"Qadınlardan Aygün, kişilərdən Zamiq "Nömrə 1"dir" - QALMAQALLI AÇIQLAMA
Müğənni Xatun Əliyeva şou-biznesdə "Nömrə 1" hesab etdiyi müğənnilərin adını açıqlayıb.
Sonxeber.az məlumat verir ki, İfaçı bu barədə Lent.az -ın canlı yayımında danışıb: "Mənim üçün şou-biznesdə qadınlardan "Nömrə 1" xalq artisti Aygün Kazımovadır. O, divadır. Onun konsertinə baxanda gözlərim dolub. Bu gün "Nömrə 1" tək Aygün xanımdır. Ona çatan 2-ci bir insan yoxdur. Mən çata bilməmişəm. Şou-biznesə gənclər gəldi, soyundular, nələrsə eləməyə çalışdılar, amma yenə də alınmadı. Aygün xanımın son konsertləri, bədən quruluşu mənə stimul verir. Məndə özünə güvən yaradır, düşünürəm ki, 50 yaşımda elə ola bilərəm. Fikir verirsinizsə, Aygün xanımda son 3 ilin ərzində çevriliş oldu.
Bəylərdən isə Zamiq Hüseynovun adın çəkə bilərəm. Mənim üçün kişilərdən "Nömrə 1" odur. Onun geyim tərzi, seçimləri, mahnıları da yaxşıdır. İlk ağlıma o gəldisə, demək ki, o, "Nömrə 1"dir. Aygün Kazımovanı isə artıq heç kim müzakirə edə bilməz. Çünki artıq o etapı keçib".
Xatun onu da bildirib ki, şou-biznesdə özünə ulduz deyən bir çoxlarının artıq ulduzu sönüb: "Şou-biznesdə elə müğənnilər var ki, ətrafları onları ulduz kimi təqdim edir. Amma elə deyillər. Mən onu ulduz görmürəm. Son günlər ürəyə toxunan mahnılar da görmürəm. Məsələn, mən Sevda Ələkbərzadəyə, Aygün xanıma qulaq asıram. Hamının qulaq asdığı mahnıları mən dinləyə bilmərəm. Bəzi müğənnilər var ki, müəyyən məşhurluğu əldə ediblər, o yerdən enməyə qorxurlar. Mən elə müğənniyəm ki, o səviyyəmi qoruyub saxlaya bilmişəm. Mən görürəm kİ, bəzi müğənnilər bir vaxtlar sevilirdi, amma indi onlara reaksiya verən yoxdur. Pərt olmaqları efirdən və İnstaqramdan bilinir. Üzümüzdən iraq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Uşaq Avroviziyası"nda Azərbaycan özünə səs verə biləcək
2025-ci il "Uşaq Avroviziyası" Mahnı Müsabiqəsinin onlayn səsverməsi dekabrın 13-də rəsmi olaraq start götürür. Qaynarinfo xəbər verir ki, bu müsabiqədə tamaşaçılar öz ölkəsinə də səs verə biləcək. Bununla yanaşı, bütün dünya ölkələrinin nümayəndələri heç bir məhdudiyyət olmadan səsverməy
12 dekabrMəşhur aktyor "Veliaht"da
Sonuncu dəfə "Ateş kuşları" serialında rol alan aktyor Sayqın Soysalın yeni işi bəlli olub. Axşam.az xəbər verir ki, o, "Veliaht" serialında rol alacaq. Aktyor layihədə "Korkut Karadeniz" obrazını canlandıracaq. Qeyd edək ki, serialın baş rollarını Ercan Kesal, Akın Akınözü
18 dekabr"Səkkiz" serialının qala gecəsi keçiriləcək!
Azərbaycanda kino ictimaiyyətinin diqqətini cəlb edəcək qanlı və sarsıdıcı filmin qala gecəsi baş tutacaq. məlumat verir ki, Quruluşçu rejisorunun Hikmət Rəhimov olduğu - məktəbli qızının intiharından sonra həyat ruhunu tamamilə itirən bir atanın qanla yazılan qisas hekayəsindən bəhs edən "Səkkiz"
19 dekabr"Qurban Qurbanovun toyunu mən aparmışam, incimişəm ondan"
"Qurban Qurbanovdan incimişəm. Bu incikliyimi Musa Qurbanova da demişəm". Axşam.az xəbər verir ki, bunu "Futbolinfo"ya müsahibəsində Xalq artisti Ağadadaş Ağayev deyib. O bildirib ki, Q.Qurbanovun Zaqatalada toyunu da aparıb:. - Sonra Allah nəsib edib, Qurbanın vida matçında da mə
13 dekabr"Survivor 2026" iştirakçıları bəlli oldu - FOTO
"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi iştirakçıların adları bəlli olub. xəbər verir ki, bu barədə Acun Ilıcalı son paylaşımında qeyd edib. Könüllülər komandasında iştirak edən kişi iştirakçılar Engincan Tura, Eren Semerci, Erkan Bilben, Onur Alp Çam, Ramazan Sarıdır
14 dekabrVerilişə oğlu ilə gəlib gizlətdi - aparıcı Zaur İFŞA ETDİ - VİDEO
Zaur Kamalın aparıcılıq etdiyi verilişdə maraqlı anlar yaşanıb. xəbər verir ki, proqrama oğlu ilə birlikdə qatılan müğənni Rahidə Baxışova aparıcının gözlənilməz açıqlaması ilə diqqət mərkəzinə düşüb. Zaur Kamal efirdə bildirib ki, sənətçinin oğlunu uşaq yaşlarından tanıyır və onu əvvəllər də gördüyün
15 dekabr"Artıq hər şeyin gözəl olmasına çalışmıram"
Aparıcı Xoşqədəm Hidayətqızı bir müddət əvvəl vəfat edən valideynləri ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, valideynləri üçün darıxdığını, həftəsonu daha çox əziyyət çəkdiyini bildirib:. "Hər həftəsonu gələndə ürəyim atlanır. Elə bilirəm ki, yenə hər zaman olduğu kimi bütün övladlarını
13 dekabr