Səhiyyə Nazirliyindən mikroavtobusun aşması ilə bağlı - Açıqlama
İki yaralının vəziyyəti orta-ağırdır
Səhiyyə Nazirliyi Yevlaxdan Bakıya gələn "Mercedes" markalı mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanlarla bağlı açıqlama yayıb.
Sonxeber.az nazirliyə istinadən xəbər verir ki, Hacıqabulda baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar Şirvan xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib:
Müraciət edən şəxslərdən 5 nəfəri qadın (62, 52, 36, 20, 17 yaşlı) , 3-ü isə kişidir (43, 47 və 14 yaşlı) . Yaralılardan 6-ın xəsarətləri yüngül olduğundan gün ərzində ambulator müalicəyə buraxılacaqları gözlənilir. Digər iki nəfərin 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam edir.
Hər ikisinin vəziyyətləri orta-ağır stabil qiymətləndirilir.
Qeyd edək ki, Hacıqabul rayonunun Muğan qəsəbəsində mikroavtobus qəzaya uğrayıb.
Mil-Muğan qəsəbəsində "Mercedes" markalı mikroavtobusun aşması nəticəsində 10-dan çox adam xəsarət alıb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 827 Tarix: 23 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto
Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv
26 aprel11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü
Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi
26 aprelSağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?
TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı
26 aprelDİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə
25 aprel