Sağ ikən "öldürülən" MƏŞHURLARIMIZIN SİYAHISI — Xəbərdən 4 gün sonra ÖLƏN DƏ VAR

Sağ ikən "öldürülən" MƏŞHURLARIMIZIN SİYAHISI — Xəbərdən 4 gün sonra ÖLƏN DƏ VARAra-sıra mətbuat məşhur simaların ölüm xəbəri ilə çalxalanır. Adi şayiə böyük səs-küyə səbəb olaraq, "ölən" insanın yaxınları, sevənləri üçün böyük bir narahatlığa səbəb olur. Bəzən isə mətbuat məsələnin əslin öyrənmədən, "qara xəbəri" manşetlə tirajlayaraq, daha ciddi fəsadlara yol da aça bilir. Eynən, bu gün Xalq artisti, cazmen Cavan Zeynallının yayılan ölüm xəbəri kimi...

Səhər gözümüzü açar-açmaz bu ölüm xəbərini eşidib, məyus olduq. Hətta Zeynallının pərəstişkarları, onun sosial şəbəkə hesablarına başsağlığı şərhləri yazmağa başlayıb. Bir sıra məşhur insanlar isə cazmenin fotosunu paylaşaraq ona, Allahdan rəhmət belə diləyiblər.

Sonradan Cavan Zeynallı "dirilərək" sağ olduğunu, səhhətində isə heç bir problem olmadığını açıqlayıb.

Sözsüz ki, bu cür xəbərlərin yayılması nə ilkdir, nə də son olacaq.

Bəzi sənətçilərin dəfələrlə ölüm xəbəri yayılıb, sonradan onlar da "dirilib". Bəzilərinə isə sanki insanların istəyi ilə ölüm tələsərək, əbədiyyata qovuşdurub.

"Ölkə.Az" olaraq, bu məşhurların siyahısını təqdim edirik.

2017-ci ilin avqust ayında sosial şəbəkələrdə müğənni Nazim Pişyarinin dostları onun ölüm xəbərini yaymışdı. Sonradan bu xəbərin şayiə olduğu məlum olmuşdu.

Qeyd edək ki, həmin ərəfədə müğənni ağır xəstəlikdən əziyyət çəkirdi.

Məşhur reper Anar Nağılbazın hələ sağ ikən bir neçə dəfə ölüm xəbəri yayılıb. Sonradan bu xəbərlər təsdiqini tapmasa da, o, 4 avqust 2018-ci ildə həyatla əbədi olaraq vidalaşıb.

Ekstravaqant müğənni Samir Bağırov da tez-tez ölüm xəbəri yayılan məşhurlardandır. Buna səbəb isə onun uzun illərdir səhnədən uzaq qalması, insanlarla ünsiyyətdən qaçdığı göstərilə bilər.

2018-ci ilin aprel ayında sosial şəbəkələr Xalq artisti Könül Xasıyevanın ölüm xəbəri ilə çalxalandı. O zamanlar sənətçi uzun müddət idi ki, sağlamlığında problemlər yaşayırdı. Daha sonra isə xalq artistinin özünün yox, xalasının vəfat etdiyi məlum olmuşdu.

2018-ci ilin iyun ayında sosial şəbəkələrdə Almaniyada müalicəyə yollanmış aparıcı Hacı Nuranın ölüm xəbəri yayılmışdı. Qeyd edək ki, teleaparıcı uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir.

Əməkdar artist, "Bu şəhərdə" komandasının üzvü Coşqun Rəhimov da "ölüb –dirilən" məşhurlardandır. 2017-ci ilin noyabr ayında sosial şəbəkələrdə onun öldüyü bildirilmişdi.

2017-ci il aprel ayında meyxanaçı Kərimin xəstəxanada ağır vəziyyətdə olması, onun ölüm xəbərinin yayılmasına səbəb olmuşdu. Qeyd edək ki, sənətçi beyninə qan sızması nəticəsində komaya düşmüşdü.

2016-cı ilin oktyabr ayında əməkdar artist Kübra Əliyevanın ölüm xəbəri yayılmışdı.

Xalq şairi Musa Yaqubun 2019 cu il iyulun 4-də vəfat etməsi ilə bağlı həm sosial şəbəkələrdə, həm də bir sıra mətbuat orqanlarında məlumat yayılıb. Şairin yaxın dostu, həmkarı Sabir Rüstəmxanlı məlumatı təkzib edərək bildirib ki, xəbərlər həqiqəti əks etdirmir.

2010 – cu ildə reper Hüseyn Dərya hələ sağ ikən "öldürülən" məşhurların qoşulmuşdu. Xəbəri reperin özü "Hələ, sağam" sözləri ilə təkzib etmişdi. Uzun müddət narkotikdən istifadə etməsi, bu şayiənin yayımasına şərait yaratmışdı

Qeyd edək ki, Hüseyn 2014-cü il mart ayınınn 15-də avto qəzaya düşərək həlak olub.

2015-ci ilin sentyabr ayında sosial şəbəkələrdə xalq artisti, kaman ustası Habil Əliyev dünyasını dəyişməsilə bağlı məlumatlar yayılıb. Sənətçinin ürək çatışmamazlığından əziyyət çəkməsi və bu səbəbdən də komaya düşməsi bu xəbərin yayılmasına səbəb olmuşdu. Qeyd edək ki, Habil Əliyev xəbərin yayılmasından 4 gün sonra, 8 sentyabrda vəfat edib.

Xalq artisti, mərhum sənətkar Yaşar Nurinin haqqında nə az, nə çox düz 4 dəfə ölüm xəbəri yayılmışdı. O zamanlar qaraciyər serrozundan əziyyət çəkən aktyor həyatının 4 ilini xəstəxanada keçirmişdi. Bu vəziyyətdə hər dəfə onun ölüm xəbərinin yayılmasına gətirib çıxarırdı. 2012-ci il 22 noyabrda Yaşar Nurinin yayılan ölüm xəbərinin doğruluğu isə, uzun müddət sevənlərini məyus edir.

2017-ci ilin noyabr ayında sosial şəbəkələrdə müğənni Əli Mirəliyevin ölüm xəbəri yayılır. Sənətçi özü bu haqda belə deyir:

"Deyirlər ki, rəhmətə getmişəm. Bəzi saytlar pul qazanmaq üçün ayda 1 dəfə məni öldürür. Mən öyrəncəliyəm onların işinə, gah deyirlər öldü, gah deyirlər maşın vurdu. Ömrü verən və alan Allahdır. Özü bilən məsləhətdir. Atamın yanında qəbrimi qazıblar, hazır qoymuşam. Demişəm ki, xərcə düşməsinlər. Əzrail gələndə sorğu-sualsız aparır. Qorxuram ki, bir gün öləndə heç kim inanmaya".

Müğənni, əməkdar artist Baloğlan Əşrəfov da bir dəfə "ölüb- dirilənlərdəndir".

O zamanlar saytlarından biri onun ölüm xəbərini yaysa da, sonradan məlumatı təkzib etmişdi.

Müğənni açıqlamasında, bu xəbəri yayanları qınamışdı.

"Belə olmaz axı! Başı batsın o xəbəri yazanın. Bu insan kimdirsə düşmənçiliklə yayır bu xəbəri. Təxribatdır mənə qarşı. Başqa nə ola bilər ki? Əzizlərim, doğmalarım eşidib narahat olurlar".

Gəlin, əsası olmadan insanları təşvişə salmayaq. Onsuz bir gün yaranan, bir gün gedəcək. Ölümü tələsdirməyin....


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1250   Tarix: 04 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xalq artisti Zülfiyyə Xanbabayevanın həyat yoldaşı BU VƏZİFƏLİ ŞƏXS İMİŞ - GÖRÜN KİMDİR - FOTO

ölkə.az-a istinadən həyat yoldaşları vəzifəli şəxslər olan məşhurları təqdim edir. Xalq artisti Zeynəb Xanlarova əslən Füzuli rayonundan olan mərhum Səlim Babayevlə evli olub. Səlim Abbas oğlu Babayev 1990-cı illərin əvvəllərində Bakı dondurma fabrikinin direktoru işləyib. Bir zamanlar AzTv-də dikto

5 may
.

Mələkxanım Eyubovanın yeni DƏBDƏBƏLİ VİLLASI - VİDEO

Xalq artisti Mələkxanım Eyubova dəbdəbəli villasını efirdə nümayiş etdirib. axşam.az-a istinadən bildirir ki, sənətçinin Şağanda yerləşən yeni evində "Evdəkilərə salam" proqramı çəkiliş edib. Həmin görüntüləri təqdim edirik:

28 aprel
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

2 may
.

"Qızlarıma cehiz vermək üçün bağımı satdım" -Əməkdar artist

Əməkdar artist Qorxmaz Əlili bağını satma səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, aktyor "Elgizlə izlə" verilişində qızlarına cehiz almaq üçün bunu etdiyini deyib:. "Bağım var idi. Qızlarımı köçürəndə onlar üçün cehiz almaq lazım idi. Məcburiyyətdən o bağı satdım. Dörd nəfərik, ind

23 aprel
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağınız var

28 aprel
.

Xoşqədəmdən evliliyinin yalan olduğunu deyənlərə cavab

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evliliyini saxta adlandıranlara cavab verib. Axşam.az xəbər verir ki, bu haqda o, proqramında danışıb. Xoşqədəm aparıcı Sərxan Kərəmoğlunun "Rusiyada mənə sual verirdilər ki, onlar doğrudan evlidirlər" sözlərinə belə reaksiya verib:. "Evliliyi

4 may
.

Hamını aldadıblarmış…

Müğənni Təranə Qumralın qızı Qumral anasının yalan danışdığını etiraf edib. OLAY yazır ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. Qumral bildirib ki, anası 4-cü övladını dünyaya gətirməyib və "Rəngarəng səhər" verilişində edilənlər sadəcə şou imiş. O, "Bizim ideyamı

3 may
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

25 aprel
.

Elgiz bu filmdən 20 min qazanıb

"Mən serialın bir bölümü üçün 20 min manat istəyirəm. Kim zəng edirsə, bu qiyməti deyirəm". Ölkə.Az axşam.az-a istinadən xəbər verir ki, bunu aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. O, rol aldığı "Elçilik" filmindən də 20 min manat qazandığını bildirib:. "2

30 aprel