20-dən çox qızın bakirəliyini pozdu, doğradı, ətindən ziyafət verdi və... - AĞLAGƏLMƏZ DƏHŞƏT - FOTO

20-dən çox qızın bakirəliyini pozdu, doğradı, ətindən ziyafət verdi və... - AĞLAGƏLMƏZ DƏHŞƏT - FOTOSeriyalı qatil şəxsiyyətin anormal şəkildə pozulmasından sonra 30 gündən daha uzun bir zaman dilimində 3-dən çox insanı öldürən insanlara deyilir. Öldürmə məqsədləri adətən, seksual səbəblərdən olur. Cinayətin qurbanları eyni üsullarla öldürülür və bənzər xüsusiyyətlər daşıyır.

Sonxeber.az "Manyak", "Quzuların səssizliyi", "Hannibal", "Mr. Bruks", "Seven", "Kopikat", "Hellouin", "Qışqırtı", "Zodiak", "Dexter" kimi bir çox film və seriala mövzu olan seriyalı qatillərin nəfəs kəsən hekayələrini təqdim edir.

Qazaxıstanlı Nikolay Cumaqaliyev

1952-ci ildə anadan olan Nikolay Cumaqaliyev "metal fanq" ləqəbi ilə tanınıb. Ona bu ləqəbi ağ, metal qoyma dişlərinə görə veriblər.

Onun həyat hekayəsi qadınlardan diksinməsi ilə başlayıb. Fahişəliyi şeytanla əməkdaşlıq etmək kimi başa düşən Nikolay bu duruma son vermək və şeytandan intiqam almaq üçün qadınlara təcavüz etməyə başlayıb. Geridə ondan şikayətçi ola biləcək kimsəni buraxmamaq üçün təcavüz etdiyi qadınların cəsədlərini parçalayıb, bişirib və dostları üçün təşkil etdiyi məclislərdə onlara yedirib. Öldürdüyü qadın sayı 100-dən çoxdur...

Evində tapılan balta və cəsəd parçaları onu bir dəlixanaya göndərmək üçün kifayət edib. Ancaq Nikolay ondan da qaçmağı bacarıb və 2 il boyunca rusiyalı polislərdən gizlənə bilib. Sonda Özbəkistanda ələ keçirilib və orada xəstəxanaya yerləşdirilib.

Ed Gein

1906-cı ildə anadan olan Eduard Teodor Gein amerikalı seriyalı qatildir. Cinayətləri bir çox hekayələrə və filmlərə mövzu olub: "Manyak" (1960 film), "The Silence of the Lambs" (Tomas Harris / Conatan Demme), "Texas Mişar Qətliamı" (1973) və s.

Ed gənclik illərində seksin böyük bir günah olduğuna inanaraq yaşayıb. Anasının yanında böyüyüb və öldükdən sonra qadın vücudu ilə maraqlanmağa başlayıb. Anatomiya sahəsində araşdırmalar etdikdən sonra məzarlıqdan oğurladığı cəsədlər üzərində öyrəndiklərini tətbiq etməyə başlayıb. Bir müddət sonra təzə bədənlər üzərində araşdırma aparmaq istəyən seriyalı qatil qurbanlarını anası yaşında (55) seçib. O, cəsədlərlə cinsi əlaqəyə girməklə yanaşı, vampirlik də edib və onların dərilərindən geyim, divar kağızı düzəldib. Onun evindən qadınların cinsi orqanı, kəsilmiş qadın başları və yemək üçün daxili orqanlar tapılıb. Həyatının son illərini dəlixanada keçirən Ed 77 yaşında ürək çatışmazlığından ölüb.

Amerikalı vampir Albert Fiş

"Quzuların səssizliyi" filmi və filmin "Keş" obrazı Hannibal Lesterə ilham qaynağı olan seriyalı qatil Boz adam, Uisteriyanın canavar adamı və Bruklin vampiri kimi ləqəblərlə tanınıb. O, 100-dən çox cinayətdə şübhəli bilinir. Tanınan ən qoca seriyalı qatil ünvanına sahibdir.

"İncil" kitabına böyük maraq göstərən qatil rahib olmağı xəyal edib. Həbsxanada bir psixiatrın söylədiyinə görə, uşağın ətini yeməsini və qanını içməsini müqəddəs Rəbbani ayini düşüncəsinə bağlayıb. Qurbanlarından biri Qreys Buddu öldürdükdən sonra 9 gün onun əti ilə qidalanıb.

Adətən, kiçik və müdafiəsiz uşaqları qurban seçən Albert Fiş cinayətlərində mütləq işgəncə tətbiq edib, təcavüz edib və ətlərini yeyib. O, qurbanlarına ağrı çəkdirməkdən böyük zövq alıb. Bütün bunları isə din adına etdiyinə inanıb. Seriyalı qatil özünə də işgəncə verməkdən həzz alıb və öz sidiyini içib. Kiçik mismarlı ağaclarla özünü döyüb, qasığına iynə batırıb və özünə cinsi, fiziki işgəncələr verib. İşgəncə verdiyi uşaqları isə "Tanrıya verilən qurban" kimi qələmə verib.

Zodiak qatili

1960-cı ilin sonlarında və 1970-ci illərin əvvəllərində Şimali Kaliforniyada fəaliyyət göstərmiş seriyalı qatildir. Kimliyi isə hələ də müəyyən edilməyib.

Andes canavarı Pedro Lopez

Pedro Alonso Lopez 1949-cu ildə dünyaya gəlib. Ailənin 13 uşağından biri olub. 8 yaşında bacılarından birini zorlayıb və buna cəza olaraq anası onu küçəyə atıb. Problemli uşaqlığının gətirdiyi böhranlar səbəbilə Pedro 300-dən çox uşağa təcavüz edib və öldürüb.

Tarixdə ən çox insan öldürən seriyalı qatil Pedro 60 uşağa təcavüz edib, öldürməklə ittiham olunub. 16 il həbsdə qaldıqdan sonra sərbəst buraxılıb.

Geri Heydnik

Qurbanlarını evinin zirzəmisində saxlayıb borulara bağlayan qazdığı torpaq çuxurlara atan, döyərək işgəncə verib, təcavüz edib ac qoyan Geri 1999-cu ildə bu əməllərinə görə edam edilib. Tanrı ilə danışdığını iddia edərək kilsə qurmaq istəyən və mürid toplamağı bacaran Geri evinin üst qatında kilsə açıb. Alt qatında isə 6 qadına dəhşətli işgəncələr verib.

Ted Bundi

Teodor Bundi 2 il içlində 20-dən çox qıza təcavüz edərək onları öldürüb. 28 qurbanının olduğu bilinir. İlk qurbanı 20 yaşlı otaq yoldaşı olub. Yaraşıqlı qatil kimi tanınan Ted Amerikanın ən məşhur seriyalı qatillərindəndir. Hətta "Seriyalı qatil" ifadəsi onu təsvir etmək üçün işlədilib. İşlədiyi cinayətlərə rəğmən, yaraşıqlı, təhsilli və kübar gənc olaraq cəmiyyətdə tanınıb. Qurbanlarını döyərək, bəzən boğaraq öldürüb. Öldükdən sonra isə onlara təcavüz edib.

Henri Li Lukas

İstismarçılğı dəlilik səviyyəsinə çatdıran anasının ona yaşatdığı dəhşətverici şeylərlə böyüyən Lukas seriyalı qatil olmağa uşaq yaşlarından başlayıb. 13 yaşına çatanda ögey qardaşı ilə birlikdə sekslə məşğul olub, qardaşı onu heyvanlarla cinsi əlaqədə olmağa məcbur edib.

1979-cu ildə Ottis Tule ilə tanış olub, 4 il birlikdə "əyləndikdən" sonra əksəriyyəti qadın olan 108 nəfəri öldürüblər. Bəzi qurbanlarını isə yeyiblər. 1983-cü ildə həbs edilib və 2001-ci ildə həbsxanada ölüb. (publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3663   Tarix: 09 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr

18 sentyabr 2021
.

Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı

Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis

15 sentyabr 2021
.

Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...

ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak

18 sentyabr 2021
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17 sentyabr 2021
.

İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI

Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar

17 sentyabr 2021
.

Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO

Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını

17 sentyabr 2021
.

23 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL: Sevgilisindən hamilə qaldı - Ailəsindən gizlətdi: Uşağı dünyaya gətirəndə...

Yaponiyada ailəsindən gizli şəkildə hamilə qalan qadın uşağı Tokio hava limanında dünyaya gətirib. xəbər verir ki, uşağı tualetdə dünyaya gətirən qadın ardınca körpəni kağızla öldürüb. Bildirilir ki, Kobe şəhərindən Tokioya səfərə edən 23 yaşlı qadının hava limanında doğum vaxtı çatıb. O, tualetdə uşağ

17 sentyabr 2021
.

Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu

Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ

16 sentyabr 2021
.

Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır

15 sentyabr 2021