Kişi arvadı ilə birləşib sevgilisinin başına oyun açdı - Azərbaycanda şok olay

Kişi arvadı ilə birləşib sevgilisinin başına oyun açdı - Azərbaycanda şok olayMasallı rayon polis şöbəsində dava salmaqda ittiham olunan 1976-cı il təvəllüdlü Asudə Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Asudə Allahverdiyeva və onun keçmiş əri Elçin Fətəliyevin oğurluq və dələduzluq etmələri ilə bağlı Masallı rayon polis şöbəsinə şikayət daxil olub.

Şikayəti Elçin Fətəliyevin qeyri-rəsmi yaşadığı Bənövşə Əliyeva edib.

Hadisə baş verən günü Asudə Allahverdiyeva və Bənövşə Əliyeva Masallı rayon polis şöbəsinə dəvət olunublar. Bundan əvvəl isə Elçin Fətəliyev oğurluq və dələduzluq əməlinə görə həbs edilib.

İstintaq sənədlərinə görə, Asudə Allahverdiyeva 28 fevral 2019-cu il tarixdə saat 11.30-da Masallı rayon polis şöbəsinin inzibati binasının 3-cü mərtəbəsinin dəhlizində dava salıb.

Asudə Allahverdiyeva istintaq hərəkəti keçirildikdən sonra mübahisə zamanı Bənövşə Əliyevaya hücum edib. O, Bənövşə Əliyevaya xəsarət yetirib.

"Mənimlə əlaqəmi kəsdi"

İstintaq orqanı Asudə Allahverdiyeva barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edib.

Asudə Allahverdiyeva elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, Bənövşə Əliyevanı təxminən 10 il əvvəl Masallı rayonunda keçirilən toy məclisində tanıyıb: "Keçmiş ərim Elçin Fətəliyev ilə rəsmi nikah münasibətində olmasam da, onunla bu nikahdan üç övladım olub. Sonradan Elçin Fətəliyev Bənövşə Əliyeva ilə qeyri-rəsmi nikah münasibətində yaşayaraq mənimlə əlaqəsini kəsdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, sonradan Bənövşə Əliyeva Elçindən şikayət edib: "Bu səbəbdən Elçin Fətəliyev barəsində dələduzluqla bağlı cinayət işi başlandı və həmin işdə Bənövşə məndən də şikayət etmişdi. Fevralın 28-də Masallı rayon polis şöbəsinin istintaq bölməsinə gəldim. Orada Bənövşə Əliyevanın həqiqətən məni tanıyıb-tanımadığını sübuta yetirmək üçün tanınma istintaq hərəkəti aparılırdı.

Şöbənin inzibati binasının 3-cü mərtəbəsində tanınma istintaq hərəkəti başa çatdıqdan sonra Bənövşə Əliyevanın təxminən 15 ilə yaxındır keçmiş ərim Elçin Fətəliyevlə qeyri-rəsmi nikah münasibətində yaşamasını və mənə böhtan atdığını düşündüm. Bu səbəbdən onun hərəkətlərindən əsəbiləşdim. Qəflətən Bənövşə Əliyevanın üzərinə hücum edib saçlarını yoldum".

Asudə Allahverdiyevanın sözlərinə görə, Bənövşənin ona tərəf uzatdığı barmağından tutaraq əks istiqamətə burub: "Bundan sonra polis əməkdaşları bizi ayırdı, şöbənin iş rejimini pozduğumuzu bildirdilər. Əməlimdən səmimi peşmanam, zərərçəkmiş şəxslə barışmağa cəhd etsəm də, o, barışmadı".

"Evimdən qızıl oğurlanıb"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Bənövşə Əliyeva bildirib ki, 20 sentyabr 2018-ci il tarixdə yaşadığı evdən qızıl-zinət əşyaları oğurlanıb: "Bu səbəbdən Masallı rayon polis şöbəsinə müraciət etdim. Həmin müraciətin araşdırılması ilə əlaqədar mütəmadi olaraq Masallı rayon polis şöbəsinin istintaq bölməsinə dəvət olunmuşam".

Onun sözlərinə görə, 28 fevral 2019-cu il tarixdə eyni qaydada Masallı rayon polis şöbəsinin istintaq bölməsinə gəlib: "Polis şöbəsində oğurluq etməkdə şübhələndiyim Asudə Allahverdiyevanı həqiqətən tanıyıb-tanımadığımı sübuta yetirmək üçün tanınma istintaq hərəkəti aparıldı. Şöbənin inzibati binasının 3-cü mərtəbəsində tanınma istintaq hərəkəti başa çatdıqdan sonra Asudə hücum edərək, şillə ilə baş nahiyəmdən vurdu, saçlarımı yoldu. Özümü müdafiə etmək üçün əlimi Asudə Allahverdiyevanın boğaz nahiyəsinə atmaq istədim. O da barmağımdan tutaraq əks istiqamətə burdu. Barmağımdan xəsarət aldım".

9 ay islah işləri cəzası

Bu cinayət işi Masallı rayon Məhkəməsində araşdırılıb. Hakim Habil Bəhmənovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib. Asudə Allahverdiyeva 9 ay müddətinə islah işləri cəzasına məhkum olunub.

Hökmdən narazı qalan Bənövşə Əliyeva apelyasiya şikayəti verib. O, Masallı rayon Məhkəməsinin hökmündən narazıdır.

Qeyd edib ki, təqsirləndirilən şəxs Asudə Allahverdiyeva əri Elçin Fətəliyev ilə birlikdə onun 50 min manatlıq əmlakını oğurlayıblar.

Belə olan halda Asudə Allahverdiyevanın cinayət əməli sübuta yetirildiyi üçün qanunsuz hərəkətlər etməyə başlayıb. Zərərçəkmiş Asudə Allahverdiyevanın əməlinin Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə mühakimə edilməsini, cəzasının ağırlaşdırılmasını istəyib.

Zərərçəkmişin şikayəti Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fuad Soltanovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayətin təmin edilməməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Elçin Fətəliyevin barəsində cinayət işi ayrıca icraatda araşdırılır.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilir.


Sonxeber.az Telegramda izləyin
Kriminal   Baxılıb: 6119   Tarix: 11 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

"Pəhləvanlar" kafesində əxlaqsızlıq yuvası və... — TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda yerləşən "Pəhləvanlar" kafesində əxlaqsızlıq yuvası təşkil etməkdə və narkotik vasitələrin satışında təqsirləndirilən Habil və Qabil qardaşları, onların ortağı Elçin Əzimlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.. "Ölkə.Az"

11 sentyabr 2019

"Ford" piyadanı vurub öldürdü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.. Daxili İşlər Nazirliyindən Sonxeber.az -a verilən məlumata əsasən, sentyabrın 10-da saat 20 radələrində Sumqayıt şəhərinin Bədəlbəyli küçəsində şəhər sakini A.Rüstəmov idarə etdiyi "Ford" markalı avtomobillə yol

11 sentyabr 2019

"Pİtbull" ləqəbli oğru HAKİM QARŞISINDA — FOTO

Bakıda silsilə oğurluqlar törətməkdə təqsirləndirilən Pərviz İlyasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.. "Ölkə.Az" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun icraatına verilib.. . Məhkəmə hazırlıq iclası sentyabrın 20-n

11 sentyabr 2019

Meşədə narkotik yetişdirən kişi həbs olundu

İsmayıllı rayonunda meşədə narkotik yetişdirən şəxs iş başında saxlanılıb.. . Sonxeber.az "Qafqazinfo"-ya istinadən verdiyi xəbərə görə, rayonun Qalınçıq kənd sakini Vüqar Fətəliyev əvvəlcədən meşəyə gedərək özünə müəyyən bir sahə seçib və oranı kol-kosdan təmizləyib. Daha sonra isə orada münbi

10 sentyabr 2019

Bakıda inanılmaz olay: Kişini fahişəliyə məcbur etdilər

Bakıda şəxsi fahişəliyə məcbur etməkdə ittiham olunan Qalası Nuriyev və Nazim Babayevin barəsində cinayət işi başlanıb.. . Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəs

10 sentyabr 2019

Prokurorluq "Range Rover"lə qəza törədən polis əməkdaşının həbsini tələb edir

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun barəsində olan bəraət hökmdən apellyasiya protesti verilib. . . Sonxeber.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən prokurorluq onun həbs edilməsini istəyir. . Həmçinin, məhkəm

10 sentyabr 2019

"Cin çıxarmaq" adı ilə adam öldürən dəstə - MƏHKƏMƏDƏ

Şabranda "cin çıxarmaq" adı ilə adamı döyərək öldürməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.. Sonxeber.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlar

10 sentyabr 2019

Qadın cibgirliyə görə tutuldu - Əvvəllər də məhkum olub

Bərdədə cibgirliklə məşğul olan keçmiş məhkum tutulub.. . Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini B.Kərimov cibindən 500 manat pulunun oğurlandığını bildirib.. . Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğ

10 sentyabr 2019

Atadan DƏHŞƏTLİ ƏMƏL: Qızının əxlaqsızlıq etdiyini öyrənib təcili Bakıya gəldi və....

Bakıda qızını qətlə yetirməkdə təqsirləndirilən İlqar Qurbanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. . . Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilə

10 sentyabr 2019