Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin və minerallarla zəngin QİDALARVitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan Sonxeber.az-a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməsi sağlamlıq üçün faydalıdır. Tədqiqatlar nəticəsində bəlli olub ki, tərkibi antioksidant və flavonoidlərlə zəngin super qidalar ürək-damar və xərçəng xəstəliyinin qarşısını almağa, immun sistemin möhkəmləndirilməsinə, eləcə də iltihabı azaltmağa kömək edir. Həmçinin meyvə-tərəvəzin müntəzəm istehlakı həyat tərzi ilə əlaqəli olan bir çox xəstəliklərin inkişafı riskini aşağı salır. Yüksək qida dəyərinə sahib olduğundan bu tip məhsulların istehlakı üz, dırnaq və saçın sağlamlığının qorunmasında vacibdir. Super qidalar orqanizmin enerji ilə təmin olunmasında, həmçinin sağlam çəkinin qorunub saxlanmasında olduqca faydalıdır.

Mütəxəssislər ən yaxşı super qida kimi bilinən bəzi məhsulların gündəlik rasionda mövcud olmasını tövsiyə edirlər:

Yaşıl yarpaqlı tərəvəzlər. Kələm, ispanaq, brokkoli, çuğundur yarpaqları, collard yarpaqları (Brassica oleracea Viridis) və digərləri ən çox istehlak olunan super qidalardandır. Bu qidalar A, C, E, K və B qrup vitaminlərlə, eləcə də karotenoid, dəmir, maqnezium, kalium və kalsiumla zəngindir. Hətta bəzi kələm növləri (1 stəkan kələm suyu) insanın gündəlik tələbatını 680 %-ə ekvivalent olan 550 mikroqram (mkq) K vitamini ilə təmin edir. Kələm və digər yarpaqlı tərəvəzlərin tərkibində lif və su çox olduğundan qəbizlik, həzm sisteminin bir sıra problemlərindən qorunmaq üçün onların müntəzəm istehlakı vacibdir.
Giləmeyvələr. Çiyələk, böyürtkən, asai, qaragilə, quşüzümü, moruq, gilas, albalı, goji və s. ən yaxşı bilinən super qidalardır. Qaragilənin tərkibi lif, manqan və K vitamini, goji giləmeyvəsi isə flavonoid, C və E vitaminləri ilə zəngindir. Bu giləmeyvələrdən qaraciyər və böyrəklərin sağlamlığının qorunmasında, diabet və yüksək qan təzyiqinə qarşı Şərq təbabətində geniş istifadə olunur. Həmçinin flavonoidlərlə zəngin olması baxımından giləmeyvələr ürək xəstəliklərinə qarşı mübarizədə müsbət təsirə malikdir.
Üzüm. Qırmızı üzümün qabığında bol olan polifenol tərkibli resveratrol ürək-damar sağlamlığı üçün faydalıdır. Araşdırmalara görə, resveratrol diabetik nefropatiya və retinopatiyanın profilaktikası zamanı olduqca effektlidir. Resveratrol Altsheymer xəstəliyi və əhval dəyişkənliyi zamanı, eləcə də qanda qlükozanın miqdarının artmasına da müsbət təsir edir. Qeyd edək ki, üzümün tərkibində olan querçetin flavonoidi ateroskleroz riskini aşağı salan təbii antiiltihab hesab edilir.

Yumurta. Xolin, selenium, dəmir, fosfor daxil olmaqla bir çox qida maddələri, protein, A və B qrup vitaminlərlə zəngindir. Həmçinin yumurta gözün sağlamlığını qoruyan və görməni yaxşılaşdıran iki güclü antioksidant olan zeaksantin və lutein mənbəyidir. Tərkibində xolesterinin miqdarı yüksək olsa da, həftə ərzində 6-12 yumurtanın istehlakı tövsiyə edilir.

Paxlalılar. Paxla, soya, mərci, noxud, yerfıstığı və s. müxtəlif qida maddələri ilə olduqca zəngindir. Qeyd edək ki, bu qidaların müntəzəm istehlakı sağlam çəkinin qorunub saxlanmasında və doyma hissinin yaranmasında faydalıdır.

Çərəzlər və toxumlar. Badam, qoz, fındıq, pekan, makadamia və digərləri, eləcə də günəbaxan, balqabaq, çia, kətan toxumu və s. ən çox istehlak edilən super qidalardandır. Çərəz və toxumların tərkibi lif və vegetarian zülallarla olduqca zəngindir. Bu tip qidalar oksidləşdirici stresdən qoruyan antiiltihab və antioksidant xüsusiyyətə malikdir. Yüksək kaloriyə malik olsa da, çərəz və toxumlar balanslaşdırılmış pəhrizə əlavə edildikdə çəkinin itirilməsində effektivdir.

Kefir. Tərkibi insan orqanizmi üçün zəruri sayılan zülal, kalsium, kalium, B qrupu vitaminləri və probiotiklərlə zəngin olan kefir fermentativ içkidir. Kefir kimi fermentləşdirilmiş, probiotiklə zəngin digər süd məhsulları da xolesterinin miqdarının azalması, qan təzyiqinin normal saxlanması, həzm prosesinin yaxşılaşdırılması zamanı iltihab əleyhinə təsirə və digər bir sıra faydaya malikdir.
Sarımsaq manqan, C və B6 vitamini, selen və lif mənbəyidir. Xolesterini azaltmaqda, qan təzyiqini nizamlamaqda və immun sistemini möhkəmləndirməkdə çox faydalıdır.

Qızılbalıq yüksək qida dəyərinə malikdir. Tərkibi faydalı yağlar, zülallar, B vitamini, kalium və seleniumla zəngindir. Həmçinin bu balıq növü antiiltihab təsirli Omeqa 3 yağ turşularının mənbəyidir. Şəkərli diabet və ürək-damar xəstəliklərinin qarşısının alınmasında, eləcə də sağlam çəkinin qorunub saxlanmasında balığın müntəzəm istehlakı tövsiyə olunur. Faydalı xüsusiyyətlərinin olmasına baxmayaraq, digər balıq növləri kimi qızılbalıq da mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit sayılır və sanitar göstəriciləri pozulduqda insan orqanizmi üçün təhlükə mənbəyinə çevrilir.

Avokado vitamin və minerallar, lif və yağlar da daxil olmaqla bir sıra qida maddələri ilə zəngindir. Doymamış yağ ehtiva etdiyindən avokado xolesterinin səviyyəsini azaltmaqda çox faydalıdır. Həmçinin tərkibində olan oleik turşusu iltihabın azalmasına kömək edən doymamış yağdır.
Şirin kartof bir çox qida maddələri, eləcə də kalium, lif, A və C vitaminləri ilə zəngin kökümsov bitkidir. Həmçinin antioksidant növü olan karotinoidlərin mənbəyidir. Şirin dadına baxmayaraq, qanda şəkərin miqdarını yüksəltmir. Hətta 2-ci tip şəkərli diabet xəstələrində qanda şəkərin səviyyəsini normaya salır.

Sadalanan bu tip qidaları balanslaşdırılmış rasiona əlavə etməklə, sağlamlığımızı qorumuş olarıq, xüsusən də xroniki xəstəliklərin qarşısını ala bilərik.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1107   Tarix: 11 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yüksək təzyiq və şəkərli diabet göz damarlarını zədələyə bilər

"Göz damarlarında hər hansı problem yoxdursa, bu, göz sağlamlığının göstəricilərindən biri hesab oluna bilər. Lakin yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər damarların zədələnməsinə səbəb ola bilər. Bu zaman gözdə müəyyən dəyişikliklər və şikayətlər meydana çıxa bilər". xəbər veri

9 oktyabr
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

1 noyabr
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29 oktyabr
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

9 oktyabr
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml

30 oktyabr
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

2 noyabr