Ürək-damar xəstəlikləri, piylənmə, başağrıları, diabet və demensiyadan müdafiə edir

Ürək-damar xəstəlikləri, piylənmə, başağrıları, diabet və demensiyadan müdafiə edirKolorado Universitetini təmsil edən alimlər qəhvənin ürək-damar sisteminə təsirindən danışıblar. Mütəxəssislər bundan ötrü populyar içkinin təsiri barədə üç iri tədqiqatı təhlil ediblər.

Sonxeber.az AZƏRTAC-a istinadən bildirir ki, elmi işin müəlliflərindən biri olan doktor Laura Stivensin sözlərinə görə, hər üç tədqiqatda diqqət qəhvənin ürək-damar sistemi xəstəliklərinin yaranması riski ilə bağlılığına yönəldilib. Qəhvə ağacının dənlərindən qovrulmuş və döyülmüş içki ürək çatışmazlığının əmələ gəlməsi ehtimalını 7 faiz və insult riskini 8 faiz azaldır.

Qəhvə insanı artıq çəki toplanması və başağrılarından müdafiə etmək xassəsinə malikdir, öd daşlarının əmələ gəlməsinin qarşısını alır, ikinci tip diabet xəstəliyinin yaranması riskini və demensiya ilə qarşılaşma ehtimalını azaldır. Bu içki Parkinson xəstəliyinin qarşısını da almağa kömək edir. Baş-beyində dofaminin hasil edilməsinə cavabdeh olan neyronların sıradan çıxması nəticəsində xəstəlik inkişaf edir. Qəhvə sayəsində risk 30-60 faiz azalır. Artıq Parkinson xəstəliyi ilə qarşılaşmış insanlar da qəhvə qəbul edə bilər. Makgil Universitetindən olan mütəxəssislərin fikrincə, xəstələr kofeinin köməyi ilə hərəkətlərə daha yaxşı nəzarət edə bilərlər.

Qəhvənin tərkibində təkcə oksidantlar və kofein deyil, həmçinin manqan, kalium, maqnezium, B2, B3, B5 vitaminləri var. Məhsul içkinin tərkibində qalan və orqanizm tərəfindən mənimsənilən qidalandırıcı maddələrə malikdir. Qəhvə dənələri faydalı sellülozla zəngindir.

Qəhvə insan orqanizmi üçün faydalı ola bilər, lakin həddən artıq istifadə olunarsa, o zaman mənfi təsir göstərə bilər. Alimlər bu içkidən orta səviyyədə - sutkada 300 millilitrdən artıq kofeindən (3-4 fincan üyüdülmüş və ya 5 fincan həll olan) istifadə etməməyi məsləhət görürlər. Mütəxəssislər, həmçinin yüksək təzyiq, mədə və sidik kisəsi ilə bağlı problemlər zamanı bu içkidən imtina olunmasını tövsiyə edirlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2368   Tarix: 20 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021