Kömür hazırlayanlara XƏBƏRDARLIQ!

Kömür hazırlayanlara XƏBƏRDARLIQ!"Meşələrdə ağacların kəsilməsinin qarşısının alınması, eləcə də bölgələrdə kömürbasma ilə məşğul olanların müəyyənləşdirilməsi üçün mütəmadi reydlər keçirilir. Keçirilən reydlər və tətbiq edilən cərimələr son zamanlar bu sahədə işlərin müsbətə doğru irəliləməsinə səbəb olub".

Sonxeber.az xəbər verir ki, bu barədə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ziya Cəbrayılov jurnalistlərə açıqlamasında bildirib.

"Keçirdiyimiz növbəti reyd zamanı Oğuz ərazisindəki meşələrdə ağacların kəsilməsi halları müəyyən edilib və kömür quyuları aşkarlanıb. Muxas və Calut kəndləri ərazisində 15-dən artıq kömür quyusu doldurularaq yenidən istifadəsi məhdudlaşdırılıb və ərazi nəzarətə götürülüb. Yerli sakinlərə müraciət edərək bildiririk ki, bu məsələyə biganə qalmasınlar, meşələrdəki ağacların kəsilməsinin qarşısını almaq məqsədilə belə hallarla üzləşdikdə birbaşa aidiyyəti orqanlara məlumat versinlər. Əsasən bu bölgələrdə çubuq kömürünün hazırlanması ilə məşğul olunduğundan bu, meşələrdə cavan pöhrələrin və ağacların kəsilməsi ilə nəticələnir. Həm də, kömür hazırlanması zamanı ondan ayrılan tüstü insanların vərəm xəstəliyinə yoluxmasına səbəb olur".

Ziya Cəbrayılov bir neçə gün bundan qabaq Oğuzda baş vermiş yanğının da ehtiyatsızlıq ucbatından və ya kömür basılmasından qaynaqlandığının ehtimal olunduğunu bildirib:

"Bütün bunları nəzərə alaraq həm yerli sakinlər, həm də aidiyyəti qurumlar bu problemlərin aradan qaldırılması üçün bütün səylərini bir araya gətirməlidirlər. Tərəfimizdən meşə təsərrüfatı, eləcə də yerli bələdiyyələrə məxsus torpaqlarda kömürbasma halları ilə əlaqədar lazımi tədbirlər görülür, münbit torpaqlarda kömür basdırılması nəticəsində torpaqların qeyri-münbit hala gətirilməsi barədə bələdiyyələrə, aidiyyəti qurumlara məlumat verilir. Ümid edirik ki, birgə mübarizə tədbirləri daha səmərəli olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1242   Tarix: 14 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021