Həbs qərarından sonra Arda Turandan ildırım sürəti ilə ÜZR MESAJI

Həbs qərarından sonra Arda Turandan ildırım sürəti ilə ÜZR MESAJIXəbər verdiyimiz kimi, bir neçə ay əvvəl müğənni Berkay Şahinin burnunu sındıran Arda Turan bu gün keçirilən məhkəmədə cinsi təcavüz cinayətindən bəraət alsa da, qanunsuz silah saxlamaq və qəsdən adam yaralamaq cinayətlərindən 2 il, 8 ay, 15 gün həbs cəzası alıb.

Məşhur futbolçu Berkay Şahinin "Üzr istəməlidir" sözündən sonra Berkay və xanımı istisna olmaqla, hər kəsdən üzr diləyib.

Müğənni Arda Turanın həbsi ilə bağlı bunları deyib:

"Bizim ondan heç bir maddi tələbimiz yoxdur. Biz ona təzminat davası açmadıq. Üzr istəsin və məsələ bağlansın. Üzr istəyəndən sonra danışılmalı mövzu varsa, biz bəlkə kişi kimi oturub danışarıq. Məndən üzr istəməsin, buna ehtiyac yoxdur, biz onunla oturub danışarıq, amma bizim istədiyimiz şəkildə üzr istəməlidir".

Berkayın ilk açıqlamasının ardından Arda instaqramda ildırım sürətində üzr mesajı paylaşıb.

Publika.az Arda Turanın açıqlamasını təqdim edir:

"Bütün ictimaiyyətə bəlli olan məhkəmə bu gün qərar çıxardı. Əvvəla baş verən hadisələrdə üstümə atılan çirkin "təcavüz" iftirasını təmizləmək niyyətilə o anda yol verdiyim ani səhvlərdən dolayı ailəmdən, klubumdan, dostlarımdan və ən vacibi məndən bu günə qədər nümunə götürmüş bütün qardaşlarımdan təkrar üzr istəyirəm. Bunu ən səmimi hisslərimlə deyirəm. Bununla yanaşı, bu mərhələdə bəzi bəyanatlar verməyin də zəruriliyini duyuram.

İnsan övladının qarşılaşacağı ən çətin vəziyyətlərdən birinin, bir böhtan qarşısında, həm də belə ağır və çirkin bir iftira qarşısında haqlılığını müdafiə etməyə çalışmaq olduğunu öyrəndim. Adınıza və ailənizə böhtan ataraq alçaltmaqdan başqa bir şey düşünməyənlər qarşısında həqiqəti hayqırmağın bəzən yetərli və inandırıcı olmadığını yaşayaraq gördüm. Türk ədaləti bu gün də ilk gün söylədiyimi etdiyi mühakimə və verdiyi hökmlə bir daha təsdiq etdi. Danışılması belə məni narahat edən bu mühakimə mövzusu olan "təcavüz" cinayətini törətmədim. Törətmərəm də, mümkün deyil!

Bu gündən etibarən bütün ictimaiyyəti bu iddiaların ortaya atıldığı günlərdə söylənənləri, yazılan xəbərləri və məhkəməyə belə hörmət etməyərək onlara uzadılan hər mikrofonda hər dəfə bəyanat verənləri xatırlamağa dəvət edirəm. Hər kəsi bu hadisələri özlərini önə çıxaran bir reklam vasitəsi olaraq istifadə edənlərin kim olduğunu düşünməyə dəvət edirəm. Allaha şükürlər olsun ki, türk ədaləti bu ağır ittihamların çirkin bir iftira olduğuna qərar verdi. O dövrdə mənə bu iftiranı atanları və buna ürəkdən sevinənləri, hətta dostundan şübhə edənləri öz vicdanları ilə təkbətək qoyuram".

Arda Turan daha sonra sözlərinə belə davam edib:

"Öz fikirlərində özlərinə qarşı istəyəcəkləri üzr ümidvaram ki, bundan sonrakı həyatları üçün şərəfli bir başlanğıcın ilk addımı olar. Bütün bu mənfi cəhətlərə baxmayaraq, demək istəyirəm ki, yenə də insanlara və ədalətə olan inamımı heç vaxt itirməmişdim. Bu hadisələrdən sonra öz adımdan da dərslər çıxardığım şübhəsizdir. Bundan sonra çox çalışıb, yanımda olan ailəmi, xanımımı, klubumu və dostlarımı qürurlandırmaq ən böyük məqsədim olacaq. Son olaraq demək istəyirəm ki, üstümə atılan bu böhtanlardan dolayı etdiyim səhvlərdən aldığım cəzalardan deyil, təcavüz ittihamından bəraət alıram. Başımı öz rahatlığından başqa heç kimə əydirməyən Allaha şükürlər olsun".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2255   Tarix: 11 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ən qədim teatr hansıdır?

Teatr sənəti incəsənətin ən qədim növlərindən biri hesab olunur. O, həmişə çox sevilən istirahət forması olub. Zaman keçdikcə teatrın rolu daha da güclənib. Bəs ən qədim teatr hansıdır?. bu sualın cavabını Ginnesin Rekordlar Kitabına əsasən veriri. Məlum olub ki, bu gün də fəaliyyət göstərən ən qədi

29 aprel
.

Xərçəngə yoluxan qadını internetdəki üsullarla müalicə AZ QALA ÖLDÜRƏCƏKDİ

2021-ci ildə britaniyalı qadın 39 yaşlı qadına xərçəng diaqnozu qoyulub və həkimlər ona kimyaterapiya keçməyi tövsiyə ediblər. Lakin o, internetdə alternativ müalicə üsulları axtarmağa qərar verib. xəbər verir ki, onun hekayəsini "Sky News" dərc edib. Axtarış zamanı o, həyat tərzi və pəhrizi

30 aprel
.

Maskın sərvəti kəskin artdı

İlon Maskın sərvəti aprelin son həftəsində 37,3 milyard dollar artıb. Bu Maskın sərvətinin 2022-ci ilin martından bəri ən böyük həftəlik artımı olub. Qeyd olunub ki, Mask hazırda dünyanın ən zəngin adamları siyahısında üçüncü yerdədir, onun sərvəti 202 milyard dollar dəyərində qiymətləndirilir. "X"i

1 may
.

Yalnız yaşayan gənc evinin ölü tapıldı - Məlum olub ki...

Türkiyədə gənc yalnız yaşadığı evində ölü tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 28 yaşlı gənc Dənizlinin Pamukkale rayonunda tək yaşadığı mənzilində ölü tapılıb. Mənzilində tək yaşayan Egəncin ailəsi və yaxınları ondan xəbər ala bilmdikləri üçün polisə müraciət edib. Xəbər verildikdən sonr

30 aprel
.

Magistral yol çökdü: 19 ölü, 30 yaralı - VİDEO

Çinin Quandun əyalətində magistral yolda fəlakət baş verib. xrici mediaya istinadən xəbər verir ki, magistral yolun çökməsi nəticəsində azı 19 nəfər ölüb, 30 nəfər yaralanıb. Hadisə zamanı sıxışan 18 avtomobildəki insanları xilas etmək üçün bölgəyə çoxlu sayda xilasetmə qrupu sövq edilib. Çin dövlə

1 may
.

Dəhşət! Küçənin ortasında insan dərisi tapılıb - Gerçəklər ortaya çıxdı, sən demə...

Türkiyədə küçənin ortasında insan dərisi tapılıb. xarici mediaya istinadən xəbər verir ki, İzmirin Güzelbahçe prospektinin ortasında insanlara aid olduğu təsbit edilən yağ və dəri parçaları tapılıb. Parçalar polis tərəfindən məhkəmə tibb müəssisəsinə göndərilib. Müayinə nəticəsində hissələrin pilləkə

1 may
.

Dəhşətli qəza: Ana və qızı həyatını itirdi - Video

Minik avtomobili ilə ticarət maşınının toqquşması nəticəsində baş verən qəzada 5 nəfər xəsarət alıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Xəstəxanaya çatdırılan yaralıların anası və qızı dünyasını dəyişib. Qəzada xəsarət alan digər şəxslər xəstəxanaya aparılıb. Yaralıla

30 aprel
.

Həkimlər beş yaşlı qızın mədəsindən maqnit çıxartdılar

Beş yaşlı qızın mədəsindən maqnit çıxarılıb. xəbər verir ki, hadisə Rusiyanın Saratov vilayətində baş verib. Klinik Xəstəxanaya yerləşdirilən 5 yaşlı qızı həkimlər son anda xilas edilib. Onlar əvvəl halı pisləşən azyaşlının mədəsində yad cisim olduğunu aşkarlayıblar. Sonra isə əməliyyatla onu mədə boşluğunda

1 may
.

İstirahət üçün gəldikləri şəhərdə həyat yoldaşını öldürdü

Tətildə olan şəxs gecə saatlarında arvadının boğazını kəsərək ürəyindən bıçaqlayaraq öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Hadisədən sonra qaçan qatil ər jandarma qrupları tərəfindən saxlanılıb. Əldə edilən məlumata görə, Adıyamanana istirahətə gələn 25 yaşlı adl

1 may