Məktəb ləvazimatları yarmarkasından - VİDEOREPORTAJ - QİYMƏT CƏDVƏLİ
Bakıda bir neçə metro stansiyasının çıxışında məktəb ləvazimatlarının satış yarmarkası fəaliyyətə başlayıb.
Yarmarkada qurulan çadırlarda çantadan tutmuş, su qabına qədər hər şeyi almaq mümkündür.
Eyni ləvazimatları paytaxtın müxtəlif mağaza və supermarketlərindən də əldə etmək mükündür. Bəs, hansı yerdən ləvazimatların alınması vətəndaşlara daha ucuz başa gələ bilər?
Bunu aydınlaşdırmaq üçün həm mağaza, həm də məktəb ləvazimatlarının satıldığı yarmarkada olduq. Müşahidələrimiz zamanı müəyyən etdik ki, məktəbli ləvazimatlarının qiyməti yarmarkada daha ucuzdur. Alınan ləvazimatın keyfiyyətindən asılı olaraq qiymətlər dəyişir. Yarmarkalara üz tutan vətəndaşlar da qiymətlərdən razılıqlarını bildirdilər.
Qeyd edək ki, supermarketlərin məktəbli ləvazimatlarının satıldığı bölmələrində də çeşidlər artırılıb. Oradakı qiymətlərlə yarmarkadakı qiymətlər arasında fərq nisbətən azdır. Qiymətlər arasında fərqi ortaya qoymaq üçün aşağıdakı cədvəli təqdim edirik.
Adi mağazalarda
Məktəbli yarmarkasında
Məhsulun adı
Qiyməti
(AZN)
Məhsulun adı
Qiyməti
(AZN)
Dəftər (100 vərəqli)
0.70 - 1.07
Dəftər (100 vərəqli)
0.60 - 0.80
Dəftər (60 v)
0.50
Dəftər (60 v)
0.40 - 0.60
Dəftər (48 v)
0.50
Dəftər (48 v)
0.60
Dəftər (24 v)
0.30
Dəftər (24 v)
0.30
Dəftər (12 v)
0.25
Dəftər (12 v)
0.15
Qələm
0.10 - 1.40
Qələm
0.10 - 1
Sadə karandaş
0.08 - 0.30
Sadə karandaş
0.30 - 0.50
Karandaş yonan
0.85
Karandaş yonan
0.50 - 1.50
Xətkeş
0.40 - 1.40
Xətkeş
0.50 - 2
Pozan
0.85
Pozan
0.40 - 1
Flamaster
1 - 5
Flamaster
1.50 - 3
Çanta
7 - 45
Çanta
5-35
Su qabları
2 - 2.50
Su qabları
4-12
Sulu boya
1.50 - 3
Sulu boya
2.50 - 5
Xatırladaq ki, yarmarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil edilib. Yarmarka çadırları Bakı metropoliteninin "Nərimanov", "Gənclik", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli", "Azadlıq prospekti", "Memar Əcəmi", "İnşaatçılar", "Elmlər Akademiyası", "Nizami" stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə quraşdırılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2157 Tarix: 21 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Ford"la "KAMAZ" toqquşdu - Xəsarət alan var - Video
Goranboy rayonu, Goran qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolunun 318-ci kilometrliyində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Hadisə yerinə dərhal nazirliyin Aran Regional Mərkəzini
19 dekabrBelə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd
19 dekabrKərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki
19 dekabrMeyxanaçı Kərim vəfat etdi
Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb
19 dekabrDSX-nin döyüş bayraqlarının təsvirində dəyişiklik edildi
Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsvirində dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Çevik Hərəkət Qüvvələrinin hərbi hissələrinin döyüş bayraqlarında artıq "Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri 00 saylı hərb
18 dekabrTanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Vətəninfo.az xəbərinə görə, illərdir kosmetoloq kimi çalışan, öz sahəsi üzrə "marifləndirici" məsləhətlər verən Əmirova, artıq incidiyini bildirərək daha video çəkməyəcəyini bildirib. Kosmetoloqun paylaşdığı bu "son" videoyaya isə xeyli sayda şərh gəlib. Şərhlərin əksəriyyəti tanınmı
19 dekabr"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI
Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl
19 dekabr