Bakıda kriminal avtoriteti öldürənlər məhkəmə qarşısına ÇIXARILIR

Bakıda kriminal avtoriteti öldürənlər məhkəmə qarşısına ÇIXARILIRBinəqədi rayonunda Mübariz Budaqlının odlu silahdan açılan atəşlə qətlə yetirilməsi ilə bağlı istintaq davam edir.

Sonxeber.az musavat-a istinadən xəbər verir ki, bu il iyunun ilk günlərində baş verən qanlı olay geniş rezonans doğurub. İlk günlər Mübariz Budaqlının kriminal avtoritet olması xəbərləri yayılsa da, sonradan onun kriminaldan uzaq biri olduğu üzə çıxıb. Bununla da Rəsulzadə qəsəbəsində avtomobildə güllələnən Mübariz Budaqlının qətlinin kriminal dairələr arasındakı münaqişənin təzahürü ola biləcəyi ehtimalı aradan qalxıb. Bilinib ki, odlu silahdan açılan atəşlə öldürülən Mübariz Budaqlı məşhur riyaziyyatçının oğludur. Ziyalı ailəsində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. Bundan sonra özəl sektora üz tutub. Sonradan işləri alınmayıb, şərikləri ilə arasında anlaşılmazlıq yaranıb, barəsində dələduzluq maddəsi ilə axtarış başlanıb. Elə adının kriminala bağlanması da barəsində axtarış işi ilə əlaqəli olub.

Mübariz Budaqlı barəsindəki iş haqda xaricdə olarkən xəbər tutub. Bilib ki, onu hətta İnterpol xətti ilə axtarışa veriblər. Bakıya qayıdaraq məsələnin araşdırılması üçün istintaqla əməkdaşlıq edib. Bu da sonradan cinayət işinin rayon məhkəməsində baxılmasına yol açıb. Barəsində yol verdiyi xətalara görə yüngül cəza kəsilib.

Odlu silahla öldürülməsini də başqa bir anlaşılmazlığın nəticəsi kimi də qəbul etmək olar.

Yaxınları deyir ki, Mübariz Budaqlı dost dediyi şəxslərin qurduğu oyunlara qurban gedib. Ona Rusiyadan zəng edən dostlarından biri Tərtərdən olan və Bakıda yaşayan tanışları ilə barışmaq istədiyini bildirib. Mübariz Budaqlıdan xahiş edib ki, onları barışdırsın. Mübariz Budaqlı da tərəfləri barışdırmaq üçün gələcək qatili Taleh Cəlalovu arayıb.

Onu barış üçün Taleh Cəlalovun qapısına göndərən dostunun ikili oyun oynamasından məlumatsız olub. Belə ki, Mübariz Budaqlıya "bizi barışdır" deyən dostu Taleh Cəlalova "adam göndərirəm, gəlib sənin dərsini verəcək" deyibmiş. Mübariz Budaqlı məsələdən bixəbər olduğuna görə rahat şəkildə Taleh Cəlalovun qapısına gedib, o, evdə olmadığından geri qayıdıb. Mübariz Budaqlı ilə Taleh Cəlalovun qohumluq əlaqələri də var. Mübariz Budaqlı Taleh Cəlalovun qapısından geri qayıdanda ona zəng gəlib, yerini xəbər alıblar. Binəqədi ərazisində olduğunu deyən Mübariz Budaqlı ünvanına ağır söyüşlər eşidib.

Qarşılıqlı söyüşmə olub. Bundan sonrası isə kriminal süjetli filmi xatırladır. Mübariz Budaqlının olduğu avtomobili Binəqədi rayonu ərazində təqib ediblər. İlkin məlumatlarda 1 avtomobildən söhbət getdiyi bildirilirdi. Belə xəbərlər var ki, Mübariz Budaqlının olduğu maşını təqib edən 1 yox, 3 avtomobil olub. Təqib edən "BMW"dən Mübariz Budaqlının olduğu "Mercedes"ə atəş açılıb. Sürücünün yanında oturan şəxs güllə yarasından ölüb, sürücü canını qurtarıb. Sonrakı araşdırmalar zamanı məlum olub ki, təqibçilərin sürücünü öldürmək niyyətləri olmayıb. Faktla bağlı ilkin olaraq Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb. İstintaqın qənaətinə görə, hadisə baş verən gün Tərtər rayon sakini Vüsal Hüseynovun idarə etdiyi "BMW-745" markalı avtomobillə Bakı sakini Nazim Qədirovun idarə etdiyi "Mercedes" markalı avtomobil təqib edilib. Bu zaman həmin avtomobilin sərnişini - Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Cəlalov odlu silahdan digər nəqliyyat vasitəsi istiqamətində atəş açıb. Olay zamanı əvvəllər məhkum olunmuş Mübariz Budaqlı qətlə yetirilib. Cinayəti törədən Taleh Cəlalov və Vüsal Hüseynov tutulublar. T.Cəlalovdan lüləsi kəsilmiş "İJ-16" markalı tüfəng götürülüb.

Belə iddialar da var ki, Mübariz Budaqlı ilə T.Cəlalov arasında uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Belə ki, M.Budaqlı və digər 2 nəfər T.Cəlalovun bir ailə üzvü haqda şayiələr yayıb. Söz-söhbətləri eşidən T.Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Hadisə baş verən gün isə T.Cəlalov M. Budaqli ilə avtomobil təmiri sexində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisəni törədib.

Mərhumun ailəsinin vəkili Ceyhun Yusifov deyir ki, Mübariz Budaqlının qətlində iştirak edən şəxslərin tam dairəsi müəyyən edilməyib. Bu səbəbdən istintaqın gedişatı Mübariz Budaqlının yaxınlarını qane etmir.

Vəkil deyir ki, işdə olan bir çox qaranlıq məsələlərlə bağlı istintaqa məlumat verilib: "Ümid edirik ki, obyektiv araşdırma aparılacaq. Mübariz Budaqlı ziyalı ailənin övladıdır. Onun adının kriminal kimi hallandırılması doğru deyil. Ailəsi baş verən faciənin sarsıntısının təsirindən çıxa bilməyib. İstintaqın obyektiv aparılacağına, cinayətdə iştirak edən hər bir kəsin cəzaya çatdırılacağına inanırıq".

Faktla bağlı ilkin olaraq Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sonradan iş materialları Binəqədi Rayon Prokurorluğundan Bakı Şəhər Prokurorluğuna ötürülüb. Hazırda istintaq davam edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2742   Tarix: 07 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb. Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil

27 mart
.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart
.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

21 aprel
.

Bakıda kişi qardaşını qətlə yetirib: "Hamımızın başına oyun açırdı"

Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Bayram Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Reyhan Fətəliyeva ifadə verib. O bildirib ki, təqsirləndirilə

25 aprel
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun sədrliy

16 aprel