"O mənə görə maşınını satıb müalicəyə göndərdi" - xərçənglə mübarizə aparan Zülfiyyədən heç yerdə eşitmədiyiniz ETİRAFLAR

"O mənə görə maşınını satıb müalicəyə göndərdi" - xərçənglə mübarizə aparan Zülfiyyədən heç yerdə eşitmədiyiniz ETİRAFLARSonxeber.az -ın növbəti müsahibi ağır xəstəliyə qalib gələn tanınmış aparıcı, hüquqşünas Zülfiyyə Bayramovadır.

"Ölümdən heç vaxt qorxmadım" cümləsi ilə müsahibəyə başlayan aparıcı xəstəliklə sözün həqiqi mənasında var qüvvəsi ilə mübarizə aparıb.

Zülfiyyə Bayramova ilə səmimi müsahibəni sizə təqdim edirik:

-Xoş gördük Zülfiyyə xanım, özünüzü necə hiss edirsiniz?

- Mən indi də, əvvəl də həmişə özümü yaxşı hiss eləmişəm.

- "İnsanların hüquqlarını müdafiə etməkdən zövq alıram" demisiniz. Bu dönəmdə xəstəlikdən necə özünüzü müdafiə edə bildinizmi? Sizi qalib hesab etmək olarmı?

-Bəli, mən qalibəm. Bu xəstəliyi xəstəlik saymayaraq, məni sevən insanların ətrafımda olması ilə özümü müdafiə etdim. Hüquqlarını müdafiə etdiyim və etmədiyim insanların duaları ilə özümü müdafiə etdim.
- Özünüzün qeyd etdiyiniz kimi 9 aylıq müddətində "Kanser" adlı bir gəmidə yolçuluğa çıxmışdınız. Bu gəmidə 4 aylıq körpədən tutmuş 83 yaşlı nənəyə qədər hamı var idi. Burada hər kəs öz dərdini müqayisə edir, dərdləşir, sanki bununla özlərinə ümid-təsəlli tapırdırlar. Bu müqayisəni siz necə apardınız, nə ilə təskinlik tapdınız?

- Demək olar ki, o gəmidə kapitan mən idim. Özümdən çox o insanları düşünürdüm. Xəstə körpəni görüb, ona baxanda düşünürdüm ki, mən həyatımı yaşamışam, amma o körpə həyatını yaşamayıb. 83 yaşlı qadının həyatdan tutunduğun görüb, fikirləşirdim ki, İlahi bu yaşda əgər bu qadın həyatı bu qədər sevirsə mən niyə sevməyim? Xəstəliyə qədər sosial şəbəkədə elə də fəal deyildim. Arada - bir girib baxırdım və tez də çıxırdım. Xəstəlikdən sonra fəal olmağa başladım. Çünki, çox vaxtı Azərbaycanda qadınlar saç töküləndə kompleksə düşürdülər. Mən saçsız vəziyyətdə ilk fotesessiya etdirdim. Əslində saç hər şey deyil. Qadın saçsız belə özünə baxarsa hər zaman gözəldi. Kapitanlıq edərək ilk bunu göstərdim. Bundan sonra xərçəng xəstəliyinin ölüm olmadığını, mübarizə aparmaq lazım olduğunu göstərdim. Bizə ömür verən Allahdır. Allah mənə 45 il ömür yazıbsa mən xəstə olmasam da nəsə bir hadisə baş verəcək və mən öləcəm. Bunu anladım, bunu dərk elədim. Ona görə də heç vaxt ölümdən qorxmadım....
-Kimlərisə yönləndirmək, düşüncədə inandırmaq böyük bir işdir. Belə bir vəziyyətlə bu missiya sizə yük yaratmadımı?

-Əksinə, inanırsız hansısa xəstə mənə səni görmək istəyirəm yazanda mən onun görüşünə sevinərək gedirdim. Hesab edirəm ki, mən ona az da olsa mənəvi dəstək ola biləcəm. Görüşüb ayrılarkən isə onların üzlərində təbəssüm olurdu. O təbəssüm məni xoşbəxt edirdi. Bu günədək xərçəng adı gələndə hamı bunu ölüm kimi qəbul edirdi, amma indi bu xəstəliyin adı gələndə insanlar düşünür ki, Zulfiyyə ölmədi, demək ki, bizə də heç nə ola bilməyəcək. Mübarizə aparmaq lazımdır.
- Həkimlə söhbətə gedərkən həkiminizdən xahiş etmisiniz ki, xəstəliklə bağlı sizdən heç nəyi gizləməsin, açıq danışsın.

-İnsan düşmənini tanıyanda daha güclü olur, amma əks halda zəif. Çünki, ona dəyəcək zərbənin hardan gələcəyini bilmir. Amma düşmənini tanıyanda daha güclü olur. Bütün gücünü onun üzərinə cəmləyə, ona istədiyi zərbəni vura bilir. Xəstəliyi gizləmək azərbaycanlılara xas bir xüsusiyyətdir. Lakin, bu mənə xas olan bir xüsusiyyət deyil. Mən təmamən başqa cür düşünürdüm. Məni bu xəstəlik yox, şübhə öldürə bilərdi. Kimsə nəsə pıçıldayardı və mən düşünərdim ki, görəsən məndə nə baş verir? Bu məni məhv eliyə bilərdi. Mən öz gücümə bələd idim və bilirdim ki, xəstəliyin üzərinə getsəm, ona qalib gələ bilərəm. Ona görə həkimə dedim ki, mənə düşmənimi göstər.

- Müsahibələrinizin birində demisiniz ki, həyat yoldaşınız İlqarın "ağıllı taktikləri" məni onu sevməyə vadar etdi…Bəs o sizə xəstəlik dövründə necə dəstək oldu?

- İlqar ağıllı və savadlıdır. Bu da məni onu sevməyə vadar etdi. O, həmişə mənim yanımda oldu. Bunu mən tamaşaçılarımla da paylaşdım. Ona görə paylaşdım ki, insanların yanında olan yoldaşları da məhz bundan nümunə götürsünlər, onlar da darda olan yoldaşlarına dəstək olsunlar. İlqar mənə hər məqamda dəstək oldu. Məni büdrəməyə, pis olmağa, ağlamağa qoymadı (Düzdür, ağlamaq içimdən heç gəlmədi də...) Amma, onun o gülən üzünə, hər şey yaxşı olacaq deyən inamlı baxışına baxanda düşündüm ki, niyə də yaxşı olmasın hər şey?
- Yolunuz necə oldu ki, televiziyadan düşdü?

- Universiteti bitirən kimi ilk təyinatım elə məhz televiziyaya olub. 2009-cu ildən ANS-ə dəvət almışam. Elə həmin vaxtdan bu günədək televiziyadayam. Verilişlərimin əksəriyyəti hüquqi sahədə olub. ANS-də "Hökm" verlişi ilə fəaliyyətə başladım. Daha sonra ATV-yə gələndə İlqarla bərabər səhər verilişini apardıq. Sonradan gördüm ki, şou mənlilk deyil. Yenidən öz profilimə qayıtdım və artıq 5- ci ildir ki, "Qanunla Biz" verilişini aparıram.

-Hazırda müalicə və müayinə necə gedir?

- Müalicələr artıq bitib. Sadəcə 3 aydan bir müayinələrdən keçirəm. Sükür, müayinələrimin də nəticəsi yaxşıdır. Sentyabrın 20- si bir daha müayinədən keçəcəm. Keçid dönəm iki il müddətindədir. Yəni ki, bu vaxt ərzində qayıtmazsa artıq təhlükə sovuşmuş olacaq deməkdir. Mənə elə gəlir ki, növbəti ildə də pis heç nə olmayacaq. Xəstəliyimin mualicəsi ilə bağlı mən Milli Onkologiya Mərkəzinə, cərrahım Rasim Abdullayevə, Allahıma və izləyicilərimə təşəkkür edirəm. Onlar bu xəstəliyin öhdəsindən gəldi və mən deyə bilərəm ki, bu gün tam sağlamam.

-Bizim həkimlərə insanların hardasa şübhəsi var. Məhz bu səbəbdən onların əksəriyyəti müalicə üçün xaricə üz tuturlar. Siz onlara örnək ola bildinizmi?

-Mən İstanbulda müayinələrə getdim. Müalicələrim isə Milli Onkologiya Mərkəzində oldu. Bəli,mənim də şübhələrim var idi. Rasim Abdullayevə qədər Mili Onkologiyaya gedib bir neçə həkimin qəbulunda oldum və düzü özümü etibar etmədim. Belə deyək, təsadüfi həkimlər var. Hansıkı insanlar həmin həkimlərin əlinə düşərlərsə pis nəticə görürlər və artıq düşünürlər ki, Azərbaycan Səhiyyəsi belədir. Əslində bir az da araşdırıb daha savadlı həkimlərə müraciət edərlərsə belə olmadığını özləri də görərlər. Həkimim Rasim Abdullayev məndə elə bir əməliyyat aparmışdı ki, Türkiyədə həkimlər baxıb mənə dedilər ki, səndə "10 numaralıq" bir əməliyyat olub. Mili Onkologiya ilə İstanbulun muayinələri üst-üstə düşdü.

- Ümumiyyətlə bu xəstəliyə düçar olmanızı "sınaq" hesab etmək olarmı?

- Bəli, bu sınaq idi. Bu sınaqda Allahıma sığındım. Ona qarşı çıxmadım, gözyaşı tökmədim. Ona görə Allah da məni mükafatlandırdı. Allah səbr edən bəndəsini mütləq mükafatlandırır. Sadəcə bunun üçün gərək şükür edib, səbrlə gözləyəsən. Mən hətta, xəstəliyimin nə olduğunu eşidəndə əllərimi açıb Allaha şükür eləmişdim. Mənim bu reaksiyamı həkimlər təəccüblə qarşılamışdılar. Mən hər gün yuxudan oyananda deyirəm ki, İlahi, məni balalarımla imtahana çəkmə. Ona görə şükür eləmişdim ki, məhz o məqamda Allah məni balalarımla deyil, özümlə sınağa çəkdi.
-Digər xəstələrə nə arzu edərsiniz?
- Arzu edirəm ki, hər bir xəstə ən birinci Allaha sığınsın, düzgün həkim seçsin və qətiyyən həyatda neqativə yüklənməsin. Ölümdən qorxmasınlar, sağlamlıqları üçün mübarizə aparsınlar.
- Bu qalibiyyətdə sizə dəstək ən çox kimdən gəldi? Həkimlərdən, özünüzdən yoxsa yoldaşınızdan?
-Əlbəttə ki, hər birindən oldu. Amma, ən güclü dəstək tamaşaçılarımdan gəldi. Həkimlər mənə immunitetə görə tez yatmağı tövsiyyə edirdi. Mən gecəni tez yatırdim və səhər tezdən qalxıb gecədən gəlmiş sms- ləri oxuyurdum. Bu, həmin günümü bu o qədər xöşbəxt edirdi ki... İnsanları tanımağa Allah mənə şans verdi. Bəzən Allah sevdiyi bəndələrini ətrafında olan yalançı insanlardan ayırmaq üçün sınaq göndərir. Bununla göstərir ki, ətrafındakı insanlar əslində sənə layiq olanlar deyil. Mən ətrafımda elə dostlarımı gördüm ki, o dostlar bir an belə yanımdan çəkilmədilər. Elə insanlar da vardı ki, aramızda sadəcə salam var idi. Məsələn Həkimsən verlişinin aparıcısı İlhamə Bədəlova əvvələr salam verib keçirdi. Ancaq xəstəliyim dövründə o mənə çox yaxından dəstək oldu. Mənə təəccüblü gəldi ki, İlahi, mən bu qızın bu qədər gözəl ürəyinin olduğunu niyə bu günədək bilməmişəm? Köhnə dostumuz Asif Bağırov özünə aid ən əziz maşınını mənim üçün satdı ki, mən xaricə müalicəyə gedə bilim. Düzdür qəbul etmək istəmədim. Amma o, bu fədakarlığı mənim üçün elədi. Bir dəfə Afaq Gəncəli dəhlizdə başımı keçəl gördü və səhəri "səni belə görmək istəmirəm" deyərək mənə təbii tüklərdən hazırlanmış parik hədiyyə gətirdi. Adlarını çəkə bilmədiyim çox insanlar ki, belə davranışlar nümayiş etdirdilər. Elə insanlar da oldu ki, hansı ki efir üçün mənə zəng vururdular, mən xəstələnəndə heç biri maraqlanmadı ki, "Ay bacı, sənə nə olub?

-Sizi həyatda tamamlayan cümlə nədir?
- Mən xoşbəxtəm!

-Səmimi və geniş müsahibə üçün təşəkkür edirik!
- Mən də sizə təşəkkür edib və bütün izləyicilərinizə sağlıq dolu günlər arzu edirəm!

Şəlalə Babayeva
"O mənə görə maşınını satıb müalicəyə göndərdi" - xərçənglə mübarizə aparan Zülfiyyədən heç yerdə eşitmədiyiniz ETİRAFLAR"O mənə görə maşınını satıb müalicəyə göndərdi" - xərçənglə mübarizə aparan Zülfiyyədən heç yerdə eşitmədiyiniz ETİRAFLAR"O mənə görə maşınını satıb müalicəyə göndərdi" - xərçənglə mübarizə aparan Zülfiyyədən heç yerdə eşitmədiyiniz ETİRAFLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3888   Tarix: 06 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb" - Əhməd İsmayılov

"Praktik əhəmiyyət daşıyan dövlət-media dialoqunun yaradılması eyni zamanda cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb". "Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "İctimai proseslər media müstəvisində" mövzusund

3 may
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-i axşam bəzi yerlərd

3 may
.

Bu halda torpaqlara "kupça" verilməyəcək - RƏSMİ

2024-cü ilin yanvar-mart ayları ərzində daşınmaz əmlak üzərində 88.013 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat daxil olub. Bildirilir ki, bu göstəricinin 13.540-ı (15,3%) ilkin, 74.473-ü isə (84,7%) isə təkrar qeydiyyatı

3 may
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

3 may
.

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Ali Hərbi Məktəbin sabiq rəisi, general-mayor İlqar Məmmədov yenidən vəzifəyə gətirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, İ.Məmmədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun hərbi məsələlər üzrə müşaviri təyin edilib. Qeyd edək ki, İ.Məmmədov ötən ilin sentyabr ayınd

3 may
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

4 may
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

3 may
.

Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər

Böyük qayıdışın növbəti ünvanı Laçın rayonunun Sus kəndi oldu. May ayının ikinci həftəsindən artıq Sus kəndi öz sakinlərinə qucaq açacaq. 59 fərdi yaşayış evi 20 ailəni qarşılamağa hazırdır. Məhz AzTV Xəbər komandası Laçın rayonunun Sus kəndindən eksklüziv kadrları təqdim edib. Keçiddə bu barədə dah

3 may
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

3 may