"Uşaq 3 ay valideyn olmaq istəyən şəxsin evində yerləşdiriləcək və..."– Nazirlikdən AÇIQLAMA

"Uşaq 3 ay valideyn olmaq istəyən şəxsin evində yerləşdiriləcək və..."– Nazirlikdən AÇIQLAMABildiyimiz kimi bu il noyabrın 1-dən övladlığa uşaq götürmək istəyən Azərbaycan vətəndaşları, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün bu sahədə yeniliklər olacaq. Yeni qaydalara əsasən valideyn olmaq istəyən şəxslər elektron qeydiyyatdan keçməklə bu arzularına qovuşa biləcəklər.
Sonxeber.az övlad arzusunda olan şəxsləri bu barədə daha yaxından tanış etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Fərhad Ələkbərov ilə müsahibə təşkil edib. Müsahibəni təqdim edirik:
-İndiyədək valideynlər övladlığagötürmə məsələsində hansı problemlərlə qarşılaşırdılar? İstərdim ilkin olaraq buna aydınlıq gətirəsiniz.
-Ötən il dövlət başçımızın imzaladığı fərmanla övladlığagötürmə sahəsində idarəetmə ilə bağlı səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. Fərmandan irəli gələrək nazirlik tərəfindən işçi qrup yaradıldı. İşçi qrup tərəfindən həmin fərmanda verilən tapşırıqlarla bağlı iş planına uyğun olaraq bir sıra işlər yekunlaşıb, bir sıra işlər isə hazırda davam etdirilir. Nədir bu işlərin əsası? İlk növbədə elektron altsisteminin yaradılmasını göstərə bilərik ki, hansı ki, bu nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində mövcud olacaqdır. Mahiyyəti ondan ibarətdir ki, həm valideyn himayəsindən məhrum olmuş uşaqların , həm övladlığa götürülən uşaqların, həm də valideyn namizədlərin vahid uçotu aparılacaq. Əvvələr bu uçot muxtəlif pilləli idi, yəni müxtəlif dövlət orqanları , məsələn, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılırdı. Bu bir az qarışıq, nizamsız idi. Burada elektron uçot yox idi. Bu sahədə yeni bir təkmilləşmə gəlir.
- Bu təkminləşmə nədən ibarətdir ?
- Valideynlərin şikayətçi olduğu məsələ prosedurun bir az mürəkkəb olması, sənədləşmə işinin çoxalması ilə bağlı idi. Onlar müxtəlif arayışlar, sənədlər təqdim edirdilər. Bu da məmur-vətəndaş təmasında problemlərə səbəb olurdu. Bu neqativ halların aradan qaldırılması ilə bağlı məhz önəmli cəhətlərdən biri də budur ki, artıq övladlığa uşaq götürmək istəyən şəxslərlə bağlı olan məlumatlar onların özlərindən alınmayacaq. Yəni onların gəlirləri, iş yeri, əmlakı, sağlamlığı digər dövlət orqanlarının müvafiq altsistemlərində mövcuddur. Lazım olan məlumatlar bu altsistemlər vasitəsilə alıncaq. Məsələn, hər hansı bir övlad götürmək istəyən vətəndaş haqqında təhsillə bağlı məlumat Təhsil Nazirliyindən, sağlamlığı ilə bağlı Səhiyyə Nazirliyindən, mövcud olan əmlakı ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən- onların altsistemlərində alınacaq. Bizim altsistem həmin dövlət altsistemlərinə inteqrasiya olunmaqla bu məlumatı əldə ediləcəkdir. Beləliklə, qeyd edilən altsistemlərdən vətəndaşlar haqqında məlumatlar əldə olunacaq və bu həm məmur-vətəndaş təmasını, həm də vaxt itkisini aradan qaldıracaq. Vətəndaş harasa gedib hansısa sənəd, arayış vermək məcburiyyətində qalmayacaq. Ona görə də bu altsistemin mahiyyəti təkcə uçotun aparılması deyil, eyni zamanda övladlığagötürmə prosesinin də də bəzi xidmətlərinin elektronlaşmasına şərait yaradacaqdır.
- Bu məsələdə təkcə Azərbaycan vətəndaşından söhbət getmir. Burda həmçinin azərbaycanlılarla yanaşı əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsindən söhbət gedir. Bu sistem onlar üçün bir az bəsitlik, əlçatanlıq yaratmayacaq ki?
- Bilirsiz ki, kağızla görülən iş və elektron iş təbii ki, fərqlidi. Elektronlaşma bu işi rahatlaşdıracaq, çevikləşdirəcəkdir. Hazırda bütün dünya elektronlaşmaya doğru gedir. Elektonlaşma ilk növbədə şəffaflıq deməkdir. Vətəndaş- məmur təması olmayacaq, proses çevik gedəcək. Bunlar bu sahədə neqativ halları aradan qaldırmağa yonəlmiş yanaşmadır. Sistem işə düşəndən sonra müəyyən təkmilləşmələr olacaq. Bu islahatlarda əsas məqsəd təbii ki, övladlığa götürülən uşaqların mənafeyinin qorunmasıdır. Onların düzgün ailələrə verilməsi, daha sonra isə onların özlərinin, həyat şəraitlərinin üzərində nəzarət etməkdir. Bu islahatlar beynəlxalq mütərəqqi təcrübələr əsasında təkmilləşmişdir.
- Bilirik ki, həm azərbaycançılıq mühiti, həm də milli mentalitetə nəzər salsaq övladgötürmə məsələsi fərqli yanaşma tələb edir. Bu yanaşmada bizim üçün əsas meyar nə götürüləcək ? Ailənin gəliri, maddi təminatı, ev yoxsa yaşayış şəraitimi ? Nələr üstün tutulacaq?
- Hər cəmiyyətin bir yanaşması, psixologiyası var. Bu yanaşmada vahid, konkret bir meyar yoxdur. Ailənin gəliri və yaxudda işləyib- işləməməsini düşünmək düzgün olmaz. Əgər, nəyəsə qiymət veririksə kompleks qiymət vermək lazımdır. Birinci vətəndaşın psixologiyası nəzərdən keçirilir. O, övlad götürə bilərmi? Onun niyyəti, məqsədələri nədir və doğrudanmı uşaq övladlığa götürmək istəyir? Biz diqqətimizi vətəndaşın əmlakına yönəldib digər meyarlara nəzər salmasaq yalnış olar.
- Bu sistem beynəlxalq təcrübəyə əsaslanıb qurulacaqdır. Bilirik ki, beynəlxalq təcrübədə övladlığagötürmə məsələsində əsas gəlir, maddiyyat, ailənin yaşayış mühiti öndə olur.
- Dövlət siyasəti belədir ki, hansısa beynəlxalq təcrübə tətbiq olunanda olduğu kimi götürülüb tətbiq edilmir. Bu mümkün deyil. Eyni ilə də adıçəkilən məsələ də belədir. Hər bir ölkənin özəlliyi mövcuddur. Biz sadəcə mövcud olan beynəlxalq təcrübələri öyrənirik. Onlardan bizim şəraitə hansı daha uyğun, hansı münasibdir, onları necə təkmilləşdirə bilərik bunu ayırd edirik. Bütün bunlar aylarla vaxt tələb edən işdir və təbii ki, bu model də sırf yerli şəraitə uyğunlaşdırılıb. Əsas önəmli cəhətlər nədir? İlk növbədə valideynlərin övladlığagötürmə motivləri müəyyənləşəcək ki, bunu bizim sosial işçilər edəcəklər. Onların motivləri nədir? Nəyə görə müraciət edirlər? Bundan sonra övlad götürmək istəyən vətəndaşların psixoloji vəziyyətləri müəyyənləşdiriləcək. Bilirsiz, insan saglam ola bilər, amma psixoloji durumu elə ola bilər ki, bu uşağa təhlükə yarada bilər.
- Yeni qaydalarda artıq valideynlərə veriləcək sınaq müddəti də müəyyənləşib.
- Sınaq müddəti artıq müəyyən proseslərdən keçdikdən sonra olur. Biz 60-70 faiz arxeyin olduqdan sonra valideyn övladlığa uşaq götürə bilər. Ondan sonra uşağı rahatlıqla, təbii ki, müqavilə əsasında, onun üzərində nəzarət olunmaqla etibar edirik. Bu zaman uşaq valideynin evində yerləşdirilir. Uyğunlaşma prosesini uşağı götürən valideynin evində aparırıq. Məhz bu proses də beynəlxalq təcrübədən irəli gəlir.
- Bu prosesdə əcnəbi vətəndaşlar üçün nələr ötərli olacaq ? Onlar təbii ki, bizim millətdən deyil və onların öz ənənələri var. Burda fərqlilik nə olacaq?
- Əcnəbi vətəndaşlara övladlığa uşaq verilməsi həssas məsələdir. Onlar uşaqları özləri ilə götürüb aparırlar xaricə. Onlara nəzarət və monitorinq eləmək bir qədər çətindir. Həmin xarici vətəndaşların mənşəyi, yaxud da hansı motivlərlə övlad götürməsi bizdən bəzi yanaşma tələb edir. Ona görə də bu baxımdan maksimum dərəcədə əcnəbi vətəndaşların övladlığa götürməsi ilə bağlı ciddi nəzarət mexanizmlər üzərində iş gedir. İlk növbədə qeyd edək ki, subay, əcnəbi vətəndaşlara uşaq verilməyəcək. Yalnız nigahda olan əcnəbi vətəndaş uşaq üçün müraciət edə bilər. Eyni zamanda onun əmlak, gəlirləri ilə bağlı şərtlər bir qədər sərtləşdirilib. Məsələn, yaşadığı evi öz adına olmalıdır, gəlirləri ilə bağlı daha ciddi tələblər müəyyənləşdirilib. Bütün bunlardan əlavə, onların övladlığa uşaq götürdükdən sonrakı dövrdə monitorinqi də bizim nazirlik tərəfindən, müxtəlif formalarda aparılacaqdır. Buna həmin ölkədə yerləşən nümayəndiliklərimiz, səfirliklərimiz vasitəsi ilə nəzarət olunacaqdır.
- Yeni modeldə uşaqların maraqları əsas tutulacaq. Valideyn uşağı deyil, uşaq valideyni seçəcəkdir. Bununla bağlı məlumat istərdik.
- Əvvəlki yanaşmada belə idi ki, valideyn uşağı seçirdi, uşağın istəyi nəzərə alınmırdı. Onun fikirləri öyrənilmirdi. İndiki yanaşmada mövcud qanunvericiliyə dəyişiklik paketimizdə biz uşağın maraqlarını daha yuxarı formaya qoymuşuq. Bizim Dost agentliyinin sosial işçiləri müəssisələrdə olan uşaqların müəyyən kriteriyalar üzrə məsələlərini, məsələn yaşı, cinsi, ailəsi və digərlərini müəyyənləşdirirlər. Bunun bazasın yaradırlar. Artıq hansısa bir uşaq övladlığa veriləndə onun həmin istəklərinə uyğun valideyn olub-olmaması müəyyənləşir. Valideynə görə uşaq yox, uşağa görə valideyn seçiləcək. Bu da uşaqların fikirlərini nəzərə almaq baxımından önəmlidir.
- Uşaq 3 ay müddətində gedib valideynlə yaşaya bilər, sonra deyə bilər ki, mən bu insanla yaşamaq istəmirəm. Belə olarsa, məsələ necə həll olunacaq? Uşağın əsas hansı marağı üstün tutulacaq?
-3 ay öladlığavgötürmənin son mərhələsində olan prosesdir. Bundan əvvəl uşaq valideynlə müəssisədə görüşür, ordaa uyğunlaşma olur. Daha sonra valideynin evinə yerləşdirilir. Sınaq müddəti ondan ötrüdür ki, belə bir hal olarsa bu müddət ərzində neqativlik üzə çıxsın. Hər bir uşağın fərdi inkişafı var. Elə bir uşaq ola bilər ki, 5 yaşında olsun, amma onun öz fikri, düşüncəsi, istəyi olsun. Məsələn, uşaq istəyə bilər ki, valideyni kənddə deyil, şəhərdə yaşasın. Elə bir uşaq da ola bilər ki, ailəyə deyil, tək olan valideynə üstünlük versin, yəni ailə mühitində bir nəfər ona valideynlik etsin. Biz bunları müəyyənləşdiririk.
- Uşaqların maraqlarına bu qədər önəm vermək gələcəkdə mənfi bir tendensiyaya yol aça bilərmi?
- Övladlığagötürmə prosesində ən həssas insan kimdir? Təbii ki, uşaq! Çünki, onun taleyi, gələcəyi həll olunur. Biz əgər uşaqlar haqqında mövcud olan beynəlxalq yanaşmalara, prinsiplərə, konvensiyalara baxsaq uşaq hüquqlarının, uşaq mənafelərinin önə alınmasına şahid olarıq. Ona görə də bu prosesdə uşaqların maraqları nəzərə alınmaldır. Bizim yanaşmamız tam humanizm prinsiplərinə uyğundur. Yanaşmamızı elə qurmalıyıq ki, istənilən övladlığagötürmə prosesində uşaqların istəkləri nəzərə alınsın.
- Övladlığagötürmədə yaş məsələsinə toxunmaq istərdim. Yeni modeldə bu məsələ və qeyd etmək istədiyiiz hansı yeniliklər olacaq?
- Anadan olduqdan 6 ay müddəti keçdikdən sonra, uşaq övladlığa verilə bilər. Uşaq ümumiyyətlə, maksimum 18 yaşına qədər övladlığa götürülə bilər. Biz əlillliyi olan, sağlamlıq imkanları məhdud uşaqların da övladlığa götürülməsini stimullaşdırmaq üçün müəyyən tədbirlər nəzərdə tutmuşuq. Çünki, əlilliyi olan uşaqları övladlığa götürmək istəyənlər azdır, yox səviyyədədir. Bu baxımdan mənfi statistika mövcuddur. İnsanların düşüncəsini, yanaşmasını dəyişmək üçün təbbi ki, nazirlik tərəfindən iş aparılır. Cəmiyyətin psixologiyasını bir balaca dəyişmək lazımdır ki, əlilliyi olan uşağı da övladlığa götürmək olar. Onlar da ailə mühitində böyümək istəyirlər. Çox təəssüf ki, bu gün bizim dövlət uşaq müəssisələrində uşaqların əksəriyyəti əlilliyi olan uşaqlardır.

Şəlalə Babayeva
FOTO: Leyla Mustafazadə

"Uşaq 3 ay valideyn olmaq istəyən şəxsin evində yerləşdiriləcək və..."– Nazirlikdən AÇIQLAMA"Uşaq 3 ay valideyn olmaq istəyən şəxsin evində yerləşdiriləcək və..."– Nazirlikdən AÇIQLAMA"Uşaq 3 ay valideyn olmaq istəyən şəxsin evində yerləşdiriləcək və..."– Nazirlikdən AÇIQLAMA"Uşaq 3 ay valideyn olmaq istəyən şəxsin evində yerləşdiriləcək və..."– Nazirlikdən AÇIQLAMA"Uşaq 3 ay valideyn olmaq istəyən şəxsin evində yerləşdiriləcək və..."– Nazirlikdən AÇIQLAMA"Uşaq 3 ay valideyn olmaq istəyən şəxsin evində yerləşdiriləcək və..."– Nazirlikdən AÇIQLAMA


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2293   Tarix: 12 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel