya təşkil etmək deyil, həm də rusiyalı turistlərə Bakıda Azərbaycanın milli geyimlərində fotosessiya etməyi təklif etmək qərarına gəldik. Bu çox maraqlıdır! Azərbaycanın milli geyimlərində edilən fotosessiya zamanı bir çoxları mənə yaxınlaşaraq şəkil çəkdirmək istəyirdilər, onların arasında turistlərin sayı az deyildi və hətta düşünürdülər ki, mən azərbaycanlıyam (gülür). Bir daha əmin oldum ki, Azərbaycanda insanlar necə mehribandırlar! Gülnarə Xəlilovanın möhtəşəm geyimlərini qeyd etmək istərdim – İçərişəhərdə rəngarəng milli geyimlərdə edilən fotosessiya gözəl şəhərinizin qonaqlarının yaddaşında həmişəlik qalacaq".
Fotolayihənin koordinatoru Ülviyyə Əfəndiyeva (Artishok agency), fotoqraf isə Elvin Mahmudovdur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU