Yol Polisindən sürücülərə ÇƏKƏLƏK XƏBƏRDARLIĞI

Yol Polisindən sürücülərə ÇƏKƏLƏK XƏBƏRDARLIĞIBakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yerləşən çimərliklərdə yeni aksiyaya start verib.

Aksiya zamanı DYP tərəfindən hazırlanmış plakatlar çimərliklərin girişinə vurulmaqla yanaşı, sürücü və digər hərəkət iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.

Bukletlərdə avtomobili çəkələklə idarə etməyin, maşından küçə və yollara zibil atılmağın, çimərlik ərazisində sürmə təlimi keçirməyin, sərnişindaşıma qaydalarını pozmağın, spirtli içki qəbul edərək sükan arxasında əyləşmək kimi əməllərin təhlükəli olması barədə bildirişlər qeyd olunub. Sürücülərin bu qaydalara əməl etməyinin vacibliyi vurğulanıb.

Yüzlərlə buklet Suraxanı rayon ərazisində yerləşən çimərliklərdə insanlara paylanılıb. Həm Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

Daha sonra tədbir Səbail rayonu ərazisində - Şıx çimərliyində davam etdirilib. Çimərliklərin girişinə yol polisi tərəfindən hazırlanmış plakatlar asılıb. Həmçinin, bukletlər paylanılıb.

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hazırladığı bu materiallar digər çimərliklərdə də sürücülərə paylanılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov tədbirin əhəmiyyəti barədə bildirib ki, yay mövsümü ərəfəsində çimərliyə gələrək istirahət edənlərin təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi tərəfindən tədbirlər həyata keçirilir. Xüsusilə, Bakı şəhərinin inzibati ərazisinə düşən çimərliklər, onlara bitişik küçə və prospektlərdə yol polisi xidmət aparır.

V.Əsədov qeyd edib ki, qaydaların pozulması nəticəsində baş verən yol qəza hadisələrinin qarşısının alınması üçün xüsusi işlər görülüb: "Məlumat xarakterli bukletlər çimərliyə gələnlərə paylanılır. Eləcə də insanlar arasında maarifləndirmə işləri aparılır. Bu gün Səbail rayonu Şıx çimərliyində və Suraxanı rayonu Hövsan qəsəbəsinsdə yerləşən çimərliklərdə maarifləndirmə aksiyası keçirdik. İnsanlara nəqliyyat vasitələrini çəkələklə idarə etməyin təhlükəli tərəfləri, spirtli içkinin təsiri altında avtomobil idarə etməyin ölümə apardığı barədə məlumat verdik. Xüsusi olaraq diqqətə çatdırdıq ki, çimərlik ərazisində nəqliyyat vasitələrinin təlim məqsədilə istifadə olunması da yolverilməzdir".

Tədbirlər digər çimərliklərdə də davam etdiriləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 969   Tarix: 16 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021