Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır

Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır"Azərbaycan Dəmir Yolları" QSC dəmir yollarında yeni yoldəyişənlər quraşdırır.

Sonxeber.az xəbər verir ki, hazırda yeni yoldəyişənlər Poylu və Gəncə stansiyalarında quraşdırılır. Bakı-Gəncə istiqamətində də bu yeniləşmələr uğurla həyata keçirilib.

Avqust ayının 5-dən etibarən Gəncə-Böyük Kəsik istiqamətində 156 ədəd yoldəyişən qurğunun təzələnməsinə start verilib. Əvvəlkilərdən fərqli olaraq dəmir-beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin təhlükəsizliyi və davamlılığı baxımından daha etibarlıdır. Bu günə qədər 13 ədəd yoldəyişən təzələnib və hazırda Poylu stansiyasında 4 ədəd və Gəncə stansiyasında 10 ədəd yeni qurğunun qoyuluşu həyata keçirilir. Proseslər ardıcıl şəkidə davam etdiriləcəkdir.

Yoldəyişən qurğuların yenilənməsi işlərini "Azərbaycan Dəmir Yolları" QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri icra edirlər.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Hərəkət xidməti şöbəsinin rəisi Elçin Məmmədov yeni və müasir standartlara cavab verən yeni yoldəyişən qurğular dəmir yoluna və qatarlara faydası ilə bağlı danışıb. Onun sözlərinə görə, ümumiyyətlə yol dəyişən qurğular dəmir yolunda istifadə olunan texniki qurğudur:

"Yol dəyişənin funksiyası qatarın hərəkətini istiqamətləndirməkdən ibarətdir. Yol dəyişənlər markalara bölünürlər, markaları dəyişdikcə onun texniki ölçüləri də dəyişir. Bunun üzərində hərəkət edən hərəkət vasitəsinin sürətinə də təsir etmiş olur, Poylu istiqamətində gedən yol dəyişənlər müasir tipli yoldəyişənlərdir. Sovetlər dönəmində istifadə olunan yol dəyişənlərin alt hissəsi taxta şpallardan ibarət idi. Bu gün Azərbaycanda istifadə olunan, yeni quraşdırılan yol dəyişənlər beton tirlərin üzərində yerləşdirilir. Bu, müasir standartlara uyğun yol dəyişənlərdir. Baş yollarda yerləşdirilən bu yoldəyişənlər baş yolların sürətinə birbaşa təsir göstərir. Yəni, qatarın yüksək sürətlə hərəkət etməsinə şərait yaradır".

E.Məmmədov qeyd edib ki, qatar stansiyaya daxil olanda hərəkət sürətini azaltmalıdır: "Çünki stansiyalarda hərəkət sürəti var. Mənzillərdə hərəkət sürəti ilə stansiyalarda olan hərəkət sürəti fərqlidir. Ona görə, mənzillər iki yollu və düz sahə kimi olur. Orada buraxıla bilən sürətə qədər qatar sürət yığa bilir.

Yəqin ki, saatda 100 km-ə qədər yığa bilir. Amma qatar stansiyaya yaxınlaşdıqda, stansiyanın içində və ya yolun üzərində tikili qurğular var. Burada artıq qatar sürətini azaltmaq məcburiyyətində qalır. Əgər istismara yararsız yoldəyişəndirsə, yol dəyişənin üç zonası, hissələri var. Əgər hissələrin hansısa birində çatışmazlıq olarsa, həmin yoldəyişənin üzərindən buraxılan hərəkət tərkibinin sürəti məhdudlaşdırılır".

Qeyd edək ki, yoldəyişənlər ölkəyə sifarişlə Qazaxıstan və Rusiyadan gətirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 693   Tarix: 21 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda bu məşhur zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr

26 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Yeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

26 aprel
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel